Icma.az
close
up
RU
“Klub prezidentimiz həyat yoldaşı ilə elçiliyə getdi”: Azərbaycanlı xanımla afrikalı futbolçunun HEKAYƏSİ MÜSAHİBƏ + FOTO

“Klub prezidentimiz həyat yoldaşı ilə elçiliyə getdi”: Azərbaycanlı xanımla afrikalı futbolçunun HEKAYƏSİ MÜSAHİBƏ + FOTO

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan I Liqasında çıxış edən “Difai” klubunun kamerunlu futbolçusu Kristian Kamtanın Kübra adlı azərbaycanlı xanımla nişanlanması maraqla qarşılanıb. Oktyabrın 2-də Bakıda baş tutan cütlüyün şad günündə klub rəsmiləri də iştirak edib.

Teleqraf.az 21 yaşlı hücumçu ilə görüşərək bu barədə söhbətləşib:

– Kristian, əvvəlcə tanışlıq hekayənizi danışardınız…

– Əvvəlcə işlə əlaqədar mən Kübraya “Telegram” vasitəsilə yazdım. Qidalanmama nəzarət edəcəkdi. Bu, apreldə baş verdi. Daha sonra ofisinə dəvət etdi. Üz-üzə görüşdük. Görüşdən sonra ona mesaj yazdım: “Səni çox bəyəndim və tanış olmaq istəyirəm”. O vaxt işinə çox fokuslandığı və karyera yüksəlişi yaşadığı üçün “yox” dedi. Amma iş birliyinə razılaşdı. Komandası ilə çöldə vaxt keçirirdilər, mən də bəzən onlara qoşulurdum. Fərqli millətdən olduğum üçün Kübra məni komandası ilə birlikdə vaxt keçirməyə dəvət edirdi. Onun mərhəmətini, insanlara, xüsusilə mənə qarşı qayğısını çox bəyəndim. İlk gündən demişdim ki, “məni sevməyin üçün əlimdən gələni edəcəyəm və biz ailə olacağıq”. Beləcə, üç ay sonra qərara gəldik ki, ailə qura bilərik. Münasibətimiz başlayandan sonra Kübra həm Bakıdakı, həm də rayonlardakı bütün oyunlarımıza gəlir.

– Ailəniz bu münasibətə necə reaksiya verdi?

– Anama şəklini göstərdim, çox sevindi. Dedi ki, “gözəl qızdır, amma əsas onun yaxşı xarakterə və düzgün düşüncəyə sahib olmasıdır”. Yəni bir-birlərini tanıdıqca daha çox sevdilər. Xəyalım ağdərili qadınla evlənmək idi.

– Bəs Kübra xanımın ailəsi bu izdivaca necə yanaşdı?

– Ən çox atasının sərt reaksiyasından qorxurdu. Əvvəlcə bacısı ilə tanış etdi, anası isə bir az narazı idi. Bu, daha çox ailə mentaliteti ilə bağlı idi. Sonra anası dedi ki, “önəmli olan insanlığıdır”. Ailədə ən istiqanlı davranan isə atam oldu, Dedi ki, əsas odur, qızımı xoşbəxt et.

– Bürcləriniz nədir?

– Mən Xərçəng, Kübra isə Oğlaq bürcündəndir. Bir-birimizi çox yaxşı tamamlayırıq.

– Ailələrinizdə futbola maraq varmı?

– Kübranın atası futbola çox baxır. Ailələrimizdə futbolla məşğul olan yoxdur. Uşaq vaxtı böyük qardaşımla oynayırdım, o, mənə çox yaxşı ötürmələr verirdi.

– Nişan mərasimində valideynləriniz iştirak etdi?

– Yox, səfər çətinliyinə görə gələ bilmədilər. Amma ikinci ailəm saydığım klub prezidentimiz Asəf Məlikov həyat yoldaşı ilə bərabər elçiliyə getdi.

– Daha əvvəl münasibətinizdən xəbərdar idilər?

– Bəli. Bakıda bir oyundan sonra demişdim ki, “bu, qız dostumdur”. O da zarafatla soruşdu ki, “Toy nə vaxtdır?” Həmin vaxt biz hələ tanışlıq mərhələsində idik. Bizim klubda rəhbərliklə futbolçular bir ailə kimidir. Hətta dedi ki, “nə vaxt istəsən, elçiliyə özüm gedərəm”.

– Deməli, elçiliyi klub prezidenti edib?

– Bəli, həmin gün təsadüfən onların da nikahının 32 ili tamam olurdu.

– Bir-birinizi necə anlayırsınız?

– Biz fransızdilliyik, amma mən də, o da ingiliscə danışırıq. Kübra bacımla “WhatsApp”da görüntülü danışır, ailəmlə də tanış olur. İngilis dilimizi daha da təkmilləşdirməyə çalışırıq. Gələcəkdə Azərbaycan dilini də öyrənmək istəyirəm. Bəzi sözləri bilirəm: “Salam”, “necəsən?”, “çox sağ ol”, “səni sevirəm” və s.

– Futbolçu karyeranıza harada başlamısınız?

– Vətənimdə başlamışam. Nigeriyada, sonra Moldovada çıxış etmişəm. 2023-cü ilin noyabrından “Difai” klubundayam.

– Yayda İraqın “Al-Karh” klubuna transfer olsanız da, iki ay sonra Azərbaycana qayıtdınız. Geriyə dönməyinizin səbəbi nə oldu?

– Bu, karyeram üçün yaxşı fürsət idi, dəyərləndirmək istədim. Peşəkarlıq mənim üçün önəmlidir. Gedərkən demişdim ki, şəraitimi yaxşılaşdırıb Kübranı da aparacağam. Amma oradakı münasibət və mühit mənə uyğun olmadı. Burada daha çox ailə atmosferi olduğuna görə geri döndüm.

– Bir neçə ay öncə irqçiliklə üzləşdiyinizi bildirərək FIFA və UEFA-ya müraciət etmişdiniz. Həmin vaxt nə baş vermişdi?

– Ötən mövsüm “Mingəçevir” klubuna qarşı çempionat oyununda baş hakim Fərid Hacıyevin mənə qarşı qərəzli davrandığını hiss etdim. Mənə olan bütün qayda pozuntularına göz yumurdu. Düşündüm ki, bəlkə bu, mənim şəxsiyyətimlə bağlıdır, ya da irqçilikdir. Amma məktubumda yazmamışdım ki, Azərbaycanda irqçilik var. Sadəcə, həmin hakimin davranışının səbəbini bilmək istədim. Ümumiyyətlə, burada irqçiliklə rastlaşmamışam, münasibət həmişə müsbət olub. Amma o oyundakı vəziyyət fərqli idi.

– Cavab almısınız?

– Hələlik heç bir cavab gəlməyib.

– Ombudsmanın bu məsələyə müdaxiləsi necə oldu?

– O, özü mənimlə əlaqə saxladı və məsələni araşdırmaq istədiyini bildirdi. Məni çox xoş qarşıladı. AFFA-ya da sorğu göndərildi, araşdırma başladı. Bundan sonra müsbət dəyişikliklər oldu. Hakim səhv edə bilər, amma qərəzli münasibətlə bir daha rastlaşmadım.

– Azərbaycanla bağlı təəssüratlarınızı da bilmək maraqlı olardı...

– Bura ilk dəfə gələndə bəyənməmişdim. İnsanlar azərbaycanca danışırdı, mənim isə ana dilim fransızcadır, tərcümədə çətinlik yaranırdı. Amma Kübra ilə tanış olandan sonra Bakını daha çox sevməyə başladım. Bağdaddan qayıtdıqdan sonra isə Azərbaycanın qədrini daha çox bildim (gülür). Burada insanlar istiqanlı, şəhər isə müasir və rahatdır.

– Bakının hansı tərəfi daha çox diqqətinizi çəkib?

– Əvvəl gəzməyi sevmirdim, amma ilk dəfə Bakını Kübra ilə gəzdim. Yəni Bakını ilk dəfə onunla kəşf etdim. Ən çox Bulvarı və İçərişəhəri bəyəndim. Gələcəkdə birlikdə Azərbaycanın müxtəlif bölgələrini gəzəcəyik.

– Hansı rayonlarımıza getmək istərdiniz?

– Şəkini çox bəyənirəm. Çünki qədimi şəhərdir. Amma Kübra məni ilk olaraq Salyana aparacaq. Orada balıq yeməkləri məşhurdur. Bizdə, Kamerunda da dəniz məhsulları çox yeyilir. Kübra mənə “Salyanda balıq qonaqlığı verəcəyəm” deyib (gülür).

– Dininiz fərqlidir, bu, münasibətinizə təsir etmir?

– Mən xristianam, o isə müsəlmandır. Amma bu, bizim üçün problem deyil. Əsas olan qarşılıqlı hörmət və anlayışdır.

– Toy nə vaxtdır?

– Növbəti ay planlaşdırırıq. Sadə, gənclərin olduğu bir mərasim olacaq. Xüsusi adət-ənənələrə bağlı qalmayacağıq. Adət-ənənələrlə getsək, böyük fərqlər yaranacaq.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Oktyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see178

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see161

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see144

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see143

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see139

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri