Elçin Abdulxalıqov Albaniyada tutulub Azərbaycana gətirildi
Icma.az, Lent az portalına istinadən məlumat yayır.
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Albaniyada saxlanılaraq ölkəmizə ekstradisiya edilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş Elçin Nüsrət oğlu Abdulxalıqovun yeri Albaniyada müəyyən edilib və o, həbs olunub.
Bildirilib ki, E.Abdulxalıqov 2020-ci ildə “GP Stock Feed” MMC-də satış üzrə mütəxəssis işləyərkən şirkətin kassasına ödənilməli olan, ona etibar edilmiş ümumilikdə 78 min manat vəsaiti müxtəlif vaxtlarda distribütorlardan nağd şəkildə götürərək şəxsi məqsədləri üçün istifadə etməkdə ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Baş Prokurorluğun sorğusu və aparılan danışıqlar nəticəsində həmin şəxsin Azərbaycana ekstradisiyası barədə razılıq əldə olunub.
Oktyabrın 29-da E.Abdulxalıqov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsi və Penitensiar xidmətinin əməkdaşları tərəfindən Azərbaycana gətirilib.
O, məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Baxış sayı:81
Bu xəbər 29 Oktyabr 2026 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















