Icma.az
close
up
RU
Elçin Məsiyevin Superkubok oyununa təyinatı göstərdi ki, UEFA artıq azərbaycanlı hakimlərə etibar edir AÇIQLAMA

Elçin Məsiyevin Superkubok oyununa təyinatı göstərdi ki, UEFA artıq azərbaycanlı hakimlərə etibar edir AÇIQLAMA

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 14 avqust, AZƏRTAC

Elçin Məsiyevin UEFA Superkubokunun oyununa təyinat alması çox sevindirici hadisədir. Mən onun adına xoşbəxtəm. Təyinat alandan sonra da onu təbrik etmişdim.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ümumittifaq dərəcəli referi Rüstəm Rəhimov Fransanın PSJ və İngiltərənin "Tottenhem" komandaları arasında keçirilən UEFA Superkuboku uğrunda oyunda dördüncü hakim funksiyasını yerinə yetirən FIFA referisi Elçin Məsiyevin təyinatı barədə danışarkən deyib.

O, azərbaycanlı referinin bu cür nüfuzlu oyunda yer almasının ölkə hakimliyi üçün müsbət məqam olduğunu bildirib: “Bizim üçün fəxr olunası hadisədir. O gün olsun ki, Əliyar Ağayev və Elçin Məsiyev dünya və Avropa çempionatlarının final mərhələlərinə təyinat alsınlar. Bunun reallaşacağına inanıram. Bizim gənc hakimlərimiz də onlara baxaraq, daha irəli getmək üçün öz üzərlərində işləsinlər”.

R. Rəhimovun sözlərinə görə, Elçin Məsiyev bu uğurla kifayətlənməməlidir: “Öz üzərində daha çox çalışmalı, yüksək oyunları idarə etməyi qarşısına hədəf qoymalıdır. Bu təyinat göstərdi ki, artıq UEFA azərbaycanlı hakimlərə etibar edir. Bunun da nəticəsi olaraq, PSJ – “Tottenhem” matçında dördüncü hakim Elçin Məsiyev oldu. Nə olsun ki, əsas yox, dördüncü hakim funksiyasını yerinə yetirdi. Bu da möhtəşəm təyinatdır. Elçin 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının görüşlərinə də təyinat alırdı. Onun həmin matçlardakı işi uğurlu idi. UEFA da bunu yüksək qiymətləndirdi”.

Qeyd edək ki, PSJ – “Tottenhem” görüşünün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq (4:3) oynayan PSJ Superkubokun qalibi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Avqust 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri