Icma.az
close
up
RU
Frank de Blekerdən Elçin Məsiyevin UEFA Superkubokuna təyinatına MÜNASİBƏT

Frank de Blekerdən Elçin Məsiyevin UEFA Superkubokuna təyinatına MÜNASİBƏT

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elçin Məsiyevin UEFA Superkuboku oyununa dördüncü hakim kimi təyin olunması Azərbaycan hakimliyinin inkişafı baxımından, əlbəttə ki, çox yaxşı xəbərdir. Sport24.az xəbər verir ki, bunu "Report"a AFFA Hakimlər Komitəsinin sədri Frank de Bleker deyib.

O, FIFA referisi Elçin Məsiyevin UEFA tərəfindən təyinatını yüksək qiymətləndirib: "Bu, həm də onu göstərir ki, hakimlərimizlə düzgün istiqamətdə işləyirik.

Unutmayaq ki, daha əvvəl UEFA U-17 və U-21-lər arasında Avropa çempionatının final mərhələsində iki baş hakim və iki köməkçi hakimlə təmsil olunmuşuq – Kamal Umudlu və Elçin Məsiyev bu oyunlarda iştirak ediblər. Avqustun 13-də Udinedə PSJ və "Tottenhem" klubları arasında keçiriləcək UEFA Superkuboku matçına təyinat bir daha sübut edir ki, daxili yarışlarımızda UEFA-nın təlimatlarına uyğun işləməyimiz yeganə düzgün yoldur. Biz UEFA ilə uyğun və sabit şəkildə işləyə bilirik".

Belçikalı funksioner bu təyinatın Azərbaycan hakimliyinin inkişafına təkan verəcəyini vurğulayıb: "AFFA-nın Avropa futbolunun ən yüksək səviyyəsində təmsil olunması böyük şərəfdir. Bu təyinat Azərbaycan hakimliyinə müsbət təsir göstərəcək və ümid edirəm ki, yeni gənc oğlan və qızlar hakimlik karyerasına başlamaq istəyəcəklər. Çünki biz bütün səviyyələrdə daha çox hakimə ehtiyac duyuruq.

Əliyar Ağayev və Elçin Məsiyev komandaları ilə birlikdə gələn həftə keçiriləcək UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin oyununa təyinat alıblar. Onlar UEFA-nın birinci kateqoriyasına daxil olan 2 hakimimizdir ki, bu da böyük uğurdur.

Bütün bu hadisələr müsbət siqnallardır və hər kəsə yüksək səviyyədə çıxış etmək üçün əlavə enerji verir. Hazırda Premyer Liqanın startına hazırlaşırıq və mən hakimlərimizi mövsümün başlanğıcına ən yaxşı şəkildə hazırlamaq üçün əlimdən gələni edəcəyəm. Bunun üçün 4 günlük yay kursu təşkil etdik ki, hakimlərimizi peşəkar şəkildə mövsümə hazırlayaq. Yaxşı çıxış üçün yaxşı hazırlıq vacibdir. Yeni mövsümün açılışına hazır olacağıq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://sport24.az
archiveBu xəbər 01 Avqust 2025 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see732

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see276

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see272

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see261

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see253

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see242

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see238

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see234

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see231

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see215

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see209

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see203

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see197

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see197

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see191

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see189

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see183

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see182

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see180

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri