Icma.az
close
up
RU
Elçinlə bağlı xatirələr…

Elçinlə bağlı xatirələr…

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq yazıçısı Elçinlə yollarımız müxtəlif vaxtlarda, müxtəlif şəraitlərdə kəsişib. Bu görüşlər bəzən tamamilə təsadüfi, bəzən isə peşə fəaliyyətimlə bağlı olub. Hər birində onun şəxsiyyətinə, davranışına və münasibətlərinə dair öz təəssüratlarımı formalaşdırmışam. Yazıda təqdim etdiyim Elçin haqqında yaddaşımda qalan kiçik, amma yaddaqalan xatirələrimi sizlərlə bölüşmək istərdim.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində dərs dediyim illər idi.

Tələbələrimdən biri, gənc bir qız, dərslərdə çox görünmürdü. Seminarlarda cavab vermir, tez-tez də dərs buraxırdı. Bir dəfə səbəbini soruşdum. Gülümsəyərək, bir az da çəkinərək dedi:

–Babamın yubileyinə hazırlaşırdım, ona görə dərslərə gələ bilmədim.

Sonralar bu bəhanə bir neçə dəfə təkrarlandı. İmtahan yaxınlaşanda isə gördüm ki, qiymət cədvəlində onun haqqında heç bir qeydim yoxdur (nə dərsdə iştirakı, nə cavabları, nə də yazı işi var). Mən də belə qərara gəldim ki, qiymət yazmayım.

Bir gün fakültənin dekan müavini Ə.Hacıyev dərs zamanı qapını açıb, ona xas həyəcanla məni dəhlizə çağırdı:

-Siz bir tələbəyə qiymət yazmamısınız. Dedim ki, bəli, yəqin Aysunu deyirsiniz, çünki dərsə gəlmir. Dekan müavini bir qədər susdu, sonra soruşdu:

-Bilirsiniz o kimdir?

-Yox, – dedim, – heç maraqlanmamışam da.

-O, xalq yazıçısı Elçinin qızıdır…

 Bu söz məni təəccübləndirdi. Doğrusu, Elçinin qızının tələbəm olduğunu bilmirdim. O, sonra əlavə etdi ki, özü dekanlığa zəng edib. Onu da deyim ki, mənim üçün tələbə kimin övladı olmasından asılı olmayaraq eynidir. Maraq dairəmdə olmayıb belə məsələlər. Amma dekan müavininin sonrakı cümləsi məni üşündürdü:

-Amma Elçin müəllim onu da dedi ki, bilirəm, çox dərs buraxıb-babasının yubileyinə hazırlaşırdı (İlyas Əfəndiyevi nəzərdə tuturmuş-P.M.) Müəllimə istəsə, onunla şəxsən danışaram.

Elçin müəllimin sözlərində nə bir göstəriş, nə də təzyiq vardı – sadəcə, səmimi bir rica idi. O, bu işi mənim başımın üstündən də edə bilərdi. Azmı görmüşük belə işləri.?! O an düşündüm ki, belə bir istisna edə bilərəm və zəngə ehtiyac yoxdur. Elçin böyük yazıçı idi, mənim də ona dərin hörmətim vardı.

 Beləcə, bu məsələ sakit şəkildə həll olundu. Amma yaddaşımda Elçin müəllimin həmin incə, təmkinli və hörmətli yanaşması qaldı. Çünki çox hallarda ad-san sahibi olanlar tələb edər, göstəriş verər, amma o, yalnız rica edirdi.

 ***

Çoxları bilir ki, mən Azərbaycan ədəbiyyatı və mətbuatını tədqiq edirəm, xüsusilə də Güney Azərbaycanla bağlı mövzulara üstünlük verirəm. Bu səbəbdən, Güney Azərbaycandakı yaradıcı ziyalılarla əlaqə saxlayır, fikir mübadiləsi  edirdik.

Bir dəfə oradakı dostlar mənə dedilər ki, Elçinin bir kitabını çap etdirmək istəyirlər. Bu işdə mən onlara yardım elədim. Sonra həmin kitabı mənə göndərib xahiş etdilər ki, onu Elçinə çatdırım. Mən Elçinin köməkçisi Əkrəm müəllimlə əlaqə saxladım və o, görüşümüzü təşkil etdi.

Elçin müəllimlə görüşəndə ona kitabı təqdim edərək dedim:

– Çalışdım ki, sizin əsərləriniz orada, Güney Azərbaycanda, İranda da oxucuların qəlbinə yol tapsın.

O, məmnunluqla gülümsədi və təşəkkür etdi. Mən əlavə etdim ki, bu işi edənlər şəxsi təşəbbüs və gücləri ilə çalışırlar. Onlara dəstək lazımdır. Siz bu məsələdə kömək edə bilərsinizmi?

Elçin müəllim bir qədər düşündü, sonra isə dedi:

– Hal-hazırda heç nə edə bilməyəcəyəm. İndi vaxtım yoxdur, bilirsiniz ki, işlərim çoxdur. Bir zaman bu işlərdən ayrılanda belə işlərə də vaxt ayıraram.

Mən əlavə söz demədim, təşəkkür edib ayrıldım. Amma doğrusu, bir az təəccübləndim. Güney Azərbaycan ziyalılarının fədakarlığını görüb, buradakı tanınmış yazıçıların bu cür məsafəli münasibəti mənim üçün gözlənilməz idi.

 ***
Elçin müəllimllə bağlı bağlı bir xatirə də bir vaxtlar işlədiyim Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyəti ilə bağlıdır.

Əvvəlcə bu Mədəni Cəmiyyət-Mərkəz haqda doğru-dürüst bilgi verim. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin yaranması 1940-cı illərə gedib çıxır.

 O illərdə qurulmuş Cəmiyyətin müxtəlif şöbələri vardı. Taleyin hökmü ilə müxtəlif səbəblərdən Vətəndən ayrı düşmüş – xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqə, mədəniyyətimizin dünya ölkələrində yayılması, xaricdən gələn qonaqların qarşılanması, ölkə xaricində “Azərbaycan günləri”nin təşkili – bütün bunlar onun fəaliyyət istiqamətlərinə daxil idi. Cəmiyyətin sonralar mətbu orqanları da yarandı: əvvəlcə “Vətənin səsi”, sonra “Odlar Yurdu” qəzeti, habelə “Azərbaycan bugün” jurnalı 7 xarici dildə Sovet Azərbaycanını Beynəlxalq aləmə tanıdırdı. Bu qurumun ilk sədri Səməd Vurğun, sonrakı illərdə isə Rza Quliyev, daha sonra isə Nəbi Xəzri oldu.

 1980-ci illərin sonlarında Cəmiyyətin bir şöbəsi və onun “Odlar yurdu” adlı redaksiya orqanı ayrılaraq “Vətən” Cəmiyyəti adı altında fəaliyyət göstərməyə başladı. “Vətən” Cəmiyyətinə isə xalq yazıçısı Elçin sədr təyin olundu.

Mən tələbəlik illərimin ikinci kursundan bu cəmiyyətdə işləməyə başladım. Əvvəlcə makinaçı kimi işə qəbul olundum, sonra xarici dillərə bələd olduğum üçün kitabxanada çalışdım. Rəhbərlik yazı qabiliyyətimi nəzərə alaraq məni “Odlar Yurdu” qəzetinə keçirdi. O vaxtlar qəzet xeyli populyar idi. Redaksiyada cəmi üç nəfər çalışırdı: baş redaktor Ramiz Əsgər və iki müxbir. Mən əsasən mədəniyyət və incəsənət mövzularında yazılar hazırlayırdım.

Bir müddət sonra “Azərbaycan bu gün” jurnalında redaktor vəzifəsi boşaldı. Mən Cəmiyyətin sədri Nəbi Xəzridən həmin işə keçmək üçün icazə istədim. Xahişim nəzərə alındı və məni jurnalın “Azərbaycan” bölməsinə redaktor təyin etdilər. Bu, əvvəlki işimlə müqayisədə həm maaş, həm də məsuliyyət baxımından daha yüksək vəzifə idi.

 Az keçməmiş yeni yaradılmış “Vətən” Cəmiyyətinin rəhbərliyi, görünür, təcrübəmi və fəaliyyətimi qiymətləndirərək, məni köhnə işçilərdən biri kimi öz sıralarında görmək istədiklərini bildirib rəsmi dəvət göndərdi.

 Lakin mən yenicə yeni işimə başlamışdım və ilk iş yerimdən ayrılmaq istəmirdim. Sadəcə, təşəkkürümü bildirdim, dəvəti isə qəbul edə bilmədim. Bu hadisə mənə bir daha göstərdi ki, Elçin müəllim gənc və sadə bir qələm sahibinin belə işinə diqqət yetirir, onu qiymətləndirir və dəyər verirdi. Ümumiyyətlə, o illərdə təcrübəyə, peşəkarlığa daha çox dəyər verilirdi.

Pərvanə Məmmədli

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 Avqust 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see305

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see287

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see280

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see264

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see260

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see230

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see223

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see214

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see209

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see208

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see193

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see192

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see190

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see187

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see185

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see183

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see182

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see171

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see168

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri