Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

Sərt ritorika davam edir, amma dialoq tam bitməyib ŞƏRH

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

İranın xarici işlər naziri Abbas Ərqaçi bildirib ki, İranla bağlı məsələlərin hərbi həlli yoxdur.

"İran təhdidlər qarşısında möhkəm dayanır və boyun əymir, bununla yanaşı, İranla hörmət dilində danışanlar eyni cavabı alırlar”, - deyə o vurğulayıb.

Redaktor.az-a danışan siyasi şərhçi Çingiz Şahbazi bildirdi ki, açıqlamanı əslində diplomatiyaya qapının tam bağlanmadığını göstərən mesaj kimi qiymətləndirmək olar. Onun sözlərinə görə, İran bir tərəfdən sərt ritorika nümayiş etdirir, digər tərəfdən isə qarşılıqlı hörmət şərti ilə danışıqlara hazır olduqlarını vurğulayır:

"Əslində, İran və ABŞ arasında etimad mühiti aradan qalxıb. Amma tərəflər genişmiqyaslı müharibənin nəticələrinin çox ağır olacağını bildikləri üçün diplomatik kanalları tam bağlamaq istəmirlər. Xüsusilə də nüvə proqramı və regional təhlükəsizlik məsələlərində məhdud anlaşma ehtimalı hələ də qüvvədədir.

İranın xarici işlər naziri Abbas Əraqçı da məhz bu səbəbdən dəfələrlə “İran nüvə proqramının hərbi həlli yoxdur” deməklə diplomatik həll yollarına işarə edir və bunu ən məqbul variant hesab etdiklərini göstərir. Əraqçı uzun müddət nüvə danışıqlarında iştirak etmiş təcrübəli diplomatdır. Tehran hazırda həm təzyiq göstərmək, həm də paralel olaraq danışıqları bərpa etmək istəyir. Burada əsas məqsəd birbaşa müharibə riskindən yayınmaq və strateji maraqları qorumaqdır.

Çünki regionda cərəyan edən proseslər göstərir ki, Fars körfəzi, Hörmüz boğazı və regional silahlı qüvvələr ətrafında gərginlik çox yüksəkdir. Kiçik bir insident tərəflər arasında böyük müharibənin başlanmasına səbəb ola bilər. Düzdür, tərəflər arasında sərt ritorika davam edəcək. Amma pərdəarxası danışıqlar və vasitəçilər, xüsusilə Oman, Qətər və bəzi Avropa kanalları vasitəsilə əlaqələr saxlanılacaq. Çünki həm Tehran, həm də Vaşinqton başa düşür ki, regional müharibə enerji bazarından tutmuş qlobal iqtisadiyyata qədər çox ciddi risklər yaradır".

Həmsöhbətimizin sözlərinə görə, Tehran göstərməyə çalışır ki, xarici təzyiq, sanksiyalar və hərbi hədələr ölkənin strateji qərarlarını dəyişmir:

"Bu səbəbdən İranın xarici işlər naziri Abbas Əraqçı “İranla bağlı məsələlərin hərbi həlli yoxdur” deyir. O, bunu xüsusilə ABŞ-İsrail münasibətləri və regiondakı gərginlik fonunda verilmiş mesaj kimi səsləndirir. Əraqçının “İran təhdidlər qarşısında möhkəm dayanıb və boyun əymir” ifadəsi həmçinin daxili auditoriyaya hesablanıb. Ölkə rəhbərliyi iqtisadi çətinliklər və regional təzyiqlər şəraitində cəmiyyətə dövlətin zəifləmədiyi görüntüsünü verməyə çalışır.

Əraqçının açıqlaması diplomatik xarakter daşıyır və Tehran demək istəyir ki, nüvə proqramı, regional təhlükəsizlik və sanksiyalar kimi məsələlər yalnız danışıqlar yolu ilə həll edilə bilər. ABŞ isə eyni zamanda hesab edir ki, İranın nüvə və regional siyasəti ciddi təhlükəsizlik riskləri yaradır. Bu səbəbdən tərəflər arasında sərt ritorika qalacaq, lakin paralel olaraq diplomatik kanalların bağlanma ehtimalı aşağı səviyyədə qalacaq".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:517
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 May 2026 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see604

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see535

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see406

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see316

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see278

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see274

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see272

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see264

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see263

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see239

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see224

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see215

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see212

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see210

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see205

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see197

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see195

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see189

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see177

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri