Icma.az
close
up
RU
Eldar Əzizov and verdi, “Bağırov” sözünə baxmadı

Eldar Əzizov and verdi, “Bağırov” sözünə baxmadı

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Sabiq merimiz Hacıbala Abutalıbov Bakını “fəvvarələr şəhəri”nə çevirməyə çalışırdı, hər yerdə “musiqili fontan”lar qoyurdu. Eldar Əzizov Hacıbala müəllimdən də qabağa gedib – hazırda Bakı küçələrində şəlalələr təşkil edir.

Ötən həftə yağan yağışlar zamanı Bakı sakinlərinə bu möhtəşəm gözəlliyi yaşatdığı üçün Eldar Əzizova təşəkkür etməyə, təəssüf ki, körpülər aman vermədi, bəziləri bu şəlalələrdən fərəhlənib, süni gölə çevrildilər! Biz Bakıda süni gölləri quruduruq ki, ev tikək, göydələn ucaldaq, bunlar süni gölə çevrilirlər!

Çox yaramaz, sözəbaxmaz ünsürlərdir bu körpülər. Xatirimdədir, bir neçə il öncə qət-təzə körpülər az qalmışdı Ziya Məmmədovu biabır eləsin: körpüləri tikəndən sonra məlum olmuşdu ki, beton plitə tökəndə aralarında müəyyən məsafə qoymaq lazımmış, çünki betonlar “nəfəs” alırmış – isti və soyuqda ölçülərini dəyişirmişlər.

Biabırçılıqdır! Ziya müəllim bunu necə düşünə bilərdi? Zatən adam nəfəs alar, beton yeyər, armatur çeynəyər, ən bəd başı, ayı kabab edər – beton plitə də nəfəs alar?

İndi də Bakıdakı körpülər, daha doğrusu, yeraltı yol ötürücüləri ağ edir – nə ağsaqqal bilirlər, nə ağbirçək...

Hələ ötənhəftəki yağışlarda Eldar müəllim şəxsən Bağırov körpüsünə getdi, baxdı və güman etdik ki, daha bu körpü ağıllanar, bir də belə şey etməz – hər necə olsa, şəhərin başçısı körpünü ayağına gətizdirməyib (halbuki bunu da edə bilərdi), şəxsən özü gedib onun görüşünə, danışıqlar aparmışdı...

Ancaq buna da Bağırov körpüsü deyərlər, özü qədər tərsi yoxmuş! Bağırov Stalinin sözünə baxmırdı, körpüsü merin sözü iləmi oturub-duracaq?

Yeni, növbəti yağışlarda bir daha “doldu”.

Körpünün özünü bu qədər tərbiyəsiz aparıb, söz eşitməməsinin səbəbini tapmaqda acizik.

Zatən Bakı meriyası da ötən dəfə dedi ki: 1) Bütün dünyada yağış normadan qat-qat artıq yağanda belə problemlər olur; 2) Bakının drenaj sistemi sovetdənqalmadır və suaşırma qabiliyyəti çox zəifləyib.

Doğrusu, bilmədik günah yağışın çox yağmasındadır, yoxsa drenaj sistemində. Ola bilsin ki, hər ikisində:

- Əvvəla, qar dağına baxıb yağdığı kimi, yağış da şəhərinə baxıb yağmalıdır. Ayıb deyilmi Bakıya bu qədər yağış düşür? Görmür ki, yağış yağanda körpülər özünü naza qoyur, sözə baxmır?

- İkincisi, bu sovetdənqalma sistemi dəyişmək Bağırovun borcudur; necə tikib, indi də gəlsin, zibilini təmir etsin. 30 ildir yolları çiçək kimi düzəldirik, hər yağış yağanda sovetlərin üzə çıxan zibillərinə görə əhalinin narazılığı ilə üzləşirik!

Təklif edirəm, Eldar Əzizov bu dəfə də Bağırov körpüsünü başa salmaq üçün getsin. Ancaq indi danlamasın, and versin ki, sən Mir Möhsün Ağanın cəddi, bir də belə zad eləmə, bir həftəyə dünya tökülüşüb gələcək Bakıya. Yenə belə etsən, biz “nağayracuq”?

Baxma, Bağırov da seyid olub, Mir Möhsün Ağa andına zidd getməz...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 Noyabr 2024 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri