Icma.az
close
up
RU
Eldar Əzizov: “Belə bir siyasi ənənə əvvəllər mövcud olmayıb”

Eldar Əzizov: “Belə bir siyasi ənənə əvvəllər mövcud olmayıb”

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ölkə.az xəbər verir ki, görüş zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı sayt kollektivinin ictimai əhəmiyyətli hadisələrin işıqlandırılmasında qazandığı mühüm nailiyyətləri yüksək qiymətləndirərək bildirib ki, banisi görkəmli jurnalist Nasir İmanquliyev olan bir media orqanının bir hissəsi olmaq böyük şərəf və eyni zamanda böyük məsuliyyətdir.

Eldar Əzizov xatırladıb ki, bu il görkəmli jurnalist Nasir İmanquliyevin anadan olmasının 115 illiyi qeyd edilir. O vurğulayıb ki, əsası qoyulmasından artıq 70 ilə yaxın vaxt keçən "Bakı" qəzeti öz dövründə Azərbaycan mətbuatının inkişafında mühüm rol oynayıb.

Çıxışı zamanı Eldar Əzizov qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə demokratiyanın ən vacib prinsiplərindən biri olan söz azadlığı tam şəkildə təmin olunub. Hazırda ölkənin media məkanında çoxsaylı xəbər saytları və çap nəşrləri sərbəst fəaliyyət göstərir, hakimiyyətlə cəmiyyət arasında dialoq daha da dərinləşir.

Bu baxımdan Prezidentin media nümayəndələri ilə keçirdiyi ənənəvi görüşlər xüsusi əhəmiyyət daşıyır. Həmin görüşlərdə dövlət başçısı görülən işlərin nəticələri ilə yanaşı, ölkənin gələcək inkişaf perspektivləri barədə də ətraflı məlumat verir. Eldar Əzizov qeyd edib ki, belə bir siyasi ənənə əvvəllər mövcud olmayıb. Bu kursun əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Tarixçi kimi deyə bilərəm ki, postsovet məkanında, eləcə də Şərqi Avropa ölkələri və daha geniş coğrafiyada öz dövlətinin maraqlarını bu qədər uğurla müdafiə edən və dünyada baş verən mürəkkəb proseslər fonunda ölkəsinin davamlı inkişafını təmin edən başqa bir lider görmürəm”, – deyə paytaxtın icra başçısı bildirib.

Eldar Əzizovun sözlərinə görə, təhlükəsizlik, sabitlik, abadlıq və hər sahədə nizam-intizam artıq Azərbaycanın vizit kartına çevrilib və məhz bu amillər ölkəyə gələn turistlərin sayının ildən-ilə artmasına səbəb olur. O vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmdə getdikcə daha çox uğurla inkişaf edən və nüfuzlu dövlət kimi qəbul edilir.

“Bütün bunlara və daha bir çox uğurlara görə cənab Prezidentə minnətdarlığımızı bildirir, ona təşəkkür edirik”, – deyə Eldar Əzizov çıxışını yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 İyul 2026 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri