Eldar Xudiyevin “Sirki” beynəlxalq müsabiqədə gümüş medala layiq görülüb
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-nin paytaxtı Vaşinqtonda yaşayan soydaşımız Eldar Xudiyevin “Sirk” adlı bəstəsi Atlantada keçirilən Beynəlxalq Musiqi Müsabiqəsində Böyük və Qlobal Musiqi mükafatlarında gümüş medala layiq görülüb. Məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi verib.
Əsərin dirijorluğu müəllifin qardaşı, ABŞ-də fəaliyyət göstərən tanınmış musiqiçi Fərhad Xudiyevə məxsusdur.
Cari ilin dekabr ayında “Sirk”i Vankuver Simfonik Orkestri ilə yanaşı, məhşur klarnet ifaçısı və Yale Universitetinin professoru Devid Şifrin də ifa etməsi planlaşdırılır.
Eldar Xudiyev “Azərbaycan”, “Odlar yurduna səyahət”, “Arzular”, “Payız valsı”, “Asiya” və digər əsərlərin müəllifidir. O, musiqi fəaliyyəti ilə əlaqədar 2006-ci ildə ABŞ hökuməti tərəfindən “Xüsusi istedadlı incəsənət nümayəndəsi” tituluna layiq görülüb, eyni zamanda, bir sıra ölkələrin mükafatlarını alıb.
Eldar Xudiyev ABŞ-də təşkil edilən konsertlərdə, mədəni tədbirlərdə Azərbaycanın zəngin musiqi mədəniyyətini daim təqdim və təbliğ edir. O, hazırda Vaşinqtonda uşaq musiqi akademiyasında skripka dərsi keçir.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 26 Noyabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















