Icma.az
close
up
RU
Əldə yerli məhsul, süfrədə idxal: Rusiyada brend kimi satılır, Azərbaycanda isə...

Əldə yerli məhsul, süfrədə idxal: Rusiyada brend kimi satılır, Azərbaycanda isə...

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Azərbaycanın kartofu, xüsusilə Rusiyada brend məhsul kimi tanınır. Bu səbəbdən orada baha satılır. Ona görə də fermerlər üçün daxili bazar ikinci plana keçir.

Bakıvaxtı.az bildirir ki, 2025-ci ilin ilk yarısında Azərbaycanın kartof ixracı kəskin şəkildə artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, yanvar-iyun ayları ərzində ölkədən 69 min tondan çox kartof ixrac olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43 faizdən çox artım deməkdir. Dəyər baxımından isə ixrac yeddi milyon dollar artaraq 27,4 milyon ABŞ dollarına çatıb.

Həm ixrac, həm də idxal davam edir

Statistik məlumatlara nəzər salarkən əslində hər şey qaydasında kimi görünür. Həm məhsul bol olub, həm də ölkəyə əlavə valyuta daxil olub. Amma ixracla yanaşı, bu məhsulun idxalı da davam edib. Bəs ümumilikdə kartof bazarında vəziyyət necədir?

2024-cü ildə ölkədə kartof əkinlərinin ümumi sahəsi 46 min 748,6 hektar təşkil edib. Bu göstərici 2023-cü ildə 49 min 460.5, 2022-ci ildə isə 54 min 775.7 hektar olub. Ötən il ölkədə ümumilikdə 927 min 381,7 ton kartof istehsal edilib. Onun da 48,3 min tonu xaricə ixrac edilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycana xarici ölkələrdən 42651,4 ABŞ dolları dəyərində 149 min 206,0 ton kartof idxal edilib. Bu da kartofun orta gömrük dəyərinin təxminən 285,85 ABŞ dolları/ton (0.29 ABŞ dolları/kq – 0.49 manat) olması deməkdir. Son bir ildə idxal edilən kartofun gömrük dəyərində heç bir dəyişiklik olmayıb. Ən çox kartof İrandan (66 min ton), Gürcüstandan (24 min ton) və Türkiyədən (10 min ton) idxal olunub.

Xatırladaq ki, rəsmi ərzaq balansında ölkə əhalisinin illik kartof istehlakı 840-845 min ton göstərilir.

Xərclərin artması maya dəyərini ciddi şəkildə artırır

Cəlilabad rayonunda kartof əkini ilə məşğul olan təcrübəli fermer Elman Mansurov bildirir ki, bu il məhsuldarlıq pis olmasa da, xərclərin artması qazancı ciddi şəkildə azaldıb: “Məhsuldarlıq əsasən toxumun keyfiyyətindən asılıdır. Məsələn, bəzi toxumlar hektara 20-25 ton məhsul verir, amma “Arizona” sortu ilə 35-40 tona qədər məhsul toplamaq olur. Lakin məsələ burasındadır ki, bu məhsulu əldə etmək üçün çəkilən xərclər illər öncəsi ilə müqayisədə dəfələrlə artıb”.

Fermerin sözlərinə görə, torpaq icarəsindən tutmuş, gübrəyə, işçi qüvvəsinə, qablaşdırmaya və nəqliyyata qədər bütün xərclər iki-üç qat bahalaşıb: “Torpaq icarəsi əvvəllər 500-600 manat idi, indi 1000-1200 manata qalxıb. El arasında “qırmızı gübrə” deyilən “Nitroammofoska” gübrəsi əvvəllər 11 manat 50 qəpiyə satılırdısa, bu il biz onu 40 manata aldıq. Azot gübrəsi 30 manata başa gəldi. İşçi qüvvəsi də bahalaşıb. Vaxtilə sahədə qadınlar gündəlik 15 manata işləyirdilərsə, bu il 25-30 manat istəyirlər”. Fermerin dediyinə görə, bu xərclərə kartof yığımı zamanı istifadə olunan materiallar da əlavə olunur: “Məsələn, kağız kisələr və yapışqan lentlərin qiyməti də kəskin bahalaşıb. Keçən il kağız kisənin bir ədədini 55-60 qəpiyə alırdıqsa, bu il 75-80 qəpik oldu. Yapışqan lentin qutusunu əvvəl 90-100 manata alırdıq, bu il 120-130 manata aldıq. Suvarma aparan fəhlə bir günü 20 manata işləyirdi, indi 35-40 manat istəyir və s. Bu isə məhsulun maya dəyərini ciddi şəkildə artırır”.

Xarici bazarlar əsas ümid yeridir

Fermerlər üçün əsas ümid ixrac bazarları olsa da, burada da vəziyyət ürəkaçan deyil. Həmsöhbətimiz deyir ki, nəqliyyat xərcləri və gömrük rüsumları artıb. Amma yenə də Azərbaycan kartof istehsalçıları üçün xarici bazarlar yeganə ümid yeridir: “Əgər Rusiya, Ukrayna, Gürcüstan bazarları olmasa, biz batarıq. Keçən il daha çox məhsul ixrac edə bilmişdik. Bu il nəqliyyat və logistika xərclərinin artması bizi geriyə saldı. Bəzən Rusiya ilə problem yaşanır, məhsulu göndərə bilmirik. Onda məcbur yerli bazarda satırıq. Amma qiymət dərhal düşür. Məsələn, bu yaxınlarda Rusiya ilə problem olanda kartofun topdansatış qiyməti yerli bazarda 35-40 qəpiyə qədər enmişdi.”

Elman Mansurov vurğulayır ki, artan xərclər məhsulun qiymətinə əlavə olunsa da, bazar qiymətləri bu dəyişiklikləri əks etdirmir. Fermerlər zərərə işləmək məcburiyyətində qalırlar: “Aprelin sonu, mayın əvvəllərində kartofun topdansatış qiyməti 1 manat 20 qəpiyə çatmışdı. Sonra 80 qəpiyə, daha sonra isə açıq sahələrdə yığım başlayanda 60 qəpiyə qədər ucuzlaşdı. Hər tonun xərci 12-13 min manata başa gəlir. 60 qəpiklə satanda hektardan ancaq 2-3 min manat qazanc qalır”.

İstehsalda qeyri-bərabər paylanma

İqtisadçı-ekspert Akif Nəsirli hesab edir ki, kartof bazarındakı dalğalanmalar dərin struktur problemlərinin nəticəsidir: “İstehsal təqvimə görə qeyri-bərabər paylanıb. Yaz və payızda bolluq olur, məhsul bir anda bazara çıxır. Çünki saxlama infrastrukturu zəifdir. Hazırkı dövrdə 60-70 faiz bazar payı yerli kartofa məxsusdur. Bu tendensiya payıza doğru da dəstəklənəcək. Amma qışa doğru yerli məhsulun bazar payı əhəmiyyətli dərəcədə azalır və bazarın 70 faizini idxal kartofu tutur”. O, bölgələrdə soyuducu anbarların tikilməsini və dövlət dəstəyinin artırılmasını təklif edir.

“Əvvəl ixrac, sonra daxili bazar”

Kənd təsərrüfatı mütəxəssisi Mircavid Həsənov isə bildirir ki, Azərbaycanın kartofu, xüsusilə Rusiyada brend məhsul kimi tanınır və orada baha satılır: “Bizdə istehsal kifayət qədərdir. Amma məhsul ilk olaraq ixrac olunur. Bu isə o deməkdir ki, daxili bazar ikinci plana keçir. Halbuki, istehsal həcmi elə səviyyədədir ki, əgər ixrac olmasa, ölkə əhalisinin tələbatını tam ödəmək olar. Problem ondadır ki, tələbat var, həcm də var, amma mal xaricə getdiyinə görə yerli bazar boş qalır”. ("Kaspi" qəzeti)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Avqust 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri