Icma.az
close
up
RU
Azərbaycanda bu məhsul yoxa çıxıb Od qiymətinə satılır

Azərbaycanda bu məhsul yoxa çıxıb Od qiymətinə satılır

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlər paytaxt və bölgə bazarlarında alıcıların diqqətini çəkən qeyri-adi mənzərə yaranıb. Demək olar ki, hər fəsildə piştaxtalardan əskik olmayan reyhan tapılmır. Adətən gündəlik süfrələrin, xüsusilə milli mətbəxin sevilən göyərtilərindən sayılan reyhanın yoxluğu həm ev təsərrüfatlarında, həm də iaşə obyektlərində narahatlıq yaradıb. Alıcılar qiymət artımından çox, məhsulun ümumiyyətlə bazarda olmamasından şikayətlənirlər. Satıcılar isə mövcud vəziyyətin mövsümi və istehsal amilləri ilə bağlı olduğunu bildirirlər.
Kənd təsərrüfatı üzrə ekspert Elçin Məmmədov mövcud vəziyyətlə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, reyhan istilik sevən bitkidir:
“Soyuq havada açıq sahədə yaxşı yetişmir. Qış və soyuq mövsümlərdə reyhan əsasən istixanalarda becərilir. Əgər istixanaların sayı azdırsa və ya xərclər çoxdursa, istehsal da azalır. Son dövrlərdə istilik, qaz və elektrik xərclərinin artması bəzi istixana sahiblərinin reyhan əkini azaltmasına səbəb ola bilər. Çünki reyhanı qışda yetişdirmək baha başa gəlir. Reyhan tez xarab olan bitkidir. Onu uzaq məsafədən gətirmək çətindir. Yolda tez solur və keyfiyyətini itirir. Buna görə də əsasən yerli istehsala güvənilir. Yerli istehsal azalanda bazarda dərhal qıtlıq hiss olunur”.
O bildirib ki, fermerlər daha çox gəlir gətirən məhsullara üstünlük verir:
“Məsələn, pomidor və xiyar istixanada daha stabil qazanc verir. Bu halda reyhan ikinci plana keçir və daha az əkilir. Hava şəraiti də təsir edir. Uzun sürən soyuq və günəşsiz günlər bitkinin böyüməsini ləngidir. Nəticədə məhsul gec yetişir və bazara az çıxır. Tələbat isə il boyu eyni qalır. İnsanlar qışda da reyhan almaq istəyir. Amma təklif azalanda piştaxtalar boş qalır”.
Beləliklə, reyhanın bazarlarda azalması təkcə bir səbəblə izah olunmur. İstixana xərclərinin artması, fermerlərin daha gəlirli məhsullara yönəlməsi, hava şəraitinin əlverişsiz keçməsi və reyhanın tez xarab olan bitki olması bu zəncirin əsas halqalarını təşkil edir. Qış aylarında təklifin azalması fonunda tələbatın dəyişməməsi isə vəziyyəti daha da qabarıq göstərir. Bu kimi hallar yaxın aylarda da davam edə bilər və reyhan bazarlara əsasən hava şəraiti yaxşılaşdıqdan, açıq sahə istehsalı bərpa olunduqdan sonra əvvəlki bolluqla qayıda bilər. Hələlik isə alıcılar sevdikləri göyərtini tapmaq üçün ya alternativ bazarlara üz tutmalı, ya da mövsümün dəyişməsini gözləməli olurlar.
Leyla Turan
Demokrat.az

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Fevral 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri