Icma.az
close
up
RU
“Elə bilirəm, oğlum hələ də orada işləyir”...

“Elə bilirəm, oğlum hələ də orada işləyir”...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

... “Oğlum 10 ay “Araz” marketdə mühafizəçi işləyib. Hələ də onun maaşı hər ay yüklənir. Elə bilirəm, oğlum hələ də orada işləyir”. Bu, Zəfər savaşında şəhid olmuş igidimiz  Səid Bayramovun anasının qəlbindən hopan səmimiyyətinin etirafıdır, bir Ananın minnətdarlığıdır...

Bu, həm də Azərbaycanın şəhid övladına, ailəsinə şəbəkə ticarəti ailəsinin layiqli üzvlərindən biri olan “Araz” marketin tükənməz sosial baxışının, məsuliyyətinin nümunəsidir.

Eyni sosial mərhəməti “Araz” supermarketlər şəbəkəsinin digər aksiyalarında da müşahidə etmək olar, xüsusilə də Dövlət Məşğulluq Agentliyi ilə birgə icra olunan layihələrdə bunun şahidiyik. 27 Sentyabr Anım Günü və müqəddəs Ramazan bayramı ərəfəsində ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş qəhrəmanların ailə üzvlərinə diqqət və qayğı isə sosial məsuliyyətin nişanəsi kimi ənənəyə çevrilib.

Əslində, bu, təkcə sosial borc, mənəvi dəstək deyil, eyni zamanda, Azərbaycan sahibkarının öz işçisinə olan xüsusi diqqətidir, əməyinə verdiyi yüksək dəyərdir.

Biznes üçün geniş meydan

Şəbəkə marketlərinin qeyri-neft iqtisadiyyatının inkişafında, büdcə yığımlarının və vergi daxilolmalarının artmasında, məşğulluğun təmin olunmasında, əhalinin dayanıqlı gəlir əldə etməsində önəmli rola malikdir. Beynəlxalq ƏməkTəşkilatının məlumatına əsasən, inkişaf etməkdə olan bazarlarda iş yerlərinin təxminən hər 10-dan 4-ü ticarət şəbəkələrinin payına düşür. Bu, həmin sahənin iqtisadi sektor üçün hansı əhəmiyyət daşıdığını aydın şəkildə təsəvvür etdirir.

İnkişaf etmiş ölkələrdə şəbəkə marketlərin pərakəndə bazarda payı təxminən 80 faiz təşkil edir. Ölkəmizdə pərakəndə ticarət dövriyyəsinin 38-39 faizi şəbəkə marketlərin payına düşür və dünya göstəricisindən 2 dəfə geri qalır. Bunun başlıca səbəbi Azərbaycanda biznes cəmiyyətinin, şəbəkə ticarəti landşaftının yeni qurulmasıdır. Nəzərə alsaq ki, ölkəmizdə  azad sahibkarlığın inkişafı ötən əsrin sonlarından formalaşıb və şəbəkə ticarəti də bu sütunlar üzərində təxminən 20 il əvvəl inkişaf  etməyə başlayıb, bu halda mövcud göstərici olduqca qənaətbəxş hesab edilməlidir.

Son iki onillikdə qeydə alınan bazar tədqiqləri də bu sahənin kifayət qədər ürəkaçan olmasına dəlalət edir. Belə ki, şəbəkə marketləri əsasən 2000-ci ilin əvvələrində “oturuşaraq” ölkə iqtisadiyyatının ayrılmaz tərkib hissəsinə çevrilməklə, yerli təchizat və tədarük zəncirini formalaşdırıb.

2024-cü ildə ölkəmizdə 126,3 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub, yaradılmış əlavə dəyərin 10,7 faizi ticarətin payına düşüb. Bu, dəyər etibarilə 13 milyard manatdan çox məhsul deməkdir. Bu rəqəm ticarət sektorunda əldə edilən gəlirlərin formalaşmasında özəl sektor, şəbəkə ticarəti də daxil olmaqla, bu fəaliyyət sahəsi ilə məşğul olanların payının artdığını göstərir.

Ticarət ölkənin pul dövriyyəsi və kredit-maliyyə sistemi ilə də bilavasitə bağlıdır. Dövriyyədəki pulların miqdarı, dövriyyə sürəti əmtəə kütləsinin həcmindən, qiymətlərin səviyyəsindən və malların satış sürətindən asılı olaraq dəyişir. Əhali pərakəndə ticarət şəbəkəsindən istehlak mallarının əldə olunmasına öz gəlirlərinin böyük bir hissəsini xərcləyir, həmin vəsaitlər isə ticarət mədaxili şəklində banklarda cəmləşir. Nəticədə ticarət dövlətin maliyyə sabitliyinin əsaslarını formalaşdırır. Azərbaycanda ötən il pərakəndə satış dövriyyəsi 62,2 milyard manat olmaqla real ifadədə 3,9 faiz artıb və faktiki olaraq ümumdünya inkişaf tempi ilə ayaqlaşdığını nümayiş etdirir.

Bu statistik göstəricilər iqtisadi inkişafın təmin olunması, iş yerlərinin yaradılması, işsizliyin səviyyəsinin azaldılmasında şəbəkə ticarətinin əməktutumlu geniş biznes meydanı olduğunu təsdiqləyir.

İnsanlar üçün iş yeri, doğma ünvan

Prezident İlham Əliyev 2003-cü ildə ali dövlət postuna seçildikdən sonra fəaliyyət manifestini elan edərkən əsas ümdə prinsiplərdən biri kimi ölkədə iş yerlərinin yaradılmasını önə çəkmişdi. Bu məqsədlə dərhal konkret dövlət konsepti müəyyənləşdi -“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanaraq icrasına start verildi. 2004-cü ildə əsası qoyulan bu strategiya davamlı olaraq yeni müəssisələrin və iş yerlərinin yaradılmasını təşviq etdi. Bu prosesin ayrılmaz tərkib hissəsinə çevrilən şəbəkə ticarəti dövlətin strateji məqsədə çatmasında birgə addımladı. Həmin dövrdə yeni fəaliyyətə başlamış “Bazarstore”, “Neptun”, “Bolmart”  bu prosesin iştirakçısına çevrildi. İş yerləri ilə bağlı dövlətin növbəti proqramlarına qoşulan “Arazmarket”, “Bravo”, Rahat Market”, Grandmart”, “Spar” və digərləri ilbəil böyüyərək öz infrastrukturunu və filiallarının sayını artırmaqla davamlı olaraq minlərlə insanın üzünə iş yeri qapılarını açdı.

Hazırda ölkə üzrə market zəncirində “Oba” marketin 1400-dən, “Al market”in 900-dən, “Araz” Supermarketin 400-dən çox filialı yer alır. “Bravo” 200-ə yaxın, “Rahat” Market və “Bazar Store” 100-dən çox, “Tam Store” 50-yə  yaxın, “Bolmart” təxminən 45, “Grandmart” və  “Neptun” 30-dan artıq filiala, “Mega Store” isə 25-ə yaxın filiala malikdir. Bura digər 10-larla ortastatuslu market şəbəkəsini də əlavə etsək, ölkə üzrə şəbəkə marketləri coğrafiyasının sayı 5 mini ötmüş olur.

Şəbəkə ticarətinin say artımı yeni işçi qüvvəsinin də meydana çıxmasını şərtləndirib. Məsələn, təkcə “Araz” supermarketlər şəbəkəsi son 13 ildə işçi auditoriyasını artıraraq 11000-dən artıq əməkdaşın məşğulluğunu təmin edib. Yaxud, “Al Market” mağazalarında 5000-ə yaxın, “Bravo”da 4000-ə yaxın, “Bazarstore” və “Oba Market”də 3 mindən çox, “Rahat” Market, “Tam Store” “Bolmart” və “Neptun”da 2000-dən artıq, “Mega Store” və “Grandmart” supermarketlər şəbəkəsində 1500-dən çox işçi çalışır. Digər ortahəcmli market şəbəkələrini də bura əlavə etsək, onların iş yerləri portfelində sayı 100 mindən artıqdır.

Yüz ən yaxşı vergi ödəyicisi ailəsində...

2003-2024-cü illərdə Azərbaycanda hüquqi şəxslər tərəfindən yeni yaradılmış iş yerlərinin sayı 1 milyon 50 minə bərabər olub. Yeni iş yerlərinin tərkibində ticarət, nəqliyyat vasitələrinin təmiri üzrə say 160 mindən artıqdır. Məlumdur ki, supermarketlər çoxsaylı tədarükçülərlə sıx əməkdaşlıq edərək kənd təsərüfatı, emal və yeyinti sənayesi, nəqliyyat-logistika şirkətlərinin də bilavasitə işlə təminatında mühüm rol oynayır. Nəqliyyat vasitələri ilə daşınan yüklərin üçdə bir hissəsindən çoxu ticarətin payına düşür. Bütün bunlar ticarət şəbəkələrinin qarşılıqlı fəaliyyət sayəsində digər sektorlarda da əlavə olaraq minlərlə işsiz vətəndaşın məşğulluğunda dəstəkləyici rol oynadığnı göstərir. Bu baxımdan şəbəkə ticarəti və onunla əlaqəli olan sahələrdə yaradılan yeni iş yerlərinin sayı son 20 ildə hüquqi şəxslər tərəfindən yaradılmış cəmi iş yerlərində 15 faiz təşkil edir. Ölkə üzrə (2 milyon) yaradılmış cəmi yeni iş yerləri portfelində isə 8 faiz paya malikdir. Əgər bura marketlərlə birgə tədarük platformasında yer alan kənd təsərrüfatı və emal sənayesini də əlavə etsək, say ən azı 70 min və ya 4 faiz artmış olar.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkəmizdə iqtisadi fəal əhalinin sayı 5 milyon 312 min nəfər olub. 2003-cü ildə bu rəqəm 4 milyon 373,5 min nəfər idi, yəni 21 ildə işçi qüvvəsinin sayı 940  min nəfər artıb. Ticarət sektorunun payı iqtisadi fəal əhalinin sayında daha çox yüksəlib. Əgər 2004-cü ildə bu rəqəm 550 min nəfərə yaxın idisə, 2024-cü ildə ticarətdə say 1 milyon nəfərə çatıb. Bu o deməkdir ki, iqtisadi fəal əhalinin təxminən 18,8 faizi (950 min nəfərə yaxın) ticarət sektorunu təmsil etməkdədir. Həmin işçilərin təxminən 15 faizi hüquqi şəxslərə məxsus ticarətdə, yəni şəbəkə marketlərində cəmləşir. Bu statistika bir daha ölkəmizdə iqtisadiyyatda əməktutumlu sahə kimi şəbəkə marketlərinin rolunu və yeni iş yerlərinin yaradılmasında böyük bir zəncir olmasını əks etdirir. Eyni zamanda, məşğulluğun təmin edilməsində ticarət (nəqliyyat vasitələrinin təmiri də daxil olmaqla) ikinci yerdə dayandığını təsdiqləyir.

Pərakəndə ticarət sektoru ölkə iqtisadiyyatının əsas dayaqlarından biri kimi büdcə-vergi daxilolmalarında da əhəmiyyətli paya malikdir. Hazırda qeyri-neft sektorunda böyük vergi ödəyicisi kimi şəbəkə marketlərinin portfel payı 200 milyon manatdan çoxdur. Dövlət Vergi Xidmətinin açıqladığı 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin və sahibkarlıq subyektinin siyahısında “Araz” supermarketlər şəbəkəsi tərəfindən 36,7 milyon manat, “Oba Market” MMC tərəfindən 23,5 milyon manat, “Veysəloğlu” MMC tərəfindən 15,5  milyon manat, “Al Market” MMC tərəfindən 23,2 milyon manat vergi ödəndiyi əks olunub.

Bu sektorun aparıcı şirkətlərindən biri olan “Azərbaycan Supermarket” MMC (“Bravo”) ötən il 20,8 milyon manat, “Bazarstore”MMC ötən il 14,1 milyon manat, “Grandmart”MMC 13,6 milyon manat vergi ödəyib. Ticarət sektorunda yer alan “Azza” QSC isə 12 milyon, “Sadaf Trade”MMC isə dövlət büdcəsinə 17,7 milyon manat vergi ödənişini təmin edib.

Onu da nəzərə almaq lazımdır ki, marketlər təkcə mənfəət vergisi ödəmir, işçilərin əməkhaqqından gəlir vergisi, Dövlət Sosial Müdafiə Fonduna, İcbari Tibbi Sığorta Fonduna, İşsizlikdən Sığorta Fonduna ödənilən pulların tərkibində ticarət sektorunun payı təxminən ən azı 20 faiz təşkil edir.

Qarabağda açılan marketlər- Səid Bayramovun əmanəti...

Supermarketlər şəbəkəsi, eyni zamanda, mikro və kiçik sahibkarların istehsal etdiyi yerli məhsulların bazara çıxışının asanlaşmasına, tanıdılması və satışına daim dəstək göstərir. Bu da şəbəkə ticarətinin yerli istehsalı təşviq etdiyini, müxtəlif dəstək alətləri ilə aktiv stimullaşdrıcı rol oynadığını göstərir. Həmçinin marketlər ailəsi ilə əməkdaşlıq mikro və kiçik biznesin fəaliyyətinin genişləndirməklə bazarda rəqabət mühitini də artırır. Nəticədə münasib qiymət zənbili yaranır.

... Azərbaycan tarixi Zəfərin yeni qürurverici səhifəsi olan Böyük Qayıdışı dayanmadan sürətlə həyata keçirir, Qarabağ və Şərqi-Zəngəzurda yaradılan zəruri infrasrtrukturlar, salınan şəhər və qəsəbələr, kəndlərlə yanaşı, supermarketlər şəbəkəsi də yaradılır, sayı artır. Marketlər öz doğma evlərinə qayıdan insanların işsizlik probleminin həllində dəstək olur. 2024-cü ildə işğaldan azad edilmiş rayonlarda 2 min 575 yeni iş yeri yaradılıb ki, onların əhəmiyyətli hissəsi ticarət sektorunun payına düşür. Burada isə sözsüz ki, Laçın, Xankəndi, Şuşa və Kəlbəcərdə marketlər yaradan “Araz” marketlər şəbəkəsinin, “Bazarstore”un, “Al Market”in və “OBA Market”in payı xüsusi əhəmiyyət kəsb edir.

... Yeni qurulan supermarketlər həm də dizaynı, estetik görkəmi ilə Qarabağa yaraşıq verir, burada həyat quranlar üçün sanki bir ümid işığı bəxş edır. Bu işığı mühafizə etmək burada çalışan hər kəsin mənəvi borcudur. Çünki bura bizə Zəfəri qazandıran şəhidimiz - “Araz” marketi illərlə mühafizə etmiş və “hələ də orada işləyən” Səid Bayramovun əmanətidir.

ELBRUS CƏFƏRLİ

Yazı “Veysəloğlu” Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Aprel 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Pezeşkianın oxuduğu şeirdəki gizlinlər: nə demək istədi?

29 Aprel 2025 20:04see136

Bakının mərkəzində restoran yanır

29 Aprel 2025 19:26see131

Keçmiş icra başçısının Avstriyada mebel mağazası var? ARAŞDIRMA

28 Aprel 2025 17:47see129

Dövməsini bəyənməyib atəş açdı

29 Aprel 2025 19:58see125

ABŞ döyüş təyyarəsi təyyarədaşıyan gəmidən dənizə düşüb

29 Aprel 2025 00:02see124

ABŞ Azərbaycanda polad və ferroərintilər istehsalını araşdırır

29 Aprel 2025 19:30see122

ABŞ da Harvard Universitetində irqi ayrı seçkilik iddiaları ilə bağlı araşdırma başlayıb

29 Aprel 2025 07:48see121

Mina terroru 26 nəfərin ölümünə səbəb oldu

29 Aprel 2025 13:00see121

Gənc ailələrin sosial iqtisadi çağırışları: Azərbaycan və dünya təcrübəsi ARAŞDIRMA

29 Aprel 2025 19:17see121

Bəzi dövlət qurumları maşınlarını satışa çıxardı 1200 manatdan... SİYAHI

29 Aprel 2025 20:07see120

Kreml Berlini ittiham etdi: “Ukraynalıların qanı əllərinizdədir!”

29 Aprel 2025 19:19see119

Azercell in mobil nömrələri hərraca çıxarılır 36 min manata...

28 Aprel 2025 20:35see119

“Bu Platforma üzv təşkilatlar arasında təcrübə və məlumat mübadiləsini asanlaşdıracaq”

28 Aprel 2025 20:19see119

İmişlidə regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

29 Aprel 2025 19:17see118

Atletiko nun futbolçusu karyerasını La Liqanın digər klubunda davam etdirə bilər

29 Aprel 2025 19:59see118

iPhone 17e gəlir: Apple nə planlaşdırır?

29 Aprel 2025 20:46see116

Siqaret çəkənlərə xəbərdarlıq!

30 Aprel 2025 02:04see115

Putin KXDR ə hərbi yardım vədi verib

28 Aprel 2025 21:17see114

“Göztepe” 11 oyundan sonra qələbə qazandı

29 Aprel 2025 00:04see113

Bobur Bekmorodov: Azərbaycan ədalət və inklüzivlik prinsiplərinə sadiqliyini nümayiş etdirib

28 Aprel 2025 17:59see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri