Əməkdar artistin oğlu: “Hələ də elə bilirəm atam axşam evə qayıdacaq”
Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.
"Hələ də elə bilirəm ki, atam harasa gedib və axşam evə qayıdacaq”.
Bu sözləri Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, mərhum Vahid Əliyevin oğlu Ramil Əliyev atası ilə bağlı xatirələrindən danışarkən deyib.
Ramil Əliyevin sözlərinə görə, bu gün atasının doğum günüdür və ilk dəfədir ki, onu atasız qeyd edirlər:
"Həmişə axşamdan sabaha planlarımızı qurardıq. Səhər tezdən hamımız ona sarılıb dünyaya gəlişini təbrik edərdik. Bu gün isə atama sarılmaq üçün səhər tezdən onun dəfn olunduğu məzarlığa getdik. Qəbrinin üzərinə çiçəklər qoyduq, dualar oxutduq. Çox çətindir… Atam artıq yoxdur. Nə etsək də, onun yerini heç nə verə bilməz. Həyatdır, çətin də olsa, insan ölümlə barışmalı olur”.
O bildirib ki, axşamlar evə qayıdanda atasının yoxluğu daha dərindən hiss olunur:
"Həmişə qapıdan girəndə görürdüm ki, divanda əyləşib. İndi isə evə daxil olanda onun yerinin boş olduğunu görürəm. Hər gün mənə zəng edərdi. İndi artıq atamdan zəng də gəlmir”.
Qeyd edək ki, Əməkdar artist Vahid Əliyev bir müddət əvvəl açıq ürək əməliyyatı keçirmişdi. Daha sonra aktyorun səhhətində ciddi problemlər yaranmışdı. O, ağciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, həkimlər tərəfindən sonradan ona ağciyər xərçəngi diaqnozu qoyulmuşdu.
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:217
Bu xəbər 07 Fevral 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















