Icma.az
close
up
RU
Özbək futbolçu: “Azərbaycanda elə rəqib yoxdur ki…”

Özbək futbolçu: “Azərbaycanda elə rəqib yoxdur ki…”

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Sabah” Azərbaycan Kubokunda yarımfinala yüksəlib. “Bayquşlar” 1/4 finalda “Sumqayıt” səddini aşıb – 0:0, 4:0.

“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev “Futbolpress.az“aaçıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:

“Bu matçda praktiki olaraq əldə etdiyimiz qol fürsətlərinin əksəriyyətindən istifadə etdik. Burinci hissədə rəqibin müdafiə xəttini yarmaqda çətinıik çəkirdik. “Sumqayıt” ilk hissədə arxa xəttdə çox kompakt və intizamlı çıxış edirdi. İkinci hissədə isə ilk qolda sonra rəqib daha açıq futbol sərgiləməyə başladı və bunun da nəticəsində belə hesabla qalib gəldik”.

“Sabah”ın final yolundakı rəqibi “Neftçi” olacaq. Özbək futbolçu şansları dəyərləndirdi:

“Əvvəlki müsahibəmdə də demişdim ki, bütün oyunlar asan olmayacaq, Azərbaycanda elə rəqib yoxdur ki, özünəinam və istək olmadan rahatlıqla qalib gələsən. Digər bütün rəqiblərimizə olduğu kimi “Neftçi”yə də hörmətlə yanaşırıq. Bu oyuna da var qüvvəmizlə hazırlaşacağıq. Məqsədimiz isə dəyişməz olaraq qalır”.

Raxmonalıyev “Sabah”ın hədəflərindən söz açdı:

“Bu mövsümdə bizim əsas hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bu kubokdan olsun və ya çempionatdan heç bir fərqi yoxdur. Buna görə də deyərdim ki, bizim üçün hər iki cəbhədə keçiriləcək oyunlar çox vacibdir – istər kubok olsun, istərsə də çempionat.

Qeyd etdiyim kimi Azərbaycan çempionatında heç bir oyun asan keçmir. Qalib gəlmək üçün hər matçda maksimumunu ortaya qoymalısan. Bu olmadan hər hansı oyundan qələbə ilə ayrılmaq çox çətindir”.

Özbəkistanlı yarımmüdafiəçi qış transfer dönəmində “Sabah”a keçib. O, Azərbaycanı seçmə səbəblərinə toxundu:

“Sabah”da oynamaq mənim üçün yeni çağırışdır. Burada çox yaxşı atmosfer var. “Sabah”da oynamağımın mənə nə qazandıracağını gələcəkdə görəcəyik. Amma hazırda onu deyə bilərəm ki, kifayət qədər rəqabətli çempionatda iştirak edirəm və komandamla avrokubokda oynamaq şansım var”.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 02 Mart 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri