Icma.az
close
up
RU
“Elə “Enfild”ə girəndə adamı vahimə basır” “Liverpul”a qarşı oynamış azərbaycanlı danışdı

“Elə “Enfild”ə girəndə adamı vahimə basır” “Liverpul”a qarşı oynamış azərbaycanlı danışdı

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Liverpul”un ev oyunlarını keçirdiyi, 142 illik tarixə malik “Enfild” nəinki İngiltərə, hətta dünya futbolunun məbədlərindən sayılır.

Və 1995-ci il sentyabrın 26-da həmin stadionun qazonuna çıxanlardan biri də azərbaycanlı olub. Nazim Süleymanovun şərəfini qoruduğu “Spartak-Alaniya” UEFA kubokunun 1-ci mərhələsinin cavab görüşündə “Liverpul”la heç-heçə etməklə (0:0) turnirdə mübarizəni dayandırıb.
“Qarabağ”ın sabahkı oyunu ərəfəsində Nazim bəy “Football-plus.az”a danışdı.
- “Liverpul”a 1:2 uduzduğunuz ilk oyunda Valeri Qazzayev sizə şans verməmişdi. Niyə? Yadınızda qalıb?
- Yadımdadı, elə şeyi yaddan çıxarmaq olar?! Axşam saat 8-də oyun başlayacaqdı. Səhər 11-in yarısı ənənəvi məşqimiz var idi. Məşq etdik, heyətdə olmalıydım. Elə açıqlanmışdı. Oyunla bağlı təlimatları paltardəyişmə otağında verdi. Saat 6-da stadionda getdik. Məni start heyətinə salmadı. Nəinki start heyətinə, heç “18-liy”ə də.
- Heç nədən belə qərar verdi? Mövqeyinizdə kimi oynatdı?
- Bəli, heç nədən. Mənim mövqeyimdə Murtaz Şeliya, Mircəlal Kasımov da oynayırdı.
- Bəs bu qərarın səbəbini soruşmadız?
- Oyun ərəfəsində bunu soruşmaq yersiz idi. Tribunaya qalxdım, oyuna ordan baxdım. Özümü yaxşı hiss etmirdim, ikinci hissənin yarısından sonra getdim evə. Məni oynamağa qoymadı, gedib dava edəsi deyildim ki… Onu da xatırlayıram ki, oyun günü səhər tezdən Vladimir Qutsayev məşq qutandan sonra məni qucaqlayıb dedi ki, “Nazim, sən bu gün qol vurmalısan e”. O bunu deyəndə içimdə belə hiss yarandı ki, burda nəsə var. Sonra da heyətdə olmadım. Demək olar ki, gürcülər oynadı da… (Süleymanov düz deyir: start heyətində yer alanlardan dördü Gürcüstanda doğulub – red.) Cavab oyununa hazırlaşanda yaxınlaşdım Qazzayevə, dedim ki, məni komandaya götürmüsüzsə.... Mən legionerəm, ancaq “Fakel”ə, “Tekstilşik”ə qarşı oynayacam? Yaxşı futbolçu “Liverpul”a qarşı oynamalıdı da.
- Cavab oyununda niyə “Liverpul”u keçə bilmədiz? Şanslarınız oldumu?
- İlk oyunda Vladiqafqazda 2:1 qələbə qazanmışdılar deyə, 0:1 uduzsaydılar da, keçəcəkdilər (əvvəllər “səfər qolu” qaydası var idi – red.). Qol epizodlarımız oldu. Elə mənim də. İkinci hissədə Baxva Tedeyevlə “divar pası” oynadım. Ona ötürdüm, açıldım, gördüm ki, qapıçı Ceyms artıq yanımdadı. O meydança ancaq futbol üçün nəzərdə tutulub, ora gərək alışasan. Elə “Enfild”ə girəndə adamı vahimə basır. Adam o stadionda məşq etmək, oynamaq istəyir. Birinci hissədə cinahdan Kanişevə ötürmə verdim, 5 metrdən qapıya düşə bilmədi.
- Mən də elə söhbəti bura gətirəcəkdim. Deyirsiz ki, “Enfild”də adamı vahimə basır, orda oynamaq istəyir. Bu stadionun xüsusi aurası varmı?
- Adam belə stadion, azarkeş görəndə... Mən belə azarkeşləri “Reyncers”lə səfər oyununda görmüşdüm. Stadionun və azarkeşlərin aurası tam başqadı. Görməyəndə başqa hisslər keçirirsən, öyrəşəndə tam başqadı. Deyirlər e, 12-ci oyunçu, azarkeş. Onu Liverpulda, Brüggedə, Qlazqoda gördüm.
- “Qarabağ”ın futbolçuları bu səviyyədə Avropada yetərincə oyun keçirib. Amma “Enfild”in aurası futbolçulara pis mənada təsir etməz ki? Nədən çəkinməməli, qorxmamalıdılar?
- İnanmıram ki, təsir etsin. “Qarabağ” səfərdə yaxşı, rahat oynayır. Futbolçuları da çox təcrübəlidi, maşallah, Çempionlar Liqasında da zəngin təcrübələri var.
- Oyunla bağlı təxmininiz nəcədi? Nəticə baxımından hansı amil həlledici ola bilər?
- Əlbəttə, hamı istəyir ki, müsbət, yaxşı nəticə olsun. Buna baxmayaraq, “Qarabağ”ın bura qədər gəlməsi özü qələbədi də. İştah dişin altındadı. Yedikcə yemək istəyirsən. “Qarabağ” Avropada özünü sübut etmiş klubdu.
- Proqnoz verin, proqnoz...
- “Liverpul” indi yaxşı dönəm yaşamır. İnanıram ki, heç-heçə olar.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Yanvar 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri