“Elə kişi ilə bir gün də YAŞAMARAM”
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müğənni Aygün Şükürova qatıldığı "Öz aramızda" verilişində həyat yoldaşı Kənan MM haqqında açıqlamaları ilə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, həyat yoldaşında ən çox qiymətləndirdiyi xüsusiyyətlərdən biri onun ailədə maddi məsələlərə yanaşmasıdır. Aygün Şükürovanın sözlərinə görə, Kənan MM heç vaxt onun qazancına göz dikməyib və şəxsi gəlirinə müdaxilə etməyib.
Müğənni hesab edir ki, ailədə kişinin öz məsuliyyətini daşıması vacibdir və bu xüsusiyyət onun üçün xüsusi əhəmiyyət kəsb edir.
"Bu xüsusiyyəti çox bəyənirəm. Kişi belə olmalıdır. Qadının qazandığı pulla rahat şəkildə yaşayıb hər şeyi onun üzərinə buraxmağı düzgün hesab etmirəm", - deyə sənətçi bildirib.
Şükürova əlavə edib ki, özü belə münasibəti qəbul etməz və heç bir qadına da bu cür ailə həyatı arzulamaz.
Müğənninin səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. İzləyicilər ailədə maddi məsuliyyət və həyat yoldaşları arasındakı münasibətlərlə bağlı fikirlərini bölüşüblər.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 04 İyun 2026 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















