“Ələ saldım, dedim tapançan var?” Güləli Bağırov Nadir Qasımova ultimatum verib
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
Bu ayın əvvəlində “Şuşa Qalası”nın prezidenti Nadir Qasımov “Futbol+”ə “Aztürk Holdinq”in, eyni zamanda ən azı sənəd üzərində “Şuşa”nın prezidenti olan Güləli Bağırovla bağlı qalmaqallı müsahibə vermişdi.
İş adamı, “Səbail”lə yenicə müqavilə imzalamış Güləli Bağırov bu müsahibəni oxuyub və Nadir Qasımovla əlaqə saxlayıb. Nadir bəy özü bu haqda “Football-plus.az”a məlumat verdi:
“Zəng elədi, dedi ki, mənim haqda açıqlama vermisən, dedim əcəb etmişəm. Dedim ki, 10 il əvvəl sənə “Şuşa” klubunu vermişəm, hardasan? Hamını qoydun, qaçdın getdin. Niyəsini özün yaxşı bilirsən. Mənə hörmət etdilər, “Şəfa” stadionunda pulsuz saxladılar, bir ay pul almadılar. Sənin mənfi əməllərinin hamısını ört-basdır elədim. Bu komanda “Şuşa”nın adını daşıyır. Dedim mən bu klub üçün əlləşdim-vuruşdum. Sən nə etdin? Mənə dedi ki, açıqlamaya görə məndən üzr istəməlisən. Dedim: “Nə? Çaşmısan? Sən kimsən səndən üzr istəyim? Sən nə etmisən?” Fikri budu ki, bundan üzr istəməliyəm. Dedim heç vaxt üzr istəmərəm. Oğlum yerimdəsən. Səhvim olsa, istəyərəm. Yadından çıxarma ki, mən kiməm. 10 il ərzində borc qoyub, rədd olub qaçmısan. Dedi üzr istəməsən, bilirəm nə edəcəm. Ələ saldım, dedim tapançan var? Mənə ayın 28-nə qədər vaxt qoyub ki, üzr istəməlisən. Camaatı, valideynləri aldadıb. “Səbail” də onun fitvasına gedir, müqavilə bağlayıb. Bu pulu hardan alır, anlamıram. Qaçıb gizlənib, 10 ildən sonra gəlib. Bəzi veteranlarla da görüşəcəm. Qələt fikirlərini istəyir ki, hamıya yeritsin. Bu adamı gərək futbol aləmindən uzaqlaşdıraq. Futbolun adından pul yığır. Uşaqları aldadır. Sonra deyirik ki niyə futbol yoxdu? Forma adı ilə valideynlərdən pul yığaraq qaçıb”.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:269
Bu xəbər 27 May 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















