Şahin Bağırov gömrük yoxlamalarından DANIŞDI “Nadir hallarda olur”
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Subyektivizmin olmaması üçün rəqəmsallaşma geniş surətdə tətbiq olunur. Yəni rəqəmsallaşma özlüyündə subyektivizmin aradan qaldırılmasına xidmət edir. Ona görə də ölkəmizdə bütün sahədə rəqəmsallaşma həyata keçirilir”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov parlamentin bugünkü iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, səyyar yoxlamaların aparılması prosesinə də aydınlıq gətirib:
“Mövcud Gömrük Məcəlləsində gömrük auditinin aparılması təsbit olunub. İllərdir bu norma bizdə istifadədədir. Bizim yeni yanaşmamız nəzərdə tutulan gömrük auditinin daha dəqiq ifadə olunması, səyyar yoxlama ilə kameral yoxlamanın ayrılmasından ibarətdir. Kameral yoxlama uzaqdan yoxlamanı nəzərdə tutur.
Mövcud normalar gömrük auditinin səyyar formada aparılması hallarını kifayət qədər azaldır. Çox nadir hallarda səyyar yoxlamalar aparıla bilər. Ölkəmizdə müəyyən olunmuş qaydalara uyğun olaraq səyyar yoxlamaların vergi xidməti ilə bərabər surətdə eyni vaxtda keçirilməsi nəzərdə tutulur”.
Sədr bildirib ki, ümumilikdə məcəllənin əsas hədəfinin biznesə dəstək göstərmək və sahibkarlıq sahəsini genişləndirmək, eyni zamanda gömrük orqanlarının fəaliyyətini tənzimləməkdən ibarətdir.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 01 May 2026 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















