Icma.az
close
up
RU
“Elə səhnələr olub azərbaycanlı olduğum üçün məni ora dəvət ediblər”

“Elə səhnələr olub azərbaycanlı olduğum üçün məni ora dəvət ediblər”

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Müsahimiz Polşada yaşayan azərbaycanlı musiqiçi, tenor Tərlan Şahbazidir.

- Tərlan müəllim, fəaliyyətinizdən danışardınız, Polşada hansı işlər görürsünüz?

- Hazırda öz vokal sənətimi davam etdirirəm. Bu günə kimi bu ölkədə 8 il ərzində müxtəlif konsertlərdə, festivallarda iştrak etmişəm.  Musiqi elə bir sənətdir ki, istənilən saatda məşğul olmaq istəyirsən. Polşada şəhərdən kənarda yaşadığımdan özümə daha rahat şərait qurmuşam. Çünki insan şəhərdə yaşayanda əlavə işlərlə  daha çox məşğul olur və sənətə vaxt ayıra bilmir.

- Belə çıxır ki, vaxtınızı sırf sənətə ayırmaq üçün şəhərdən kənarda yaşamağı üstün tutmusunuz?

- Xeyr, bu, məndə təsadüfən alındı. Düzdür, əvvəllər çox darıxdırıcı idi, lakin nəticədə sənətimlə daha çox vaxt keçirmək imkanın yaranıb.

- Maraqlıdır, niyə məhz Polşa?

- Uzun müddət Moskvada yaşadım. 2017-ci ildə Rusiyadan qayıtdıqdan sonra müvəqqəti olaraq Polşaya getməyi düşündüm. Orada dost- tanışlarım çox idi. Elə vəziyyət yarandı ki, həyatımı orda davam elətdirməli oldum. İlk vaxtlarda müəyyən çətinliklərlə üzləşdim, hər şey zamanla həll olundu. Uzun illərdir artıq öyrəşmişəm. Azərbaycana tez tez gəlirəm.  Gəlməyəndə Vətən üçün darıxıram.

- Polşada sizə hansı təkliflər olunur?

- Hər kəs ölkəsini öz sənəti ilə təmsil etməlidir. Elə səhnələr olub sırf azərbaycanlı olduğum üçün məni dəvət ediblər. Bir müddət öncə azərbaycanlı olduğumu öyrənən bir sənət adamı iş birliyi həyata keçirməyi təklif etdi. Bizim adət-ənənələrimizi özündə əks etdirən bir layihə üzərində işləməyi düşündük. Klassik konsertlər keçirdik, digər tədbirlərə hazırlıqlar getdi. Təəssüf ki, həmin xanım ağır xəstələndiyindən layihəmiz yarımçıq qaldı. Hətta planım həmin layihəni ölkəmizdə də davam etdirmək idi.

- Razılaşırsınızmı ki, ölkəmizdə klassik musiqiyə maraq elə də çox deyil, insanlar bayağı musiqiləri izləməyi daha çox üstün tuturlar. Polşada vəziyyət necədir?

- Orada da var belə hallar, lakin əvvəlki illərə nisbətən dəyişiklik hiss edirəm. Musiqini uşaq yaşlarından  düzgün şəkildə təbliğ etmək lazımdır. Valideynlərimə  minnətdaram ki, məni bu sahəyə yönləndirdi. Bunu hər zaman vurğulayıram. Atam daha çox avropasayağı musiqiləri dinlətdirirdi bizə, həmin musiqilərin zövqünü hələ də özümdə hiss edirəm. 

- Tərlan müəllim, musiqi sahəmizdəki sənətkarlarla bağlı hansı xatirələriniz var?

- Bizdə o zamanlar  gözəl bəstəkarlar çox idi. Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Elza  İbrahimova və digərləri bir-birindən gözəl əsərlər yaradırdı. Hamısı da indiyə qədər dinlənilir. Rauf Atakişiyevi, Rəşid Behbudovu Tofiq Quliyevi yaxından tanıyırdım. Tofiq Quliyevlə bağlı bir çox xatirələrim var. Həddindən artıq dəyərli və səmimi adam olub. Həm bəstəkar, həm də bir insan kimi dahi şəxsiyyət olub mənim üçün. Bir çoxlarından fərqli olaraq onun insani cəhətləri çox idi.

- Siz həm də filmlərdə aktyor olaraq rol almısınız.

- Bəli, filmlər Rusiyada yaşadığım illərə təsadüf edir. Alman rejissoru Burhan Kurbanin kriminal janrında “NO BEST SO FİERCE” filmində də epizotik rolda “Qanqster” obrazını, “Yasmin” serialında  qızıl dükanın sahibi Rəcəb obrazını canlandırmışam.

- Sizin bu sənətə yüksəlməyinizdə kimlərin rolu daha çox olub?

- Anam və atamı ilk olaraq qeyd etmək istəyərdim. Nəslimizdə  musiqi ilə məşğul olan yeganə adam mənəm. Onlar  tələbkar olduğu üçün mən gəlib bura qədər çıxmışam. Onlardan əlavə öz müəllimlərimə də dərin təşəkkürümü bildirirəm ki, mənə sənətin sirlərini öyrədiblər. Sənət  müəllimim Kaludi Kaludov, Kalisz filarmoniyasının dirijoru Ruben Silva və  digər sənət adamlarına minnətdaram.

- Gələcəklə bağlı hansı planlarınız var?

- Sənətlə bağlı planlar çoxdur. Ölkəmizdən təkliflər gəlir, onları hələ qeyd etmək istəmirəm. Polşada konsertlərim gözlənilir. Varşavada musiqişünas təhsilimi davam etdirdim, eyni zamanda musiqi meneceri olaraq da fəaliyyət göstərirəm. Düşünürəm ki, hər kəs öz sahəsini hərtərəfli öyrənməlidir. 

Havar Şəfiyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 May 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri