Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Həkim məsləhəti” rubrikamızda

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Bakıda və bölgələrdə işıq sönəcək

Qafqaz elə Tramp üçün də qurtuluş deyilmi?..

Qafqaz elə Tramp üçün də qurtuluş deyilmi?..

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Kreml siyasi əhlinin bir xüsusiyyətinə qibtə etməmək olmur: bunlar heç vaxt, heç bir şəraitdə həvəsdən düşmürlər.

Ötən həftə ən çox diqqətdə olan məsələlərdən biri Ermənistanda keçiriləcək parlament seçkiləri idisə, digəri də seçkidən sonra bu ölkənin Rusiyanın müxtəlif layihələrində gələcək iştirakı idi. KTMT bir tərəfə, artıq hamı belə hesab edirdi ki, seçkidən dərhal sonra Paşinyan İrəvanı Avrasiya İttifaqına "yox” deməsə də, keçmiş "forpost”un inteqrasiya vektoru daha çox Avropaya yönələcək. Bunu seçki təbliğatı zamanı nəinki Paşinyan özü, eləcə də komandasının digər üzvləri açıq şəkildə bəyan edirdilər.

Doğrusu, biz bu sətirləri yazanda hələ seçkinin rəsmi nəticələri açıqlanmamışdı, amma exit-pollar Paşinyan blokunun qalib gəldiyini iddia edirdi. Düzü, revanşistlərdən daha çox Karapetyan kimi "pul dağarcıqları”nın vaxtilə Gürcüstanda İvanişvili kimi oliqarxın etdiyi kimi seçici kütləsinin "saqqızı”nı oğurlayacağından ehtiyat edilirdi. Bir neçə saat keçəndən, guya səslərin yarısı hesablanandan sonra Paşinyan blokunun böyük üstünlüklə qalib gəldiyi deyilirdi, amma yəqin ki, hələ dəqiqləşdirmələr aparılacaq.

Amma görün, bu ərəfədə Moskva üçün belə ümidsiz görünən bir vəziyyətdə onun hökumət təmsilçiləri nə dedilər: Azərbaycanı Avrasiya İttifaqına qəbul etməyə hazırıq! Bəli, ilk baxışda bu, gülünc görünür. Çünki İrəvan kimi sadiq "nökər”in belə artıq özünə rəva bilmədiyi quruma Azərbaycanı dəvət edirlər. Hələ bu azmış kimi, Azərbaycana qarşı bu qədər təxribatlardan, xüsusən də hələ tam aydınlaşmamış məşhur təyyarə qəzasından sonra bu adamlar Bakı ilə əlaqələrin yüksək səviyyədə olduğunu bildirirlər!

Nədir bu? "Geosiyasi tilov”, yeni "müttəfiq”, yeni "rıçaq”, yeni dayaq axtarışı, yoxsa hədsiz optimizm?

Bizə elə gəlir ki, bunlardan daha ciddi "səbəblər” var. Kreml bilir ki, Azərbaycanın Qərblə, daha doğrusu, Avropa ilə müəyyən problemləri var və düşünür ki, ölkə hara gedirsə-getsin, yenə Rusiyanın yanına qayıdacaq. Belə gözlənti sərgiləməkdə haqlıdırmı? Düşünmürük.

Çünki Azərbaycanın qardaş Türkiyəsi də var və prezident İlham Əliyev sonuncu inaqurasiya mərasimində demişdi ki, Bakı bundan sonra inteqrasiya vektorunu türk dünyasına doğru istiqamətləndirəcək. Bu proses artıq gedir. Üstəlik, Gürcüstanda da Kreml istəyinə çatmadı. Bütün Avropa İvanişviliyə "Putinin agenti” desə də, hər halda Tiflis hələ Moskvaya doğru real bir addım atmayıb. Həm də deyəsən, Ağ Ev də başa düşüb ki, Tiflisi ümumi diqqətdən kənarda qoymaq olmaz. Yəqin buna görə ötən ay bu ölkəyə xüsusi nümayəndə heyəti göndərilmişdi.

Ermənistanı da qeyd etdik. Yəni böyük ehtimalla, üç Cənubi Qafqaz respublikasının geosiyasi oriyentasiyası bundan sonra da yaxınlaşmaqda davam edəcək.

Bakı daha çox Ankaraya tərəf meyl etsə də, hər halda sonuncu da Qərbə yad deyil. Türkiyə NATO üzvüdür, hələ də Avropa İttifaqı ilə nəinki müəyyən planlara, hətta bağlılıqlara malikdir. Bir növ, Türkiyə Azərbaycanı da Qərbə yaxın saxlayan geosiyasi platformadır.

Düşünürük ki, elə ABŞ üçün də bir çox səbəblərdən Cənubi Qafqaz daha maraqlı olacaq, hətta özəl və subyektiv meyarlar baxımından da. Açıq demək lazımdır ki, Tramp nə Ukraynada, nə də İranda ciddi nəticə əldə edə bildi və indi Yaxın Şərq böhranından üzüağ çıxmağın yollarını axtarır. Onun Netanyahuya qarşı son isterik reaksiyası da bununla bağlıdır. Çünki sonuncu İran məsələsində Trampdan daha çox şey umur, hətta tələb edir.

Amma elə ötən həftə xəbər gəldi ki, Konqres Trampın İrandakı müharibəyə qoşulmasını məhdudlaşdıran növbəti qətnamə qəbul edib, üstəlik, bildirildi ki, hətta onun öz partiyası daxilində də xeyli əleyhdarı var. Qarşıdansa daha bir siyasi sınaq dövrü – payız gəlir. Respublikaçılar siyasi fiaskoya uğramayacaq ki? Ona görə Trampa haradasa qələbəyə bənzər bir nəticə lazımdır. Buna isə indi ən çox yarayan bölgələrdən biri bizim Cənubi Qafqazdır – əlbəttə, İrəvanda qərbyönlü qüvvələr hakimiyyətdə qalsa və hökumətlərini (ilkin məlumatlara görə, Paşinyan blokunun səsləri bunun üçün yetərlidir) qura bilsələr...

Hüseynbala Səlimov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 İyun 2026 02:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see254

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see239

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see236

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see235

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see227

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see221

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see220

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see216

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see214

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see213

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see211

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see210

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see204

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see195

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see193

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see188

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see184

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see182

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see174

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri