Elə şəxslər var ki, 200 500 mənzilə sahibdir, qapını bağlayıb gediblər... AÇIQLAMA
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Elektrik enerjisi və qaz üzrə tətbiq olunacaq sabit aylıq tarif mexanizmi aztəminatlı ailələr və az istehlak edən abonentlər üçün ilkin mərhələdə əlavə maliyyə yükü yaradacaq. Bu, çox asandır, sadəcə olaraq abunəçilərin hesablarına əlavə məbləğ yazılacaq. Bir manat qaz, bir manat işıq, nəticədə ümumi xərclər 2 manat artacaq. Bu, adi riyazi hesablamadır və burada fəlsəfə axtarmağa ehtiyac yoxdur".
Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.
O, bildirib ki, məsələyə uzunmüddətli iqtisadi baxımdan yanaşsaq, bu mexanizm səmərəlidir:
"Çünki həm elektrik, həm də qaz paylayıcı şəbəkələrinin saxlanması və texniki baxımı xərc tələb edir və bu xərci istənilən halda abunəçi ödəməlidir. Əvvəllər bu xərclər yalnız istifadə zamanı istehlakın içində gizli şəkildə çıxırdı. İndi isə istifadə edib-etməməsindən asılı olmayaraq, şəbəkəyə qoşulmusansa, bu xərc ayrıca hesablanır. İstəyirsən istifadə et, istəyirsən etmə, amma sistem hazır vəziyyətdə saxlanılır. Bu da müəyyən mənada ədalətli yanaşmadır. Çünki abunəçi olmaq avtomatik olaraq həmin xidmətin istifadəçisi olmaq deməkdir və istənilən an “qaz verilsin” deyildikdə, qaz gəlir. Bunun isə arxa fonda ciddi baxım və saxlanma xərcləri var".
Ekspert bildirib ki, elə şəxslər var ki, 200–500 mənzilə sahibdir, evlərin qapısını bağlayıb gediblər:
"Həmin mənzillərdən istifadə olunmasa da, şəbəkənin saxlanma xərci cəmiyyətin digər üzvlərinin üzərinə düşürdü. Qaz istifadə olunmayanda bu xərc itmirdi, sadəcə digər abonentlər arasında bölüşdürülürdü. İndi isə bu xərclər ayrılıb və ayrıca hesabat sistemi formalaşdırılıb. Bu, həm xərclərin, həm də qiymətlərin daha düzgün müəyyənləşdirilməsi deməkdir. Eyni zamanda, daha çox evi olan şəxsin daha çox ödəniş etməsi prinsipini yaradır. Gələcəkdə isə bu yanaşma ümumi qiymət artımlarının qarşısını almağa da kömək edə bilər".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Pensiyası 500 manat olan şəxslər əlavə 300 manat da alacaq AÇIQLAMA
11 Dekabr 2024 11:02
Seyidlər və onların nəslindən olan şəxslər İslamda hansı mövqeyə sahibdir? AÇIQLAMA KONKRET
13 May 2025 17:14
Bu şəxslər əsgər çağırılır AÇIQLAMA
12 May 2025 11:24
NATO və AB də elə şəxslər var ki... Lavrov
27 Sentyabr 2025 22:01
Bu şəxslər 200 manat cərimələnəcək
04 Dekabr 2024 19:55
Baxış sayı:58
Bu xəbər 30 Dekabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları