Icma.az
close
up
RU
Elektrik avtomobillərinin rüsumdan azad idxal kvotası dolduruldu Yüzlərlə maşın sərhəddə qalıb

Elektrik avtomobillərinin rüsumdan azad idxal kvotası dolduruldu Yüzlərlə maşın sərhəddə qalıb

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində elektrik avtomobillərinin rüsumdan azad idxalı üçün nəzərdə tutulmuş kvotanı tam istifadə edib. Avtosfer.az "ArbatMedia"ya istinadən xəbər verir ki, bu səbəbdən sərhəddə yüzlərlə elektromobil ilişib qalıb və onların sahibləri nəqliyyat vasitələrini ala bilmirlər. Qazaxıstan Dövlət Gəlirləri Komitəsinin məlumatına əsasən, 15 oktyabr tarixinə qədər ölkəyə 15 min elektromobil gətirilib - bu isə Aİİ-nin müəyyən etdiyi maksimum həddir. Kvotanı aşan bütün yeni avtomobillər artıq gömrük rüsumu və vergi ödəməli olacaq. Qurum vətəndaşları əvvəlcədən xəbərdar etmişdi ki, kvota bitmək üzrədir və elektromobil alanlar bu məhdudiyyəti nəzərə alsınlar. Kvota tükəndikdən sonra sahiblər 15% gömrük rüsumu və 12% ƏDV (2026-cı ildən - 16%) ödəməli olacaqlar. Bu, elektrik avtomobillərinin qiymətini 30-40% artıracaq.

"Baytaq" partiyasının sədr müavini Oleg Pak bildirib ki, hazırda gömrük-keçid məntəqələrində çoxlu sayda elektromobil toplanıb və onlar güzəştli qaydada rəsmiləşdirilə bilmir:

"İnsanlar avtomobillərini almaqda gecikmələrlə və yüksək rüsum ödəmək riski ilə üzləşirlər."

Onun sözlərinə görə, bu qərar son illərdə sürətlə inkişaf edən "yaşıl bazar"a ciddi zərbə vuracaq. 2024-cü ildə Qazaxıstana 2022-ci illə müqayisədə 12 dəfə çox elektromobil gətirilib və rüsumdan azad idxal onların ümumi sayını 20 minə yaxınlaşdırıb.

Pak qeyd edib ki, müəyyən olunan kvotalar real tələbatı əks etdirmir: "Aİİ səviyyəsində dərhal kvotanın artırılması məsələsi qaldırılmalıdır. Cəmiyyət və bazar göstərdi ki, tələbat 15 minlik limitdən qat-qat çoxdur. Hökumət rüsumdan azad idxal rejiminin ən azı 2028-ci ilin sonuna qədər uzadılmasına nail olmalıdır."

Ekspert əlavə edib ki, Qazaxıstan hələlik öz elektromobillərini istehsal etmir, buna görə də bu məhdudiyyətlər yerli istehsalı qorumaq məqsədi daşımır. Onun sözlərinə görə, nəqliyyatın elektrikləşdirilməsi iqtisadi baxımdan da sərfəlidir, çünki elektromobilin saxlanması daxili yanma mühərrikli avtomobildən daha ucuzdur. Gələcəkdə bu proses sənaye texnikasına - ekskavatorlara, yük maşınlarına və yükləyicilərə də tətbiq oluna bilər (Olaylar).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 28 Oktyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri