Elektrik enerjisi xaricə 9,4 qəpiyə, əhaliyə isə 11 qəpiyə satılıb Rəsmi
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Bu ilin yanvar ayı ərzində Azərbaycandan xarici ölkələrə 140 milyon 918 min kVt/saat elektrik enerjisi ixrac edilib.
Hurriyyet.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 7 milyon 775 min dollar olub.
Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,5 sent və ya mövcud məzənnə ilə (1$/1,7azn) hesablandığı zaman 9,4 qəpik təşkil edib.
Bu isə daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur.
Bildiyimiz kimi, elektrik enerjisinin daxili bazarda əhaliyə satılan qiyməti 8,4 (200 kVt/saat-a qədər), 10 (200- 300 kVt/saat olduqda) və 15 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 11 qəpik təşkil edir.
Məlumatlardan da göründüyü kimi, ölkə daxilində əhaliyə satılan elektrik enerjisinin qiyməti xaricə satılan elektrik enerjisinin gömrük dəyərindən 1,6 qəpik və ya 14,5% bahadır.
Yeniavaz.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 19 Fevral 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















