Elektrik enerjisi xaricə 8,9 qəpiyə, əhaliyə isə 11,1 qəpiyə satılıb
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xarici ölkələrə 319 milyon 39,4 min kVt/saat elektrik enerjisi ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, xaricə satılan elektrik enerjisinin gömrük dəyəri 16 milyon 628,7 min dollar olub.
Nəticədə xaricə satılan 1 kVt/saat elektrik enerjisinin gömrük dəyəri 5,2 sent və ya mövcud məzənnə ilə (1$/1,7azn) hesablandığı zaman 8,9 qəpik təşkil edib.
Qeyd edək ki, bu,daxili bazarda satılan elektrik enerjisinin qiymətindən ucuzdur.
Bildiyimiz kimi, ölkə daxilində əhaliyə satılan elektrik enerjisinin qiyməti 8,4 (200 kVt/saat-a qədər), 10 (200- 300 kVt/saat olduqda) və 15 qəpiyə (300 kVt/saat-dan artıq olduqda) bərabərdir. Bu isə o deməkdir ki, ölkə daxilində elektrik enerjisinin orta tarifi 11,1 qəpik təşkil edir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Elektrik enerjisi xaricə 9,6 qəpiyə, əhaliyə isə 11,1 qəpiyə satılır
19 Avqust 2025 16:37
Əhaliyə 11,1 qəpiyə satılan elektrik enerjisi xaricə 8,2 qəpiyə ixrac olunub
18 Fevral 2026 10:52
Elektrik enerjisi xaricə 9,4 qəpiyə, əhaliyə isə 11 qəpiyə satılıb Rəsmi
18 Fevral 2025 10:03
Kartofun bir kiloqramı xaricə 56 qəpiyə, əhaliyə 1 manat 25 qəpiyə satılıb Rəsmi
17 Aprel 2025 14:14
Baxış sayı:165
Bu xəbər 16 Sentyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















