Icma.az
close
up
RU
Elektrik şəbəkəsinə qoşulma prosesinin daha da optimallaşdırılması məsələsi təhlil edilib AZƏRTAC

Elektrik şəbəkəsinə qoşulma prosesinin daha da optimallaşdırılması məsələsi təhlil edilib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 26 dekabr, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Energetika Nazirliyinin rəhbərlik etdiyi “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında 2024-cü ilin yekunlarına həsr olunmuş hesabat xarakterli iclası keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, işçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev iclası açaraq gündəlikdə duran məsələləri təqdim edib, cari ildə müvafiq sahədə əldə edilmiş nailiyyətləri və qarşıda duran vəzifələrin səmərəli icrasının ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında bildirib: “Elektrik şəbəkəsinə qoşulma sahəsində aparılan islahatlar və yaradılan elektron xidmətlər biznes mühitinin əlverişliliyinin artırılmasına müsbət təsir etməklə yanaşı, müvafiq sahədə beynəlxalq reytinqlərin yaxşılaşmasına töhfə verib. Bu sahədə əldə edilmiş nailiyyətlərin daha da gücləndirilməsi və yeni istiqamətlərdə təkmilləşmələrin davam etdirilməsi qarşıda duran əsas prioritetlərdəndir”.

“Azərişıq” ASC sədrinin birinci müavini Ramil Yusifov isə elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində icra edilmiş rəqəmsallaşdırma və optimallaşdırma tədbirləri haqqında danışıb, növbəti ildə də bu səylərin genişləndiriləcəyini, eyni zamanda, həm sahibkarlarla, həm də geniş ictimaiyyətlə müntəzəm kommunikasiyanın davam etdiriləcəyini qeyd edib.

İclasın gündəliyinə müvafiq olaraq, Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına hesablanmış tədbirlərin icra vəziyyəti barədə məlumat verilib. 2025-ci il üzrə Yol Xəritəsinin layihəsi müzakirəyə çıxarılıb, elektrik şəbəkəsinə qoşulma prosesinin daha da optimallaşdırılması məqsədilə nəzərdə tutulmuş tədbirlər iştirakçılar tərəfindən ətraflı təhlil edilib.

İntensiv Kommunikasiya Planının icrası istiqamətində elektrik şəbəkələrinə qoşulma prosesinin şəffaflığını təmin etmək və bu sahədə sahibkarların məlumatlılığını artırmaq məqsədilə reallaşdırılan tədbirlər nəzərdən keçirilib.

İclasda, həmçinin “Kommunal xidmətlər (elektrik)” indikatoru üzrə ekspert sorğularına verilən cavabların diaqnostika sənədi müzakirə edilib.

Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “AzərEnerji” ASC, “Azərişıq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qarşıda duran tapşırıqların icrası ilə bağlı təklif və tövsiyələr qiymətləndirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Dekabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see262

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see236

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see176

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see171

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see153

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see152

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see141

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see136

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see133

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see130

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see125

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see125

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see123

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri