Elektriklə 103 balıq tutan dostlar həbs edildi “Bişirmək üçün tutmuşduq…”
Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.
Göygöl rayonu, Haça Qaya kəndində “Qoşqarçay”dan elektrik cərəyanı ilə balıq tutan şəxslər məhkəmə zalında həbs ediliblər.
Musavat.com xəbər verir ki, iki nəfər ümumilikdə bir ədədinin qiyməti 33 manat olan 103 ədəd “Şirbit” balığını elektrik cərəyanı verməklə tutublar.
Onlar balıqları tutarkən polis əməkdaşları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər.
1975-ci il təvəllüdlü Elşən və 1985-ci il təvəllüdlü Rəşad əməllərindən peşman olduqlarını deyiblər.
Məhkəmədə dindirilən zaman balıqları özləri bişirmək üçün tutduqlarını deyiblər. Dəymiş zərəri ödəmək üçün isə imkanlarının olmadığını bildiriblər.
Məlum olub ki, hər iki şəxs daha əvvəl məhkumluq həyatı yaşayıb.
Məhkəmə təqsirləndirilən şəxslərin daha əvvəl ağır cinayət törətməsini, zərərin ödənilməməsini nəzərə alaraq onlar barəsində sərt qərar çıxarıb.
Hökmə əsasən 1975-ci il təvəllüdlü Elşən A. 2 i, 1985-ci il təvəllüdlü Rəşad Q. isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki şəxs barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs ediliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 26 Fevral 2025 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















