Icma.az
close
up
RU
Elektrikli avtomobilin akkumulyatorunu sıradan çıxaran 5 ümumi səhv

Elektrikli avtomobilin akkumulyatorunu sıradan çıxaran 5 ümumi səhv

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Elektromobillərin sahibləri, xüsusilə yeni istifadəçilər, bahalı təmirə səbəb ola biləcək bir sıra səhvlərə yol verirlər. 

Qaynarinfo "Slash Gear"ə istinadən xəbər verir ki, hər elektromobilin ən bahalı hissəsi akkumulyatordur və onun dəyişdirilməsi 5000–20 000 dollardan çox başa gələ bilər. Bununla belə, bu avtomobillər 20 ildən artıq xidmət göstərə bilər – əsas odur ki, çox adi görünən 5 səhvdən uzaq durasınız.

Səhv 1: Avtomobili daim 100% doldurmaq

Akkumulyatoru tam şəkildə doldurmaq benzinin tam bakı ilə müqayisə edilə bilər, lakin elektromobillər üçün bu, düzgün yanaşma deyil. Mütəxəssislər bildirirlər ki, akkumulyator elementləri ən yaxşı halda 20–80% arasında işləyir.

Yüksək dolum səviyyəsi gərginliyi və qızmanı artırır, bu isə elektrodların aşınmasına, nəticədə yürüş məsafəsinin və akkumulyator ömrünün azalmasına səbəb olur. Mütəxəssislər gündəlik limitin 80%-ə qədər təyin edilməsini, yalnız uzaq səfərə çıxarkən bu həddi 100%-ə qaldırmağı tövsiyə edirlər.

Səhv 2: Akkumulyatorun həddindən artıq boşalmasına yol vermək

Akkumulyator 1–2% göstərəndə, bu, onun üçün son dərəcə zərərli vəziyyətdir. Bu proses dərin boşalma adlanır və akkumulyatorun gələcəkdə enerji saxlama imkanlarını sürətlə məhv edir.

Dərin boşalma zamanı litium elementlərdə gərginlik artır, balans pozulur, anodda metal çökmə yarana bilər, katodun kristal strukturu isə çatlayır. Bu səbəbdən 20%-i "qırmızı zona” kimi qəbul etmək və avtomobili vaxtında enerji doldurmaya yönləndirmək tövsiyə olunur.

Səhv 3: Avtomobili ekstremal isti və ya soyuqda doldurmaq

Elektromobillər nə şiddətli istini, nə də sərt soyuğu sevir. Soyuqda litium ionları hərəkətsizləşir və enerji verə bilmir – nəticədə yürüş 10–36% azalır. İsti havada isə ionların çox sürətli hərəkəti daxili müqaviməti artırır və akkumulyatora ciddi ziyan vurur. Bu səbəbdən ekstremal isti havada sürətli doldurma xüsusilə təhlükəlidir.

Mütəxəssislər tövsiyə edir:

* şaxtalı havada əvvəlcə akkumulyatorun qızdırılmasını təmin edin (əksər elektromobillər bunu avtomatik edir),

* istidə kölgədə saxlayın və ya günün sərin vaxtlarını gözləyin.

Səhv 4: Keyfiyyətsiz və ya zədələnmiş kabellərdən istifadə etmək

Ucuz və keyfiyyətsiz doldurma kabelləri həm akkumulyatoru, həm də avtomobili riskə atır. Zədələnmiş izolyasiya, çatlar və qırıq naqillər qısaqapanmaya səbəb ola bilər və nəticələri çox baha başa gələ bilər. Həmçinin yararsız vəziyyətə düşmüş orijinal kabellərdən də istifadə etmək təhlükəlidir.

Səhv 5: Proqram təminatı yeniləmələrini görməməzliyə vurmaq

Elektromobil əslində təkərləri olan bahalı kompüterdir və proqram təminatının yenilənməsi akkumulyatorun sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Yeniləmələr təkcə multimedia sistemini deyil, həm də doldurma buferini, istilik tənzimlənməsini və diaqnostika alətlərini yaxşılaşdırır.

İstehsalçılar avtomobili gecə avtomatik yenilənməyə təyin etməyi və ya hər bir neçə həftədən bir yeniləmələri yoxlamağı məsləhət görürlər. Bu proses minlərlə dollarlıq akkumulyator dəyişimi riskini azalda bilər.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Noyabr 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri