Icma.az
close
up
RU
Elektrikli avtomobilin akkumulyatorunu sıradan çıxaran 5 ümumi səhv

Elektrikli avtomobilin akkumulyatorunu sıradan çıxaran 5 ümumi səhv

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Elektromobillərin sahibləri, xüsusilə yeni istifadəçilər, bahalı təmirə səbəb ola biləcək bir sıra səhvlərə yol verirlər. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hər elektromobilin ən bahalı hissəsi akkumulyatordur və onun dəyişdirilməsi 5000–20 000 dollardan çox başa gələ bilər. Bununla belə, bu avtomobillər 20 ildən artıq xidmət göstərə bilər – əsas odur ki, çox adi görünən 5 səhvdən uzaq durasınız.

Səhv 1: Avtomobili daim 100% doldurmaq

Akkumulyatoru tam şəkildə doldurmaq benzinin tam bakı ilə müqayisə edilə bilər, lakin elektromobillər üçün bu, düzgün yanaşma deyil. Mütəxəssislər bildirirlər ki, akkumulyator elementləri ən yaxşı halda 20–80% arasında işləyir. Yüksək dolum səviyyəsi gərginliyi və qızmanı artırır, bu isə elektrodların aşınmasına, nəticədə yürüş məsafəsinin və akkumulyator ömrünün azalmasına səbəb olur. Mütəxəssislər gündəlik limitin 80%-ə qədər təyin edilməsini, yalnız uzaq səfərə çıxarkən bu həddi 100%-ə qaldırmağı tövsiyə edirlər.

Səhv 2: Akkumulyatorun həddindən artıq boşalmasına yol vermək

Akkumulyator 1–2% göstərəndə, bu, onun üçün son dərəcə zərərli vəziyyətdir. Bu proses dərin boşalma adlanır və akkumulyatorun gələcəkdə enerji saxlama imkanlarını sürətlə məhv edir. Dərin boşalma zamanı litium elementlərdə gərginlik artır, balans pozulur, anodda metal çökmə yarana bilər, katodun kristal strukturu isə çatlayır. Bu səbəbdən 20%-i "qırmızı zona” kimi qəbul etmək və avtomobili vaxtında enerji doldurmaya yönləndirmək tövsiyə olunur. 

Səhv 3: Avtomobili ekstremal isti və ya soyuqda doldurmaq

Elektromobillər nə şiddətli istini, nə də sərt soyuğu sevir. Soyuqda litium ionları hərəkətsizləşir və enerji verə bilmir – nəticədə yürüş 10–36% azalır. İsti havada isə ionların çox sürətli hərəkəti daxili müqaviməti artırır və akkumulyatora ciddi ziyan vurur. Bu səbəbdən ekstremal isti havada sürətli doldurma xüsusilə təhlükəlidir.

Mütəxəssislər tövsiyə edir:

* şaxtalı havada əvvəlcə akkumulyatorun qızdırılmasını təmin edin (əksər elektromobillər bunu avtomatik edir),

* istidə kölgədə saxlayın və ya günün sərin vaxtlarını gözləyin.

Səhv 4: Keyfiyyətsiz və ya zədələnmiş kabellərdən istifadə etmək

Ucuz və keyfiyyətsiz doldurma kabelləri həm akkumulyatoru, həm də avtomobili riskə atır. Zədələnmiş izolyasiya, çatlar və qırıq naqillər qısaqapanmaya səbəb ola bilər və nəticələri çox baha başa gələ bilər. Həmçinin yararsız vəziyyətə düşmüş orijinal kabellərdən də istifadə etmək təhlükəlidir.

Səhv 5: Proqram təminatı yeniləmələrini görməməzliyə vurmaq

Elektromobil əslində təkərləri olan bahalı kompüterdir və proqram təminatının yenilənməsi akkumulyatorun sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Yeniləmələr təkcə multimedia sistemini deyil, həm də doldurma buferini, istilik tənzimlənməsini və diaqnostika alətlərini yaxşılaşdırır. İstehsalçılar avtomobili gecə avtomatik yenilənməyə təyin etməyi və ya hər bir neçə həftədən bir yeniləmələri yoxlamağı məsləhət görürlər. Bu proses minlərlə dollarlıq akkumulyator dəyişimi riskini azalda bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Noyabr 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri