Elektromobil batareyalarının ömrü 5 7 il arasıdır Təhlükəlidir VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Son illərdə bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da ekoloji cəhətdən "təmiz" və davamlı nəqliyyat vasitələrinə keçid sürətlənir. Avtosfer.az xəbər verir ki, bu keçidin mərkəzində isə elektrik mühərrikli avtomobillər dayanır. Belə ki, bu ilin yanvar-avqust aylarında Azərbaycana 44 milyon 289,24 min ABŞ dolları dəyərində 1 412 ədəd elektrik mühərrikli avtomobil gətirilib. Ölkəyə tədarük edilən bir avtomobilin qiyməti isə orta hesabla 31,4 min ABŞ dolları təşkil edir. İctimai nəqliyyatda da elektrik avtobuslardan geniş istifadə edilməyə başlanılıb. Bakıda ilk elektrik mühərrikli avtobus xəttə hələ 2013-cü ildə buraxılıb. 2030-cu ilə qədər isə müntəzəm marşrutlarda istismar olunan bütün avtobuslar elektrik mühərrikli nəqliyyat vasitələri ilə əvəz olunacaq.
Elektrikli nəqliyyat vasitələrində əsas enerji mənbəyi litium-ion batareyalarıdır. Bu texnologiyanın inkişafı elektromobillərin geniş yayılmasında həlledici rol oynayır. Amma dünyada hazırda əsas məsələlərdən biri bu cür batareyaların utilizasiyası məsələsidir.
Ətraflı Realtv-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 12 Oktyabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















