Mərhələli utilizasiya və ya köhnə elektromobil batareyalarının sonrakı taleyi
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Elektromobillərin batareyalarının utilizasiyası getdikcə daha ağır problemə çevrilir. Azərbaycanda məsələ hələ ciddi olmasa da, yaxın illərdə aktuallıq artacaq.
Avtosfer.az xəbər verir ki, elektromobil batareyalarının istismar müddəti 8-12 il arası dəyişir. Bu müddətin bitməsi batareyanın atılması anlamına gəlmir. Sadəcə olaraq, batareyanın tutumu ilkin həcminin 80 faizinə endiyi üçün elektromobildə istifadəyə yaramır. Lakin, çinlilər bunun da həll yolunu tapıblar.
Elektromobillərdən çıxarılan batareyalar avtokarlarda istifadə edilir. Bu texnikanın sürəti aşağı, yürüş məsafəsi az olduğu üçün batareyalar onların işinə yarayır.
Batareyanın tutumu 60 faizdən aşağı endikdə isə, artıq onlar elektrokarlar üçün də yaramır. Bu dəfə isə onları elektrikli motosikletlərə, velosipedlərə və skuterlərlə yerləşdirirlər. Sözügedən texnikalarda isə batareyalar tutum 20-30 faizə enənədək istismar olunur. Bu yolla bir batareyanın istismar müddəti 15 ili ötür.
Mərhələli utilizasiya həm qənaətə, həm də ətraf mühitə zərərli təsiri minimuma endirməyə imkan verir.
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 15 Noyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















