Elektromobil qəzasından sonra “Xiaomi”nin səhmləri 5,5 faiz ucuzlaşıb
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sürücüyə yardım sistemindən istifadə edən “Xiaomi” elektrik avtomobilinin qəzaya uğraması barədə xəbərlərdən sonra Honkonq birjasında istehsalçı şirkətin səhmləri 5,5 faiz ucuzlaşıb.
AZƏRTAC xəbər verir ki, “Xiaomi” şirkətinə məxsus SU7 elektrik avtomobili martın 29-da Anhoy əyalətindəki sürət şosesində qəzaya uğrayıb. Qəza nəticəsində üç nəfər ölüb.
Hazırda polis hadisənin səbəbini araşdırır. “Xiaomi” şirkətinin ilkin məlumatına görə, sürücüyə yardım sistemi qəzadan 20 dəqiqə öncə aktivləşdirilib. Sistem sürücünün sükanı tutmadığı barədə bir neçə dəfə xəbərdarlıq edib. Sürücü idarəetməni ələ aldıqdan bir neçə saniyə sonra isə qəza baş verib. Elektrik avtomobili qəzadan sonra yanıb.
Mütəxəssislərin fikrincə, qəza müasir avtomobillərdə istifadə edilən ağıllı sürücülük texnologiyaları ilə bağlı suallar doğurub.
Qeyd edək ki, “Xiaomi” 2024-cü ildə 136 min 854 ədəd “SU7 Series” elektromobili istehsal edib. Şirkət mart ayında 2025-ci il üçün tədarük proqnozunu 300 min ədəddən 350 minə qaldırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 01 Aprel 2025 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















