Icma.az
close
up
RU
Xiaomi nin ikinci rübdə mənfəəti 75 faiz artıb

Xiaomi nin ikinci rübdə mənfəəti 75 faiz artıb

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Çin texnologiya şirkəti "Xiaomi" ilin ikinci rübündə xalis mənfəətinin illik müqayisədə 75,4 faiz artaraq 10,8 milyard yuana (1,5 milyard dollar) çatdığı bildirilir.

Banco.az xəbər verir ki, şirkətin gəliri 16,1 milyard dollara çatsa da, elektrikli avtomobil investisiyalarından təxminən 41,7 milyon dollar zərər qeyd edib.

"Xiaomi" 2025-ci ilin aprel-iyun ayları üçün maliyyə hesabatlarını açıqlayıb. Müvafiq olaraq, şirkətin gəliri ikinci rübdə illik müqayisədə 30,5 faiz artaraq 116 milyard yuana (16,1 milyard dollar) çatıb.

Onun xalis mənfəəti də ötən illə müqayisədə 75,4 faiz artaraq 10,8 milyard yuana (1,5 milyard dollar) çatıb.

Şirkətin əsas fəaliyyəti olan smartfon və ağıllı cihazların satışından əldə etdiyi gəlir illik müqayisədə 14,8 faiz artaraq 94,7 milyard yuana (13,1 milyard dollar), elektriklə işləyən avtomobillər, süni intellekt və digər yeni təşəbbüslərdən əldə edilən gəlir isə 21,3 milyard yuana (2,9 milyard dollar) çatıb. Elektrikli avtomobil satışları yeni müəssisələrin gəlirlərinin 96,7 faizini təşkil edib.

Elektrikli nəqliyyat vasitələri və digər yeni təşəbbüslər üzrə irimiqyaslı əməliyyat xərclərinə görə şirkət bu biznesdə təxminən 300 milyon yuan (41,7 milyon dollar) zərər çəkib.

Smartfon və elektron cihaz istehsalçısı 2024-cü ildə yeni hazırlanmış elektrikli idman avtomobil modeli olan "SU7" ilə avtomobil bazarına daxil olub. Şirkət həmçinin iyun ayında "YU7" adlı elektrik SUV modelini təqdim edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://banco.az
archiveBu xəbər 20 Avqust 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see271

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see221

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see215

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see213

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see210

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see209

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see209

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see206

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see204

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see204

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see202

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see200

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see198

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see197

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see193

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see193

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see191

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see190

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see185

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri