Icma.az
close
up
RU
Elektromobil ucuzlaşacaq? AÇIQLAMA

Elektromobil ucuzlaşacaq? AÇIQLAMA

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Çox yaxşı olardı ki, elektrik avtomobillərinin ehtiyat hissələrinin ölkəyə idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilsin”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, velosipedlərin də ölkəmizdə istifadəsi genişlənir, “yaşıl iqtisadiyyat”ın ölkəmizdə təşviqi var:

"Ona görə də velosipedlərin də ehtiyat hissələri ƏDV-dən azad edilsə, yaxşı olar. Digər problem isə odur ki, hazırda bazarda taksi çatışmazlığı var. Köhnəlmiş maşınlar taksi kimi istifadədən çıxarılır, 15 ildən artıq istifadə edilmiş maşınlara taksi fəaliyyətində qadağa qoyulur. Çox yaxşı olardı ki, prioritetlərdə taksi bazarının yenilənməsi ilə bağlı təşviqlər də öz əksini tapsın".

Mövzu ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev açıqlamasında deyib ki, elektrik mühərrikli minik avtomobillərin ehtiyat hissələri ƏDV-dən azad oluna bilər:

“Bu gün bütün ölkələr “yaşıl iqtisadiyyat”a mərhələli şəkildə keçid edir. Məhz Azərbaycan da qlobal proseslərdən geri qalmır. Belə ki, son illər ölkəmizdə elektrik mühərrikli minik avtomobillərin sayı sürətlə artmaqdadır.

Buna səbəb elektromobillərin gömrük rüsumlarından azad olunmasıdır. Buna görə də ölkəmizdə elektrik mühərrikli minik avtomobillərin sayı artır. Lakin elektromobillərin qiyməti yüksək olduğu üçün avtomobil parkı sürətlə yenilənə bilmir”.

O bildirib ki, taksi çatışmazlığını aradan qaldırmaq üçün, taksi xidmətinə yararlı minik avtomobillərinin sayını artırmaq lazımdır:

“Ölkəmizə 2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqları ilə əvəzlənməsi nəzərdə tutulub. Elektrik mühərrikli avtobuslar ekoloji cəhətdən əlverişli olduğu üçün elektrik mühərrikli taksilərində gətirilməsini həyata keçirmək lazımdır. 

Yaxşı olar ki, bu məsələyə dövlət dəstəyi olsun, elektrik mühərrikli avtomobilləri gətirən iş adamlarına dəstək olunsun. Əgər dövlət dəstəyi olarsa, Azərbaycanın avtomobil parkı da müəyyən qədər yenilənə bilər”.

(cebhe.info)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 20 Noyabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri