Icma.az
close
up
RU
Elektromobillər planlı hərəkəti sevir FOTO Doğru Xəbərlər

Elektromobillər planlı hərəkəti sevir FOTO Doğru Xəbərlər

Dogru.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ölkəmizdə elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi məqsədilə Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) sılsilə tədbirlər həyata keçirməkdədir. Bunlardan Bakı-Mingəçevir və Bakı-Qobustan marşrutları ilə «Yaşıl ölkə» ekoloji avtomobillər yürüşlərini, «Avto-Eko» elektrik avtomobillər sərgilərini misal gətirmək olar. Bu layihənin davamı olaraq, yayın sonun da elektromobillərin Bakı-Nabran yarış-festivalı gerçəkləşdirildi. Nəticələr göstərdi ki, bir dolu batareya ilə populyar istirahət zonasına nəinki çatmaq, hətta geriyə dönmək də mümkündür. AADA bu dəfə marşrutu daha 100 km uzatmağı qərara aldı. Beləki, elektromobillər arasında ilin son yarışı Bakı-Şamaxı-Ağsu-İsmayıllı-Qəbələ marşrutu ilə baş tutdu. AAADa-nın İdarə Heyətinin sədri Natiq Zərbəli bu tədbir barədə açıqlama verdi:

Yollarımızda elektrik avtomobilərinin sayı getdikcə artmaqdadır. Statistikaya görə ilin əvvəlindən ölkəmizə 2500 yaxın elektromobil idxal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6-7 faiz artım müşahidə olunur. Əslində artım sürəti daha iti ola bilərdi. «0» emissiyalı nəqliyyat vasitələrinin idaxlında mövcud olan vergi güzəştləri buna şərait də yaradır. Buna baxmayaraq, enerji doldurma infrastrukturunun ilkin inkişaf səviyyəsində olması əhalini elektromobil almaq fikrindən çəkindirir. Hələdə «enerjim bitər, yolda qalaram» kimi xof hissi bizi narahat edir. Lakin şəxsən mən məşhur səyahətçi Rafael de Mestre ilə görüşdən sonra fikrimi dəyşdim.

Xatırladım ki, bu ispaniyalı volonter elektromobil ilə 80 gün ərzində dünya səyahətinə çıxmışdı və marşrutu Azərbaycandan keçirdi. Özünü Jül Vernin “80 gün dünya ətrafında” əsərinin qəhrəmanı hiss edən Rafael qarşısına qoydyğu hədəflərə çatdı və bütün dünyaya sübut etdi ki, harada elektrik lampası yanırsa, oradan elektromobil keçə bilər.

«Ekologiya naminə həmrəylik ilində» və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) bir həftə qalmış ekoliji avtomobil karvanının səyahəti simvolik məna daşıyırdı. Bu sürət yox, təmiz enerji yarışı idi. İştirakçılar enişli-yoxuşlu yollar ilə 300 km məsafə qət edərək, batareyalarında maksimum enerji ehtiyatı saxlamalı idilər. Ekspertlər qismində ən populyar avtobloqerləri dəvət etmişdik. Əlbəttə bu tədbir daha çox yarış yox, festival xarakteri daşıyırdı. Məqsədimiz ən yeni elektrik modellərinin nümayişi idi. Eyni zamanda sübut etdik ki, elektromobillərlə Azərbaycanın istənilən guşəsinə rahat səfər etmək mümkündür.

O ki, qaldı nəticələrə: birinci yeri Kia EV9 modeli tutdu, bu model finişə çatanda, batareyalarında 45 faiz enerji qalmışdı. İkinci yerə GAC Aion S Max, üçüncü yerə Kia EV6 yüksəldilər. Hakimlər bütün digər iştirakçıları 4-cü yerə layiq bildilər, çünki onlar bir dolu batareya ilə Qəbələ şəhərinə çataraq, yarışın əsas tapşırığını yerinə yetirmişdilər.

Ənənəvi olaraq, iştirakçıların səhər qəlyanaltısı və yarışın startı Baku Auto Mall-da təşkil olunmuşdu. Marşrutun son nöqtəsi – Qəbələ Atıcılıq Klubunda qayğıkeş personal tərəfindən yarışçıların komfortlu istirahəti və əyləncəsi üçün yüksək səviyyəli şərait yaradılmışdı. Nəticələrin elan edilməsi, mükafatlandırma mərasimi və qala-şam yeməyi «Qafqaz» otellər şəbəkəsinə daxil «Tufandağ» kompleksində, «Savalan» şərab zavodunun dəstəyi ilə baş tutdu. Yarışın keçirilməsində bizə dəstək olmuş AADA-nın daimi tərəfdaşlarına – Amsoil, Vinportal, Carscharge və Bizon brendlərinə təşəkkür edirəm.

«Elektrik avtomobil ilə nəinki Azərbaycanın, hətta dünyanın istənilən bölgəsinə səyahət etmək olar, sadəcə elektromobil planlamanı sevir. Yola çıxmazdan əvvəl marşrutu hesablamalı və sürət rejimini dəqiq seçməlisən» – bu sözləri yarışdan sonra hakimlərdən biri, elektromobil sahibi və tanınmış bloqer İlkin Mustafayev söylədi.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://dogru.az
archiveBu xəbər 09 Noyabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see225

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see158

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see138

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see132

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see131

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see130

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see130

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see125

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see124

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see122

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see122

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see121

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see120

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri