Icma.az
close
up
RU
BakıŞamaxıAğsuİsmayıllıQəbələ marşrutu üzər yarışfestivalı Elektromobillər planlı hərəkəti sevir

BakıŞamaxıAğsuİsmayıllıQəbələ marşrutu üzər yarışfestivalı Elektromobillər planlı hərəkəti sevir

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Ölkəmizdə elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi məqsədilə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) silsilə tədbirlər həyata keçirməkdədir. Bunlardan Bakı-Mingəçevir və Bakı-Qobustan marşrutları ilə «Yaşıl ölkə» ekoloji avtomobillər yürüşlərini, «Avto-Eko» elektrik avtomobillər sərgilərini misal gətirmək olar. Bu layihənin davamı olaraq, yayın sonun da elektromobillərin Bakı-Nabran yarış-festivalı gerçəkləşdirildi. Nəticələr göstərdi ki, bir dolu batareya ilə populyar istirahət zonasına nəinki çatmaq, hətta geriyə dönmək də mümkündür.

AADA bu dəfə marşrutu daha 100 km uzatmağı qərara aldı. Beləki, elektromobillər arasında ilin son yarışı Bakı-Şamaxı-Ağsu-İsmayıllı-Qəbələ marşrutu ilə baş tutdu. AADA-nın İdarə Heyətinin sədri Natiq Zərbəli bu tədbir barədə açıqlama verdi: "Yollarımızda elektrik avtomobilərinin sayı getdikcə artmaqdadır. Statistikaya görə ilin əvvəlindən ölkəmizə 2500 yaxın elektromobil idxal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6-7 faiz artım müşahidə olunur. Əslində artım sürəti daha iti ola bilərdi. «0» emissiyalı nəqliyyat vasitələrinin idaxlında mövcud olan vergi güzəştləri buna şərait də yaradır. Buna baxmayaraq, enerji doldurma infrastrukturunun ilkin inkişaf səviyyəsində olması əhalini elektromobil almaq fikrindən çəkindirir. Hələdə «enerjim bitər, yolda qalaram» kimi xof hissi bizi narahat edir. Lakin şəxsən mən məşhur səyahətçi Rafael de Mestre ilə görüşdən sonra fikrimi dəyşdim.

Xatırladım ki, bu ispaniyalı volonter elektromobil ilə 80 gün ərzində dünya səyahətinə çıxmışdı və marşrutu Azərbaycandan keçirdi. Özünü Jül Vernin “80 gün dünya ətrafında” əsərinin qəhrəmanı hiss edən Rafael qarşısına qoydyğu hədəflərə çatdı və bütün dünyaya sübut etdi ki, harada elektrik lampası yanırsa, oradan elektromobil keçə bilər.

«Ekologiya naminə həmrəylik ilində» və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) bir həftə qalmış ekoliji avtomobil karvanının səyahəti simvolik məna daşıyırdı. Bu sürət yox, təmiz enerji yarışı idi. İştirakçılar enişli-yoxuşlu yollar ilə 300 km məsafə qət edərək, batareyalarında maksimum enerji ehtiyatı saxlamalı idilər. Ekspertlər qismində ən populyar avtobloqerləri dəvət etmişdik. Əlbəttə bu tədbir daha çox yarış yox, festival xarakteri daşıyırdı. Məqsədimiz ən yeni elektrik modellərinin nümayişi idi. Eyni zamanda sübut etdik ki, elektromobillərlə Azərbaycanın istənilən guşəsinə rahat səfər etmək mümkündür".

O ki, qaldı nəticələrə: birinci yeri Kia EV9 modeli tutdu, bu model finişə çatanda, batareyalarında 45 faiz enerji qalmışdı. İkinci yerə GAC Aion S Max, üçüncü yerə Kia EV6 yüksəldilər. Hakimlər bütün digər iştirakçıları 4-cü yerə layiq bildilər, çünki onlar bir dolu batareya ilə Qəbələ şəhərinə çataraq, yarışın əsas tapşırığını yerinə yetirmişdilər.

Ənənəvi olaraq, iştirakçıların səhər qəlyanaltısı və yarışın startı Baku Auto Mall-da təşkil olunmuşdu. Marşrutun son nöqtəsi - Qəbələ Atıcılıq Klubunda qayğıkeş personal tərəfindən yarışçıların komfortlu istirahəti və əyləncəsi üçün yüksək səviyyəli şərait yaradılmışdı. Nəticələrin elan edilməsi, mükafatlandırma mərasimi və qala-şam yeməyi «Qafqaz» otellər şəbəkəsinə daxil «Tufandağ» kompleksində, «Savalan» şərab zavodunun dəstəyi ilə baş tutdu. Yarışın keçirilməsində bizə dəstək olmuş AADA-nın daimi tərəfdaşlarına - Amsoil, Vinportal, Carscharge və Bizon brendlərinə təşəkkür edirəm.

«Elektrik avtomobil ilə nəinki Azərbaycanın, hətta dünyanın istənilən bölgəsinə səyahət etmək olar, sadəcə elektromobil planlamanı sevir. Yola çıxmazdan əvvəl marşrutu hesablamalı və sürət rejimini dəqiq seçməlisən» - bu sözləri yarışdan sonra hakimlərdən biri, elektromobil sahibi və tanınmış bloqer İlkin Mustafayev söylədi.

Qeyd edək ki, Bizimyol.info xəbər portalı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının keçirdiyi Bakı-Qəbələ elektromobillərin yarış-festivalının rəsmi media tərəfdaşıdır.

AADA-nın mətbuat xidməti   

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Noyabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri