Icma.az
close
up
RU
Elektromobillər üçün güzəştlər bitir Avtomobillər kəskin bahalaşacaq

Elektromobillər üçün güzəştlər bitir Avtomobillər kəskin bahalaşacaq

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycanda son üç ildə ekoloji təmiz nəqliyyat vasitələrinə, xüsusilə elektrik və hibrid avtomobillərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Bu marağın əsas səbəblərindən biri, bəlkə də birincisi, dövlətin tətbiq etdiyi gömrük və vergi güzəştləri oldu. 2022-ci ilin noyabrında qəbul edilən qərara əsasən, Azərbaycana idxal olunan elektrik sərnişin avtomobilləri (istehsal tarixindən 3 il keçməyənlər) gömrük rüsumundan azad edilmişdi. Bu güzəşt, ekoloji təmiz nəqliyyat vasitələrinin bazarda payını artırmaq, sürücüləri daxili yanma mühərriklərindən imtina etməyə təşviq etmək üçün həyata keçirilmişdi. Nəticədə elektromobil satışı və idxalı sürətlə artmağa başladı.

Azərbaycan elektrik avtomobillərinin idxalını son üç ildə təxminən 33 dəfə artırıb. Vergi və gömrük güzəştləri nəticəsində sürücülər üçün uzun illər əlçatmaz görünən elektromobillərin bazarda daha münasib qiymətlərə satışına başlandı. Üç illik güzəşt müddəti bu il sona çatır. Bu səbəbdən 2026-cı ilin yanvar ayından qiymətlərdə artım olacağı bildirilir. Avtomobil salonları insanları tələsməyə çağırır.

Rəqəmlər göstərir ki, elektromobillərə yönəlmiş güzəştlər sadəcə, iqtisadi alət deyil, həm də ekoloji vəziyyətin yaxşılaşdırılması üçün effektiv vasitədir. İndi sual ortaya çıxır: Bu güzəştin müddəti uzadılacaqmı?

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev Bakupost.az-a açıqlamasında bildirdi ki, güzəştlərin qismən saxlanılacağını düşünür:

“Bu güzəştlər əhali üçün böyük bir stimul oldu və bu avtomobillərin ölkəmizə gətirilməsi artdı. Bu, həm də digər bir sahənin inkişafına da gətirib çıxardı. Özəl şirkətlər elektrik doldurma məntəqələri açdı. Hazırda Azərbaycanda bu sahədə10-dan çox şirkət fəaliyyət göstərir. Bu, əlavə iş yerlərini, biznesləri, eləcə də sərmayə qoyuluşunu artırdı. Bundan başqa, yeni avtomobillər daha əlçatan oldu.

Qarşıda nə olacaq, bilmirəm, amma mənim şəxsi proqnozum odur ki, məncə, hibridlərə güzəştlərin müddəti bitəcək, amma elektrik avtomobillərdə bu, davam edəcək. Yəni, hal-hazırda görünən budur. Güzəşt müddəti bitərsə, sözsüz ki, ikinci əl avtomobil bazarında canlanma olacaq”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə hesab edir ki, güzəştlər davam edəcək, əks halda elektromobillərə maraq azalacaq:


“Güman edirəm ki, bu güzəştlər yenilənəcək, elektrik mühərrikli avtomobillər gömrük və vergi rüsumlarından azad olunacaq. Çünki bu güzəştlər nəticəsində ölkəmizdə elektromobillərə maraq artdı, artıq dövlət tərəfindən qarşıya qoyulan məqsədlərin bir hissəsinə nail olundu. Burda məqsəd ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin vətəndaşlar tərəfindən istismarının stimullaşdırılması və enerji doldurma məntəqələrinin sayının artırılması idi. Düşünürəm ki, bu güzəştlər davam edəcək. Vergi güzəştləri ilə bağlı qərar yenilənməsə, ölkədə elektromobillərə olan maraq azala bilər, həmçinin bu avtomobillərin qiyməti arftacaq”.

Avtomobil mütəxəssisi Marat Namazov Bakupost.az-a bildirdi ki, güzəşt müddəti bitdikdən sonra avtomobillərdə qiymət artımı qaçılmaz olacaq:


“Güzəştlər hibrid, plagin-hibrid və elektromobillərin bazar payını artırmaq üçün nəzərdə tutulmuşdu. Vergi güzəştləri sektorda ekoloji cəhətdən təmiz nəqliyyatın artmasına töhfə verirdi. Əgər 3 il ərzində hökumətin qoyduğu hədəf tamamlanıbsa, yəqin ki, qərarın uzadılması baş tutmayacaq. Ümid edirəm ki, bunun üzərində statistik məlumatlarla işlər aparılır və doğru qərar veriləcək. 3 il ərzində sürücülər maksimum bu güzəştdən yararlansa da, uzun illər köhnə avtomobillərlə formalaşmış qarajımız bu müddət ərzində tam dəyişə bilməzdi. Bu səbəbdən də qərarın uzadılmasına ehtiyac olduğunu düşünürəm.

Hal-hazırda ən çox tələbat yeni hibrid və plagin-hibrid avtomobillərədir və güzəştlər olduğu üçün qiymətlər münasibdir. 18% ƏDV-nin olması avtomobil bazarında qiymətləri artıracaq və sürücülər tez qərar verməkdən çəkinəcəklər. Satışlar düşəcək, yeni avtomobillərin idxal həcmi azalacaq, insanlar avtomobillərini yeniləmək fikrindən nisbətən uzaqlaşacaq. Bu səbəblərdən də ikinci əl avtomobil bazarına maraq yenidən artacaq. Bahalaşma 18% səviyyəsində olacaq və əsasən hibrid və plagin-hibrid avtomobilləri əhatə edəcək. Məsələn, 20 min AZN dəyərindəki avtomobil üzərindən hesablama aparaq: 20 000 × 1,18 = 23 600 AZN. Bu, sadə nümunədir, real qiymətlər avtomobilin gömrük, daşıma, sığorta və digər xərcləri ilə bağlı olaraq dəyişə bilər”.

Beləliklə, 2022-ci ildən elektromobillərə tətbiq olunan vergi və gömrük güzəştlərinin müddəti bu ilin sonunda başa çatır. 2026-cı ildən qiymətlərin yüksələcəyi gözlənilir. Ekspertlər hesab edirlər ki, güzəştlər uzadılmazsa, elektromobillərə maraq azalacaq, ikinci əl bazarında canlanma baş verəcək.

Aysel,

BakuPost

QEYD: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 Avqust 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see728

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see325

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see261

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see199

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see193

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see180

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see165

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see138

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see130

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri