Icma.az
close
up
RU
Ölkədə bu avtomobillər üçün güzəştlər məhdudlaşdırılacaq

Ölkədə bu avtomobillər üçün güzəştlər məhdudlaşdırılacaq

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Artıq insanlar yalnız ehtiyac üçün deyil, həm də komfort, müstəqillik və sosial status üçün avtomobilə yönəlirlər. Maddi imkanları artan insanlar müasir, komfortlu və təhlükəsiz avtomobillərə üstünlük verirlər.

Bu ilin birinci yarısında Azərbaycan 960.709 milyon ABŞ dolları dəyərində 51 727 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23.3% çoxdur. Hazırda Bakıda avtomobil idarə etmək nə qədər çətin olsa da, avtomobil sevgimiz azalmır ki, azalmır. Yollardakı sıxlığa, parkinq qiymətlərinə baxmayaraq, avtomobilə maraq artan templə davam edir. Statistikadan görünür ki, Azərbaycana gətirilən avtomobillərin həm sayı artır, həm də dəyəri. Maraqlıdır, avtomobil sevgimizin kökündə nə dayanır?

Axar.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Sürət, zaman və status arzusu

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov bildirir ki, insanların avtomobilə olan marağının kökündə əsasən zaman qazanmaq arzusu dayanır:

"Məsələyə bir qədər fəlsəfi yanaşsaq, görərik ki, bunun əsas səbəblərindən biri vaxt qazanmaq istəyidir. Müasir insan üçün vaxt ən dəyərli resurslardan biridir. Avtomobil isə bu zamanı idarə etməyin, ona nəzarət etməyin bir vasitəsi kimi çıxış edir. Bir yerdən digər yerə daha sürətli getmək, günün planına uyğun hərəkət etmək üçün fərdlər şəxsi nəqliyyatı seçirlər. Azərbaycanda avtomobilə maraq son illərin tendensiyası deyil. Təxminən 10-15 il əvvəl də ölkəyə böyük sayda nəqliyyat vasitələri idxal olunurdu. İnsanların maddi vəziyyəti nisbətən yaxşılaşıb, kredit və lizinq imkanları genişlənib. Eyni zamanda ölkədə yol infrastrukturu müasirləşib, bu da avtomobil sahibi olmağı daha mənalı və əlverişli edir. Artıq insanlar yalnız ehtiyac üçün deyil, həm də komfort, müstəqillik və sosial status üçün avtomobilə yönəlirlər".

Elə ailələr var ki, evlərində iki-üç avtomobil mövcuddur

Mütəxəssis deyir ki, maddi imkanları artan insanlar müasir, komfortlu və təhlükəsiz avtomobillərə üstünlük verirlər:

"Bütün ölkəni şəxsi avtomobillə səyahət etmək, ailəvi istirahətlərə çıxmaq artıq bir çox insanlar üçün həm arzu, həm də reallıq halına gəlib. Bu, təkcə nəqliyyat vasitəsi seçimi deyil, həm də yaşam tərzinin göstəricisidir. Elə ailələr var ki, evlərində iki-üç avtomobil saxlayırlar. Onlardan biri gündəlik bazarlıq, digəri isə istirahət və uzun səfərlər üçün istifadə olunur. Maddi rifah artdıqca avtomobilə olan marağın da yüksəlməsi tamamilə təbiidir".

Qadın sürücülərin sayı artıb

O vurğulayır ki, avtomobillərin sayının artmasının növbəti səbəbi cəmiyyətdə qadın sürücülərin sayının artmasıdır:

"Əvvəllər qadınlar avtomobildən daha az istifadə edirdilərsə, son illərdə alınan avtomobillərin təxminən 30-40 faizi məhz qadın sürücülər tərəfindən idarə olunur. Bu isə avtomobilə olan marağın cins baxımından da genişlənməsinə səbəb olur. Qadınlarda da həm ehtiyac, həm də maraq formalaşdıqca, ailələrdə birdən çox avtomobilə sahib olmaq adi hala çevrilir".

Avtomobil bazarında müasirliyə keçid

Nəqliyyat eksperti düşünür ki, avtomobillərin dizaynı, rəng seçimi və texniki göstəriciləri müasirləşdiyi üçün bu, alıcıların marağını daha da artırır: "Hazırda Azərbaycanda qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 1 milyon 750 minə yaxındır. Lakin bu avtomobillərin hamısı istismarda deyil. İnsanlar imkanları olduqca köhnə avtomobillərini satıb yenisini almağa çalışırlar. Ölkədə bu tendensiya getdikcə güclənir və avtomobil bazarında müasirliyə keçid davam edir".

Pozulan tarazlıq, artan tıxac

Mütəxəssisə görə, burada əsas narahatedici məqam ölkədə köhnə avtomobillərin utilizasiyası məsələsidir: "Baxmayaraq ki, bu sahədə xüsusi proqram hazırlanıb, proses çox ləng və qeyri-effektiv gedir. Halbuki, avtomobillərin utilizasiyası təhlükəsizlik, ekologiya və səmərəlilik baxımından vacibdir. Bu proses sürətli icra olunmalıdır ki, biz komfortu zəif, təhlükəsizlik elementləri olmayan avtomobillərdən qurtulaq. Hər il Azərbaycana 100 minə yaxın avtomobil gətirilsə də, utilizasiyaya göndərilən maşınların sayı çox aşağıdır. Bu isə balanssızlıq yaradır. Bir sıra ölkələrdə bu məsələ dövlət səviyyəsində tənzimlənir və daxil olan və çıxan avtomobillər arasında balans qorunur. Bu da öz növbəsində yollarda sıxlığın azalmasına, təhlükəsizliyin və ekoloji vəziyyətin yaxşılaşmasına səbəb olur. Bizdə isə tarazlıq pozulub. Ən ciddi nəticə isə tıxac probleminin kəskinləşməsidir. Çünki alınan avtomobillərin böyük əksəriyyəti paytaxt Bakıya yönəlir. Paradoks ondadır ki, insanlar avtomobil almaqla zaman qazanmaq istəyir, amma tıxaclarda o zamanı daha çox itirirlər".

Alıcılar və satıcılar tələsir

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev deyir ki, bu, müsbət və sevindirici haldır:

"Statistik göstəricilər də təsdiqləyir ki, son illərdə on ildən artıq yaşı olan avtomobillərin idxalına tətbiq edilən məhdudiyyətlər və utilizasiya proqramının işə düşməsi nəticəsində daha yeni və keyfiyyətli avtomobillərin ölkəyə gətirilməsi prosesi güclənib. Bu, müsbət və sevindirici haldır, çünki həm ekoloji, həm təhlükəsizlik baxımından üstünlükləri olan nəqliyyat vasitələrinin payı artır. Eyni zamanda, 2026-cı ilin yanvarından elektrik və hibrid avtomobillərinə tətbiq edilən güzəştlərin müddətinin bitməsi ehtimalı da hazırkı avtomobil idxalının sürətlənməsinə səbəb olub. Şəxsi proqnozlarıma görə, elektrik avtomobillərinə güzəştlər davam edə bilər, lakin hibridlər üçün bu imkanların məhdudlaşdırılması gözlənilir. Bu səbəbdən, istər alıcılar, avtomobil satıcıları, istərsə də idxalçı şirkətlər yeni avtomobil gətirmək üçün tələsirlər. Bu, gələcək satışlara hazırlıq məqsədi daşıyır".

İnvestisiyalar, yeni taksi parkları...

E.Əliyev vurğulayır ki, avtomobil sayının artması təkcə fərdi şəxslərin marağı ilə bağlı deyil:

"Ölkəmizin turizm potensialının artması, xidmət sektorunun genişlənməsi və yeni investisiya layihələrinin həyata keçirilməsi də bu artıma ciddi təsir göstərir. Son dövrlərdə avtomobil satışı ilə məşğul olan şirkətlərin öz parklarını genişləndirməsi, yeni taksi parklarının yaradılması ölkəyə gətirilən avtomobil sayının yüksəlməsində mühüm rol oynayıb".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://axar.az
archiveBu xəbər 13 Sentyabr 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri