Icma.az
close
up
RU
Elektromobillərə tələbat azalır, dəyəri düşür, təhlükəsi artır

Elektromobillərə tələbat azalır, dəyəri düşür, təhlükəsi artır

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zəmanətsiz maşın, nasaz gələcək 


2025-ci ilin ilk yarısında Azərbaycana gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb. Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu ilin yanvar-iyun aylarında ölkəyə 47 minə yaxın minik avtomobili idxal olunub. Bu göstərici 2024-cü ilin ilk yarısı ilə müqayisədə təxminən 9 min ədəd və ya 24 faiz artıb. Orta hesabla bir avtomobilə düşən qiymətdə azalma müşahidə edilib. 2024-cü ildə orta qiymət təxminən 18 min dollar, 2025-ci ildə isə təxminən 17 min 300 dollar təşkil edib. Bu rəqəm daha əlçatan və nisbətən ucuz modellərin bazara daxil olduğunu göstərir. Elektromobillər və hibrid nəqliyyat vasitələri üzrə göstəricilər daha da diqqətçəkicidir. 2024-cü ilin ilk yarısında ölkəyə 1 500-dən çox tam elektrikli avtomobil gətirilib. 2025-ci ilin eyni dövründə bu rəqəm 930-a düşsə də, "plug-in" hibridlərin idxalı 14 minə yaxınlaşıb. Bu sinif ötən il statistikada ümumiyyətlə yer almayıb. Bu onu göstərir ki, insanlar daha çox elektriklə işləyən, lakin həm də yanacaqla hərəkət edən modellərə üstünlük verir.

Elektrik avtomobillərin orta qiymətində isə ciddi azalma müşahidə edilib. Belə ki, ötən il elektromobillərin bir ədədi ölkəyə 41.3 min dollara gəlirdisə, bu il bu göstərici 34 min dollar olub. Yəni Azərbaycana gətirilən elektrik avtomobilləri təxminən 7.3 min dollar (təxminən 12 min manat) ucuzlaşıb.


İqtisadçı-ekspert Akif Nəsirli deyib ki, bütün dünyada elektromobillərin və hibrid avtomobillərin maya dəyəri durmadan aşağı düşür:


“Çünki bu avtomobillər ciddi konstruksiyaya, mühərrikə malik deyil. Bir akkumlyatordur, bir də elektrik mühərriki. Ona görə də maya dəyəri getdikcə optimalllaşdırılır. Maya dəyəri aşağı düşdükcə, təbii ki, bu avtomobillərin satış qiyməti də ucuzlaşır. Təsadüfi deyil ki, son 6 ayda ölkəmizə idxal edilən elektron və hibrid avtomobillərin qiyməti 30 faiz aşağı düşüb. Bu ucuzlaşma bir qədər də davam edəcək. Və bu ucuzlaşma benzin və dizellə işləyən avtomobillərin populyarlığını xeyli zəiflədəcək”. 

Dünya avtomobil sənayesində inqilab gözlənildiyini vurğulayan ekspert qeyd edib ki, əhalinin bütün təbəqələri üçün yeni avtomobillərin əlçatanlığı məsələsi bu gün dünyada çox populyardır. Çünki CO2 emissiyasının azaldılması üçün dizel və benzinlə işləyən avtomobillər dövriyyədən çıxardılmalıdır. Onların yerini isə hibrid və elektromobillər tutmalıdır. İstehlakçı marağını artırmaq üçün də istehsalçılar daha ucuz maşın istehsal etməyə çalışırlar. Ona görə də hibrid və elektromobillərin ucuzlaşması xeyli müddət davam edəcək.


Nəqliyyat eksperti Eldəniz Cəfərov isə “Sherg.az”a açıqlamasında qeyd edib ki, Azərbaycanda elektromobillərin təşviqi məqsədilə bir sıra vergi və gömrük güzəştləri tətbiq olunsa da, hələlik tələbat gözlənilən səviyyədə deyil. Bunun bir neçə əsas səbəbi var:


“Azərbaycanda elektromobillərin yayılması qarşısında əsas maneələrdən biri infrastruktur çatışmazlığıdır.  Hazırda enerjidoldurma məntəqələrinin böyük əksəriyyəti Bakı və digər iri şəhərlərdə cəmlənib. Regionlarda isə bu məntəqələrin sayı çox azdır. Bu isə vətəndaşların elektromobillərlə uzun məsafələrə, xüsusilə də rayonlara səyahət etməsini əngəlləyir. Belə şəraitdə sürücülər enerji doldurma problemi ilə qarşılaşmamaq üçün ənənəvi yanacaqla işləyən avtomobillərə üstünlük verməyə davam edirlər”.


Bundan əlavə, ekspert elektromobillərin idxalı ilə bağlı da müəyyən problemlərin olduğunu deyib. Onun sözlərinə görə, hazırda Azərbaycana gətirilən elektromobillərin bir qismi qeyri-rəsmi yollarla idxal olunur: 

“Bu avtomobillərin çoxu rəsmi diler və ya distribütor şəbəkəsinə malik deyil. Nəticədə bu nəqliyyat vasitələri istismar zamanı nasazlıq verdikdə onların texniki baxımdan təmiri və ehtiyat hissələrinin əldə olunması ciddi çətinliklər yaradır. Üstəlik, istehsalçı zəmanətinin olmaması bu avtomobilləri alıcı üçün daha riskli edir. Bəzi hallarda ölkəyə gətirilən elektromobillər Avropa və digər inkişaf etmiş ölkələrin texniki təhlükəsizlik və ekoloji standartlarına da cavab vermir”.


E.Cəfərovun sözlərinə görə, ölkədə elektromobillərə tələbatın azalması da idxalın azalması və qiymətlərin kəskin ucuzlaşmasına səbəb olur: 

“Elektrikli nəqliyyat vasitələrinin dayanıqlı şəkildə inkişaf etməsi üçün həm infrastrukturun genişləndirilməsi, həm də rəsmi satış və servis şəbəkələrinin qurulması vacibdir”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyul 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri