Icma.az
close
up
RU
Elektron imtahana keçid bizə nə verəcək?

Elektron imtahana keçid bizə nə verəcək?

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkəmizdə bütün imtahanların elektron şəkildə keçirilməsi nəzərdə tutulur. Həmçinin qəbul imtahanlarında imtahan nəticələrinin yoxlanılmasında süni intellektdən istifadə genişləndiriləcək. Bu sistemin tətbiqi üçün beş il vaxt lazım olacağı proqnozlaşdırılır. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib. İndi sual yaranır ki, DİM-in texnoloji bazası bu prosesə nə qədər hazırdır? Və ya yeni sistemdə imtahan nəticələrinin tam şəffaflığına etimad olacaqmı?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Süni intellektin rolu artacaq"

Bizi maraqlandıran suallara birbaşa DİM sədrinin özündən cavab aldıq: "Bu il ərzində dövlət qulluğu imtahanları elektron formatdadır. İşə qəbul, sertifikasiya imtahanlarının hamısını da elektron formata keçirəcəyik. Peşəkar mühasib imtahanlarını keçirmiş və ictimaiyyətə təqdim etmişdik. Rus bölməsində Azərbaycan dili imtahanlarının da elektron formata keçirmək fikrindəyik. Magistr imtahanlarını da elektron formatda keçirəcəyik. Bu imtahanlar yəqin ki, bir neçə mərhələdə - ingilis dili, informatika və məntiq-təfəkkür fənləri ayrıca olacaq. Tam kütləvi - buraxılış və qəbul imtahanlarını elektron formata keçirmək üçün biz gərək Elm və Təhsil Nazirliyi ilə birgə işləyək".

İmtahan nəticələrinin yoxlanılmasında süni intellektin istifadəsinə gəlincə, sədr bildirdi ki, burada xüsusi avadanlıqlar xüsusi proqram təminatına əsaslanır: "Nəticələrə insanın təsiri olmasın deyə, bu alqoritmlər yazılır, yoxlanılır və tətbiq olunur. Amma "proses yalnız süni intellektin roludur", - demək olmaz. Kifayət qədər mexaniki işlər var - onları robot görmür, işçi qrupu həyata keçirir. Düşünürəm ki, elektron imtahanlara keçəndən sonra prosesdə süni intellektin rolu kifayət qədər artacaq. Bu, xüsusən imtahan nəticələrinin yoxlanması zamanı tətbiq olunacaq".

Hüquqi tənzimləmə, insan resursları və təhlükəsizlik mexanizmləri

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, ADA Universitetinin baş müəllimi Orxan Kərimzadə hesab edir ki, bütün imtahanların tam şəkildə elektronlaşdırılması üçün yalnız texniki infrastruktur yetərli deyil. Eyni zamanda, hüquqi tənzimləmə, insan resursları və təhlükəsizlik mexanizmlərinin də hazır olması vacibdir: "DİM-in mövcud texniki bazası müəyyən qədər yetərlidir: on minlərlə şagirdin eyni anda elektron imtahana daxil olması, nəticələrin avtomatik emalı və idarəetmə sistemlərinin işləməsi buna sübutdur. Ancaq prosesin 100% elektronlaşdırılması üçün regionlardakı məktəb və mərkəzlərin texniki imkanlarının da gücləndirilməsi, yüksək sayda ehtiyat serverlər və informasiya təhlükəsizliyi sistemlərinin qurulması, eyni zamanda elektron qiymətləndirmə alqoritmlərinin şəffaflığı və etibarlılığı təmin olunmalıdır. Elektron imtahanın mexanizmi ilə yanaşı, insan faktorunu və ictimai etimadı nəzərə alaraq, narazılıqların araşdırılması üçün açıq apellyasiya sisteminin qalması, test bazalarının müntəzəm yenilənməsi və pilot sınaqların keçirilməsi bu keçidin uğurla tamamlanması üçün vacib olacaq". O.Kərimzadənin fikrincə, bu sistemlərin tətbiqi daima insan nəzarəti ilə müşayiət olunmalıdır: "Çünki alqoritmlər müəyyən hallarda kontekstual məqamları düzgün dəyərləndirməyə, dil və ifadə müxtəlifliyi, xüsusilə də esse cavablarında qeyri-dəqiqlik edə bilər. Bu səbəbdən süni intellekt yeganə qərarverici mexanizm kimi yox, yardımçı alət kimi istifadə olunmalıdır".

"DİM-in elektron bazası beş il ərzində yetərli ola bilər"

ABŞ-də çalışan təhsil eksperti Qoşqar Məhərrəmov da bildirdi ki, inkişaf etmiş ölkələrin əksəriyyətində imtahanların elektronlaşdırılması təcrübəsi var: "Artıq insanlar imtahanı kağız üzərindən yox, kompüter üzərindən verəcək. Aşağı siniflərdən etibarən şagirdlər məktəbin onlara verdiyi laptoplar, xüsusi brauzerlərlə daxil olur, həmin an da sistemdən çıxa, "google"a girə bilmirlər. Ekranda şagirdin və ya abituriyentin qarşısına çıxan sual başqa şagirdin qarşısına çıxmır. Bu, testin əslində daha etibarlı olmasına gətirib çıxarır. Amma kənar müdaxilələr hər zaman ola bilir". Ekspertin fikrincə, DİM-in elektron bazası beş il ərzində yetərli ola bilər: "Çünki elektron xidmətlər mühəndislik işidir. Kodlaşdırma yüksək texnologiya sayılır, yerli və xarici mühəndislərin əməyi ilə bunu etmək çətin deyil".

Əlavə investisiyalara ehtiyac olacaq

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, Azərbaycan təhsil sistemində elektron imtahanlara keçid artıq bir neçə ildir ki, mərhələli şəkildə həyata keçirilir: "Lakin ölkə üzrə bütün imtahanların elektronlaşdırılması üçün yalnız texniki infrastruktur deyil, həm də təhlükəsizlik, hüquqi mexanizmlər, müəllim və şagirdlər üçün texnoloji hazırlıq, eləcə də sosial bərabərlik məsələləri nəzərə alınmalıdır. Elektron bazanın genişmiqyaslı tətbiqi üçün əlavə investisiyalara, bulud əsaslı sistemlərin inteqrasiyasına və texniki heyətin davamlı inkişafına ehtiyac var". Sədr hesab edir ki, süni intellektin imtahan nəticələrinin qiymətləndirilməsi və sualların təhlili prosesində tətbiqi təhsildə obyektivliyin artırılmasına mühüm töhfə verir: "Xüsusilə açıq tipli sualların və esse tipli cavabların yoxlanmasında süni intellekt texnologiyaları mətnin məna strukturu və məntiqi ardıcıllığını analiz edə bilir. Bu isə insan faktorundan qaynaqlanan subyektivliyi minimuma endirir".

AİKTSA sədri bildirir ki, elektron imtahan prosesi ənənəvi imtahanlarla müqayisədə daha çevik və vaxt baxımından səmərəlidir. Lakin hər bir elektron sistemdə olduğu kimi, burada da müəyyən texniki və təhlükəsizlik riskləri mövcuddur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Oktyabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri