Icma.az
close
up
RU
Məktəblərdə elektron jurnala keçid

Məktəblərdə elektron jurnala keçid

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məlum olduğu kimi, yeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrində elektron jurnalların tətbiqinə başlanılıb. Bütün proseslər yalnız "Rəqəmsal məktəb" platforması üzərindən aparılır. Yeni platformada şagirdlər dərslərini və cədvəllərini izləyə, valideynlər övladlarının qiymətləri ilə maraqlana, direktorlar isə şagirdlərin şəxsi işlərini idarə edə bilirlər. Müəllimlər isə elektron jurnalda qiymətləri qeyd edə bilirlər. Beləliklə də, artıq elektron jurnallar ənənəvi jurnalları əvəz edir.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın sözlərinə görə, məktəblərdə kağız jurnaldan elektron jurnalla keçid son illər tətbiq edilən ən mühüm yeniliklərdən biridir: "Elektron jurnala keçid doğrudan da çox zəruri idi. Bu, müəllimlərin işini çox asanlaşdırıb. İllərdir ki, müəllimlərin vaxtının çoxu kağız jurnalları doldurmağa gedirdi. Dünənə kimi müəllimlər saatlarla kağız jurnalları doldurmaq, səhvləri düzəltmək və qeydləri yeniləməyə çox vaxt sərf edirdilər. İndi isə müəllimlərin işi yüngülləşib. Elektron jurnal vasitəsilə bu işlər daha sürətli və operativ şəkildə həyata keçirilir. Üstəlik, bütün qeydlər sistemli və şəffaf şəkildə saxlanıldığı üçün müəllim həm öz işini daha asan təqdim edə bilir. Üstəlik, müəllimlər kağız daşıyıcıların daşınması, qorunub saxlanılması kimi yüklərdən də azaddırlar".

Günay Əkbərova deyir ki, elektron jurnalın tətbiqi müəllimlərlə yanaşı, valideynlər üçün də böyük üstünlüklər təşkil edir, onların tədris prosesinə birbaşa nəzarət etməsinə imkan yaradır. Belə ki, valideynlər övladlarının qiymətlərini və nəticələrini elektron jurnal vasitəsilə real öyrənmə imkanı əldə edirlər. Hətta işləyən valideynlər də işdə olan zaman da telefon və ya kompüter vasitəsilə övladının təhsil göstəriciləri barədə məlumat əldə edə bilirlər. Bu da valideynlərin övladlarının təhsil göstəriciləri barədə vaxtında məlumat əldə etmək imkanı yaradır: "Qeyd edim ki, elektron jurnal vasitəsilə davamiyyət və nəticələr üzrə statistik məlumatların toplanması daha asan olacaq. Bununla da hansı məktəbdə və ya hansı fəndə çətinliklərin olduğunu aşkarlamaq daha rahat olacaq. Nəticədə bu, qərarvermə prosesini daha da sürətləndirəcək və təhsilin idarə olunmasını daha çevik və operativ edəcək. Şəffaflıq həm də təhsildə qeyri-şəffaf halların qarşısını almaqda mühüm rol oynayır".

Təhsil eksperti Kamran Əsədovun dediyinə görə, "Təhsil haqqında" qanunun 13-cü maddəsində və "Elektron Təhsil haqqında" Dövlət Proqramında qeyd olunub ki, təhsil müəssisələrinin fəaliyyətində rəqəmsal idarəetmə və informasiya sistemlərinin tətbiqi proseslərin səmərəliliyini, şəffaflığını artırmalıdır. Eyni zamanda, müəllimlərin pedaqoji fəaliyyətində rəqəmsal texnologiyaların istifadəsi müasir dövrün tələbi kimi qəbul edilir. Bu kontekstdə, kağız jurnalların tamamilə dövriyyədən çıxarılması həm qanunvericiliyin ruhuna, həm də təhsil sisteminin dayanıqlı inkişafına uyğun bir addımdır: "Artıq ölkə üzrə 3000-dən çox məktəb tam şəkildə elektron idarəetməyə keçib. Hesab edirəm ki, təhsil sistemində son illərdə aparılan ən mühüm islahatlardan biri məktəblərdə kağız jurnalların istifadəsinin dayandırılması və elektron jurnala keçiddir. Əminəm ki, elektron jurnal sisteminin tətbiqi bir sıra müsbət dəyişikliklərə gətirib çıxaracaq. Ən birincisi müəllimlərin illərdir ki, əziyyət çəkdiyi, yorucu gündəlik kağız sənədləşdirmə yükü xeyli azalacaq. Bu yükdən azad olduqları üçün onlar bütün vaxtlarını pedaqoji fəaliyyətə və tədrisin keyfiyyətinin artırılmasına yönəldəcəklər. Əvvəllər dəqiqələrlə jurnal yazmalı olduqları halda indi bir neçə dəqiqəyə jurnal işlərini yekunlaşdıracaqlar. Bundan sonra elektron sistem vasitəsilə məlumatların arxivləşdirilməsi məsələsi də çox rahat və asan olacsq. Üstəlik, ekoloji baxımdan da minlərlə kağız jurnaldan imtina resursların və ətraf mühitin qorunmasına xidmət edir. Dünya təcrübəsində, xüsusən də Estoniya, Finlandiya, Sinqapur kimi ölkələrdə məktəb idarəçiliyinin rəqəmsallaşdırılması təhsil sisteminin səmərəliliyinin və şəffaflığının əsas komponentlərindən biri hesab edilir".

Kamran Əsədov vurğulayıb ki, bu sistemə yeni keçildiyi üçün sözsüz ki, ilk başlarda müəyyən çətinliklər olacaq: "Təbii ki, ektron jurnal sisteminə keçid bir sıra çətinliklər də yaradacaq. Xüsusən də bölgələrdə. Ölkənin bəzi ucqar və region məktəblərində internet infrastrukturunun zəifliyi, İKT avadanlığının çatışmazlığı, müəllim və texniki heyətin rəqəmsal bacarıqlarının müxtəlif səviyyədə olması keçid prosesinin əsas problemləridir. Elektron sistemlərdə informasiya təhlükəsizliyi, şəxsi məlumatların qorunması və texniki nasazlıqlar zamanı alternativ həll mexanizmləri vacib məsələlərdir".

Ekspert hesab edir ki, bu sistem planlı və hərtərəfli şəkildə həyata keçirilərsə, Azərbaycanda təhsil idarəçiliyinin müasir standartlara cavab verməsi, müəllim və şagirdlərin gündəlik fəaliyyətinin yüngülləşməsi istiqamətində müəyyən irəliləyişlər əldə olunacaq. Eyni zamanda təhsildə şəffaflıq və keyfiyyətin artması baxımından da irəliləyişlərin olması mümkündür: "Elektron jurnalların tətbiqi nəticəsində zamanla ölkənin təhsil sistemi çevik, dayanıqlı və rəqabətqabiliyyətli olacaq, dünya təhsil məkanına inteqrasiya sürətlənəcək".

Təhsil eksperti Rizvan Fikrətoğlunun fikrincə, "Rəqəmsal məktəb" platformasının tətbiqi təhsil sistemində yeni bir mərhələnin başlanğıcıdır. Bu sistemin tətbiqi təhsildə elektronlaşmanı, innovativ yanaşmanı gücləndirəcək. Bu da hazırkı dövr üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda bu platforma məktəbləri köhnə ənənələrdən yeni ənənələrə daşıyacaq. Yeni və müasir tədris sisteminin formalaşmasına şərait yaradacaq: "Müasir təlim texnologiyalarının tədris prosesində tətbiqi, interaktivlik və əlçatanlıq üçün proseslərin təkmilləşdirilməsi dövrün tələbidir. Artıq zaman özü bunu tətəb edir. Elektron sistemə keçid şəffaflığın artırılması baxımından da böyük üstünlüklər təşkil edir".

Rizvan Fikrətoğlunun dediyinə görə, rəqəmsal platformada şagird, valideyn, müəllim və məktəb rəhbəri üçün fərdi kabinetlər mövcuddur. Bu da böyük üstünlükdür. Bu, hər bir istifadəçi qrupunun ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir. Platformada hər qrupun əldə edə biləcəyi faydalı resurslar var: "Platformanın bir çox üstün tərəfləri var. Ən önəmlisi təhsilin rəqəmsallaşdırılması baxımından çox bir çox üstünlüklərə malikdir. Məsələn, elektron jurnal vasitəsilə müəllimlər qeydiyyat və hesabat işlərini daha sürətli həyata keçirmək imkanı aldə ediblər. İzləmə imkanı olduğu üçün qiymətləndirmədə manipulyasiya ehtimalı azalacaq. Valideynlər və məktəb rəhbərliyi real vaxtda qiymət və davamiyyət məlumatlarına baxa biləcəklər. Eyni zamanda elektron sistem vasitəsilə avtomatik olaraq şagirdlərin göstəricilərini təhlil etmək imkanı yaranacaq. Bu da çox böyük üstünlüklərdən biridir".

Ekspert hesab edir ki, elektron jurnal təhsil sisteminə müasirlik və innovasiya gətirəcək, idarəetmədə çeviklik və dəqiqlik təmin olunacaq: "Təhsil sistemində rəqəmsallaşdırma müəllimlərin, şagirdlərin və valideynlərin rəqəmsal savadlılığına müsbət mənada təsir edir. Şagirdlərin akademik uğurları daha obyektiv qiymətləndirilir, şəffalıq təmin olunur. Bununla yanşı, valideyn-məktəb əlaqəsi güclənir. Zamanla biz bu sistemə keçidin üstünlükləri, yeniliklərin şahidi olacağıq. Rəqəmsal platformaya keçid sayəsində irəliləyişlərin, təhsildə yeni bir dövrün başladığını görəcəyik".

Təhsil ekspertinin sözlərinə əsasən, ölkədə internetin və texniki imkanların bərabər paylanılmaması, müəllimlərin hazırlıq səviyyəsinin eyni olmaması platformanın fəaliyyətində müəyyən problemlər yarada bilər. Bu, təbiidir. Ancaq zamanla bu da aradan qalxacaq: "Bəzi məktəblərdə internet və ya texniki avadanlıq çatışmazlığı var. Bu, Platormanın işində müəyyən ləngimələrə səbə ola bilər. Çıxış yolu kimi, sistemin oflayn rejimdə fəaliyyət göstərilməsi məsələsi diqqətdə olmalıdır. Bu keçid ilk mərhələdə müəyyən texniki və insani çətinliklər yaratsa da, uzunmüddətli baxışda təhsil sisteminin səmərəliliyini və şəffaflığını artıracaq bir addımdır".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:299
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Oktyabr 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see409

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see352

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see247

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see236

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see212

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see211

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see209

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see207

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see203

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see197

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see185

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see184

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see181

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see174

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see172

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see168

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see166

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see165

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see164

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri