Icma.az
close
up
RU
“Elektron məhkəmə” problemi düzəlib? Vəkillər narazıdır

“Elektron məhkəmə” problemi düzəlib? Vəkillər narazıdır

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Elektron məhkəmə” informasiya sisteminin yeni versiyası istifadəyə verilsə də, sistemdə problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, hüquqşünaslar bir neçə gündür sistemin fəaliyyətindən şikayətlənir.

Yeni sistem martın 31-dən istifadəyə verilsə də, tam işlək vəziyyətdə deyildi. Bu vəziyyət xüsusilə vəkillərin işinə mənfi təsir edib, operativ hüquqi yardımın göstərilməsində çətinliklər yaradıb. Məhkəmə-Hüquq Şurasının bu gün yaydığı məlumatda bildirilib ki, artıq yeni sistemdəki problemlər aradan qaldırılıb. Keçid prosesi ilə əlaqədar yaranmış çətinliklərlə bağlı müraciətlərin operativ cavablandırılması üçün də Məhkəmə-Hüquq Şurasının Qaynar xətti (887) həftənin bütün günləri fasiləsiz fəaliyyət göstərir.

Açıqlamada deyilir ki, 2014-cü ildən istifadəyə verilmiş “Elektron məhkəmə” informasiya sisteminin müasir interfeys və proqram təminatı əsasında yenidən qurulması zərurəti olub:

“Yeni sistem müasir texnoloji tələblərə uyğun olaraq təkmilləşdirilib, istifadəçi dostu interfeys və geniş funksional imkanlarla zənginləşdirilib. Yenilənmiş platforma vasitəsilə vətəndaşlar, vəkillər və digər proses iştirakçıları məhkəmə xidmətlərindən daha sürətli və rahat şəkildə yararlana biləcəklər. Yenilənmiş “Elektron məhkəmə” informasiya sistemi məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması istiqamətində mühüm addım olmaqla yanaşı, ədalət mühakiməsinə çıxışın daha əlçatan və effektiv olmasına xidmət edir. Yeni sistemə keçid zamanı əvvəlki platformada mövcud olan bütün data, informasiya və sənədlər uğurla yenilənmiş sistemə köçürülüb və məhkəmələrin icraatında olan elektron işlər üzrə öz əksini tapmaqdadır. Həmçinin yeni platforma daha çox məlumatı özündə birləşdirən çoxşaxəli funksional tapşırıqları icra etmək imkanına malikdir. Eyni zamanda müraciətlərin yazılı formada təqdim edilməsi məqsədilə elektron kabinet üzərindən texniki dəstək bölməsinə müraciət imkanı yaradılıb”- deyə rəsmi açıqlamada qeyd edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Aprel 2026 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri