Vəkillər Kollegiyasının sədri: Elektron vəkil sorğusu sistemi istifadəyə veriləcək
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 27 dekabr, AZƏRTAC
Müasir dövrün tələblərinə uyğun olaraq Vəkillər Kollegiyası tərəfindən rəqəmsallaşma istiqamətində mühüm addımlar atılıb. Artıq bir neçə ildir tətbiq olunan hüquqi yardım haqqında müqavilənin elektron bağlanması (elektron müqavilə) və elektron vəkil orderi hüquq xidmətlərində yeni bir səhifə açır. Bu sistem vasitəsilə şəxslər dünyanın istənilən nöqtəsindən vəkil bürolarına getmədən onlayn qaydada vəkillərlə hüquqi yardım haqqında müqavilə bağlaya bilirlər. Statistik göstəricilər bu layihələrin effektivliyini açıq şəkildə sübut edir. Belə ki, 2025-ci il dekabrın 12-dək 55 min 576 elektron order və 73 min 34 elektron müqavilə rəsmiləşdirilib.
AZƏRTAC xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 Dekabr - Vəkil Günü peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin təntənəli andiçmə mərasimində çıxış edərkən deyib.
A.Bağırov qeyd edib ki, rəqəmsallaşma istiqamətində işlər bununla yekunlaşmır, növbəti mərhələ elektron vəkil sorğusu layihəsidir: "Layihə ilə bağlı Femida Dialoq Platforması çərçivəsində Ali Məhkəmədə görüş keçirilərkən müzakirələr aparılıb. Hazırda normativ tənzimləmə istiqamətində işlər davam etdirilir və zəruri dəyişikliklərdən sonra sistem istifadəyə veriləcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 27 Dekabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















