Elektron Rəqabət Sistemi ilə bağlı dövlət orqanlarına tapşırıqlar verildi
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Baş nazir Əli Əsədov Elektron Rəqabət İnformasiya Sistemi ilə bağlı Prezident fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.
Moderator.az xəbər verir ki, Sərəncama əsasən, Ədliyyə Nazirliyi bir sıra dövlət qurumları ilə razılaşdırmaqla Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini beş ay müddətində hökumətə təqdim etməlidir.
Eyni zamanda, mərkəzi icra hakimiyyəti orqanlarına dörd ay ərzində öz normativ sənədlərini fərmana uyğunlaşdırmaq və görülən işlər barədə Ədliyyə Nazirliyinə məlumat vermək tapşırılıb. Nazirlik isə uyğunlaşdırma prosesini koordinasiya edərək altı ay müddətində Nazirlər Kabinetinə hesabat təqdim etməlidir.
Sərəncamın icrası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə olunub. Sənəd imzalandığı gündən qüvvəyə minib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 05 Fevral 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















