“Sosial işin idarə olunması” elektron sistemi istifadəyə verildi
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin birgə layihəsi olaraq “Sosial işin idarə olunması” elektron sistemin ilkin versiyası istifadəyə verilib.
Yeni e-sistem sosial xidmətlərin daha səmərəli və vahid yanaşma əsasında təşkili və bu xidmətlərə ehtiyac duyan şəxslər və ailələrlə aparılan sosial iş prosesinin optimallaşdırılması məqsədi daşıyır.
Bu e-sistem sosial xidmətlər sahəsində aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinə, sosial xidmət göstərilməsi zəruri olan şəxslər, onların sosial xidmətlərə olan tələbatları barədə qurumlar arasında məlumat mübadiləsinin, nəticədə xidmətlərin göstərilməsinin operativliyinə imkan yaradır.
“Sosial işin idarə olunması” e-sistemi sosial işin planlaşdırılması, icrası və monitorinqi proseslərində çevikliyin və şəffaflığın artırılmasında, risklərin vaxtında müəyyən edilməsində də önəmli rol oynayacaq.
Növbəti mərhələlərdə sistemin funksionallığının genişləndirilərək təkmilləşdirilməsi nəzərdə tutulur.
XQ
Baxış sayı:96
Bu xəbər 05 Yanvar 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















