Elektron reseptlə bağlı yeni TƏKLİF
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
“Qanun layihəsinə elektron resept anlayışının daxil olunması məqsədəuyğun olardı”.
Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Tibbi sığorta haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qanun layihəsinin 15-3.5-ci maddəsinin aşağıdakı redaktədə verilməsini təklif edib:
"Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız bu Qanunun 15-27-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə ötürülmüş elektron resept əsasında yol verilir.
Çünki yeni əlavə edilən 15-27-ci maddədə İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsi təklif edilir. Bu isə elektron resept anlayışının əsas anlayışlara gətirilməsi və 15-3.5-ci maddəyə daxil edilməsinə əsas yaradır".
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 13 İyul 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















