Icma.az
close
up
RU
“Elektron siqaretlər satış üçün uğurlu, amma tibb üçün uğursuz addımdır” Pulmonoloq

“Elektron siqaretlər satış üçün uğurlu, amma tibb üçün uğursuz addımdır” Pulmonoloq

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Gənclər arasında elektron siqaretdən istifadə hallarının son illərdə nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunur.
Yeniavaz.com
xəbər verir ki, elektron siqaretdən istifadə edənlərin bir qismi bunu ənənəvi siqareti tərgitmək istəkləri ilə izah edirlər.
Bəs elektron siqaret ənənəvi siqareti tərgitməyə kömək edirmi? Elektron siqaret ənənəvi siqaretdən nə qədər təhlükəsizdir?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan həkim-pulmonoloq Əsəd Beydullayev bildirib ki, elektron siqaretlər əvvəllər ənənəvi siqaretlərin analoqu, yəni onun qarşısını ala biləcək alternativ vasitə kimi təqdim edilirdi: “2006-cı ildən satışa çıxarılan bu məhsulların daha zərərsiz olduğu güman edilirdi. Lakin bu, belə deyil. İnsan orqanizmi zərərli qazlar və tozlar üçün deyil, təmiz hava üçün nəzərdə tutulub. Buna görə də zamanla elektron siqaretlərin fəsadlarının ortaya çıxacağı bəlli idi. Sadəcə, bu məhsulların bazarda olma müddəti cəmi 19 ildir, yəni nəticələri müşahidə etmək üçün çox az vaxt keçib. Məsələn, ənənəvi siqaretlər uzun illər ərzində dəfələrlə sınaqdan keçirilib, lakin elektron siqaretlə bağlı bu qədər geniş tədqiqat aparılmayıb”.
“Artıq EVALI adlandırılan və sırf elektron siqaretlə bağlı olan yeni bir xəstəlik ortaya çıxıb”
Pulmonoloq qeyd edib ki, elektron siqaret insanların ənənəvi siqaretdən qorunmasına kömək etmir, əksinə, asılılığı daha da artırır: “Bu, sadəcə bir marketinq oyunudur. İnsanlar yandırmağa ehtiyac duymadan istədikləri vaxt buxarı nəfəsinə çəkə bilir. Üstəlik, cihazın parlaq və cazibədar görünüşü qadınlar və gənclər üçün daha cəlbedici olur. Əvvəllər siqareti bəyənməyən gənclər indi onu ‘moda’ kimi görürlər. Bu, satış üçün uğurlu, amma tibb üçün çox uğursuz addımdır”.
Əsəd Beydullayev Ə. Beydullayevin sözlərinə görə, elektron siqaretlərin fəsadları müxtəlif xəstəliklərə səbəb ola bilər: “Artıq EVALI adlandırılan və sırf elektron siqaretlə bağlı olan yeni bir xəstəlik ortaya çıxıb. İlk dəfə bu xəstəlik ABŞ-da bir gəncdə aşkar edilib və indi onunla bağlı araşdırmalar davam edir. Bu, çox ciddi problemdir və xəstəliyin yayılması da artır”.
Pulmonoloq vurğulayıb ki, gənclərin elektron siqaretdən uzaqlaşdırılması üçün ciddi tədbirlər görülməlidir: “Satış qiyməti artırılmalı, məktəblərdə maarifləndirici tədbirlər keçirilməli, uşaqlara bu vasitələrin zərərləri əyani şəkildə göstərilməlidir. Siqareti tərgitmək istəyənlər isə nikotini əvəz edən dərman vasitələrindən istifadə etməlidir. Çünki bu məsələ vaxtında nəzarət altına alınmasa, virus kimi yayılacaq və sonradan qarşısını almaq mümkün olmayacaq”.
Gənclər niyə elektron siqaretə bu qədər maraq göstərirlər?
Yeniavaz.com-a açıqlamasında klinik psixoloq Ofelya Məmmədova bildirib ki, gənclərin çoxu elektron siqareti yalnız “moda” üçün deyil, həm də emosional ehtiyac səbəbindən seçir: “Onlar fərqli görünmək istəyi ilə yanaşı, qrupa aid olmaq arzusundadır. Ona görə də siqaret bir növ özünüifadə forması kimi seçilir. Gənc üçün ‘qrupun bir hissəsi olmaq’ çox vacibdir. Əgər dostları çəkirsə, o da başlamaq istəyə bilər. Çünki rədd edilmə qorxusu siqaretin zərərindən daha güclü olur”.
Ofelya Məmmədova Psixoloq qeyd edib ki, elektron siqaret beyində xoş hiss yaradan dopaminin səviyyəsini artırır: “Stress, sıxıntı və ya tənha qaldıqda gənc həmin xoş hissi yenidən yaşamaq istəyir. Beləcə, emosional rahatlıq siqaretlə əlaqələnir və psixoloji asılılıq yaranır”.
O. Məmmədova sonda vurğulayıb ki, gənclərin elektron siqaretdən uzaqlaşması üçün valideynlərin də rolu çox vacibdir: “Gəncləri qorumağın yolu qadağa qoymaq deyil, onları başa düşməkdir. Onu dinləmək, duyğularını ifadə etməsinə imkan vermək, ‘səni başa düşürəm’ hissini yaratmaq çox daha təsirlidir. Çünki o, siqareti deyil, emosional boşluğu doldurmağa çalışır. Elektron siqaret bir cihaz deyil, daxili narahatlığın tüstüsüdür”.
Fəridə Əsədzadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri