Icma.az
close
up
RU
Elektron siqaretdən ölümə... Pulmonoloq fəsadlardan DANIŞDI

Elektron siqaretdən ölümə... Pulmonoloq fəsadlardan DANIŞDI

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Elektron siqaretlər ənənəvi siqaretlərə əvəzedici kimi meydana çıxanda bir çoxları onları xilaskar kimi görürdü, amma zaman keçdikcə məlum oldu ki, elektron siqaretlərin zərərli tərəfləri az deyil".

Bu fikirləri Redaktor.az-a açıqlamasında pulmonoloq Əsəd Beydullayev elektron və ənənəvi siqaretlərin arasındakı fərqdən və sağlamlığıa təsirindən danışarkən bildirdi. 

Dediyinə görə, elektron siqaretlərinin populyarlaşmasının əsas səbəbi onların çox təhlükəsiz görünməsidir:

"Bu səbəbdən cavanlar, yeniyetmələr, qadınlar elektron siqaretdən rahatlıqla istifadə edir və düşünürlər ki, bunun heç bir ziyanı yoxdur. Təəssüf ki, bu, belə deyil. Hətta demək olar ki, zərəri ənənəvi siqaretlərdən daha çoxdur. 2019-cu ildə ABŞ-də elektron siqaretlə bağlı ilk ölüm hadisəsi baş verib. Xəstəliyə EVALI adı verilib və bu, ağciyərin interstisial xəstəliyidir. Xəstəlik letal sonluqla, yəni ölümlə nəticələnə bilir. Cəmi 90 gün elektron siqaret istifadəçisi olmaq belə xəstəliyin yaranması üçün kifayətdir. Üstəlik, xəstəliyin müalicəsi də o qədər ürəkaçan deyil, yəni effekti yüksək deyil".

Həkim xəbərdarlıq etdi ki, elektron siqaretdən gənclər, yeniyetmələr, qadınlar, o cümlədən kişilər uzaq dursunlar, çünki onun zərərli tərəfləri, təəssüf ki, ənənəvi siqaretdən az deyil:

"Elektron siqaret “mehriban düşmən” kimidir gözəl, cəlbedici görünür, amma çox qorxuludur. Bu səbəbdən bəzi ölkələrdə artıq elektron siqaretlərin qadağan olunmasını müsbət addım hesab edirəm. Düşünürəm ki, ölkəmizdə də bunun qadağan edilməsi insanların sağlamlığını daha yaxşı qorumuş olar. Bundan başqa, hesab edirəm ki, maarifləndirici videolarımız çox azdır. İnsanlar siqaret və elektron siqaret mövzusuna barmaqarası yanaşır, tüstüdən qorxmamağa çalışır və düşünürlər ki, tüstü insana nə edə bilər ki? Xüsusilə də üst tənəffüs yollarında problemi olanlar – allergiyası olanlar, astma xəstələri, ümumiyyətlə ağciyər xəstələri üçün siqaret və elektron siqaret vəziyyəti daha da ağırlaşdırır. Ona görə bu insanlar onlardan xüsusilə uzaq durmalıdırlar".

Xədicə BAXIŞLI 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Dekabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri