Elektron skuterlər: “Uzaq məsafələri qət etmək üçün deyil”
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Məlum olduğu kimi, Bakı şəhərində yol infrastrukturunda aparılan dəyişikliklər çərçivəsində 2019–2023-cü illəri əhatə edən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı” şəhər mobilliyinin transformasiyasına yönəlib.
Məqsəd şəhər mühitində hər kəs üçün sərbəst, təhlükəsiz və rahat hərəkət imkanlarının yaradılmasıdır. Avtobus zolaqları ilə yanaşı, velosiped zolaqları da ayrılıb.
Lakin mikromobilliyin əsas elementlərindən biri hesab olunan elektrik samakatlardan (skuterlər) istifadə zamanı müəyyən problemlər ortaya çıxır.
Hazırkı şəraitdə bu nəqliyyat vasitələri əsasən park və istirahət zonalarında, əyləncə məqsədilə qısa məsafələr üçün yararlıdır.
Skuterlərin sistem üzrə məhdud hərəkət zonaları isə istifadəçilərin onlarla birbaşa mənzil başına çatmasını mümkünsüz edir. Bu vəziyyət şəhər nəqliyyatında mikromobilliyin real və funksional nəqliyyat vasitəsi kimi inkişafı ilə bağlı suallar yaradır.
Elektron skuterlə mənzil başına getmək istəyən insanlar nə etsinlər? Mikromobilliyin inkişaf etdirilməsi baxımından bununla bağlı nə etməliyik?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eskperti Eldəniz Cəfərov bildirib ki, mikromobillik vasitələri şəhər mühitində istər velosiped, istər elektron skuterlə olsun əsasən yaxın məsafələri qət etmək üçün nəzərdə tutulub.
O qeyd edib ki, bu vasitələr uzaq məsafələri qət etmək üçün deyil:
“Belə nəqliyyat vasitələri adından da göründüyü kimi, əsasən yaxın məsafələri qət etmək üçündür. Məsələn, bir elektron skuteri kirayə götürüb Sumqayıta qədər getmək düzgün deyil. Bu mikromobillik vasitələri əsasən 10 kilometrə qədər olan qısa məsafələrə getmək üçündür.
Onların öz duracaqları və istifadə olunan ərazi zonaları olur. İstifadəçi həmin zonadan kənara çıxa bilməz. Bəziləri düşünür ki, kirayələnmiş elektron skuter ilə istədiyi yerə qədər getməlidir, lakin əslində belə deyil”.
Eldəniz Cəfərov elektrikli skuterlərin idarə olunması ilə bağlı qanunvericilik qaydalarına diqqət çəkib:
“Qanunvericilikdə də mikromobillik vasitələrinin, yəni elektron skuterlərin idarə olunması ilə bağlı müəyyən müddəalar mövcuddur. Skuter yalnız velosiped zolağı ilə idarə edilə bilər.
Velosiped zolağı yoxdursa, avtomobil yolunun sağ zolağından istifadə etmək olar. Yəni avtomobil yolunun ortası və digər zolaqları ilə, eləcə də yolun solundan idarə etmək qadağandır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 16 Yanvar 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















