Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Uzaq Şərq üçün “desert”...

Uzaq Şərq üçün “desert”...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni nizam “köhnə dünya”da nələri dəyişəcək?

Şərq konseptualizmi Qərb radikalizminə qarşı...

XXI əsrin ikinci onilliyində qlobal dünya özünün hədəflərini müəyyənləşdirərkən iki istiqamət xüsusi olaraq ön plana çıxdı. Birincisi, qütblərarası savaşın daha kəskin hal alması idi ki, burada “göy qanad”ın “qırmızı qanad”a qarşı apardığı siyasi demarş daha çox hiss olunurdu. Başqa sözlə, kollektiv Qərb koalisiyası daxili problemlərinin həlli üçün kənardan “qığılcım” axtarır - iqtisadi gerisayım diqqəti daha fərqli coğrafiyalara yönləndirir. İkinci amil isə sırf iqtisadi mübarizə və ya müharibədir. Beləliklə, son illərdə nəzərəçarpan dərəcədə dərinləşən qütblərarası savaş yaxın dövr üçün dünyanın yeni siyasi-iqtisadi düzənini formalaşdırmaq, yeni hərbi-diplomatik “atlasını” qurmaq və ən əsası qüvvələr balansını tarazlamaq üçün yeni mərhələyə qədəm qoyub.

Qərb hegemoniyası Şərq harmoniyasına uduzur...

İstər Asiyada, istərsə də Avropada baş verən proseslər qarşıdakı mərhələdə yeni münasibətlər sisteminin meydana çıxmasını, o cümlədən yeni platformaların yaranmasını şərtləndirir. Başqa sözlə, qütblər də öz aralarında spesifik xarakterinə görə təsnifatlandırılır. Bununla bağlı Qərb mətbuatı da “həyəcan siqnalı” verir. “The Washington Post”, “New York Times” kimi nəşrlər Qərb ölkələrinin son iki yüz illik iqtisadi-siyasi, hərbi hegemonluğunun 2040-cı ilə qədər yeni güclər tərəfindən ən azı “dəyişdiriləcəyini” yazır. ABŞ, Avropa İttifaqı kimi güclərin üstünlüyünün əsasən iqtisadi fəallığa əsaslandığını önə alan siyasi ekspertlər cəmisi 100 il öncəki vəziyyətə nəzər salmağı “tövsiyə edirlər” - məsələn, 1950-ci ilə qədər yalnız ABŞ-ın alıcılıq qabiliyyəti pariteti Çin, Hindistan və Rusiyanın birləşməsindən daha böyük ümumi daxili məhsula malik idi. 2000-ci ildə isə hazırda Moskvaya qarşı sanksiyalar tətbiq edən dövlətlər - Avropa İttifaqı və əksər NATO ölkələri, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, Tayvan, İsveçrə və Sinqapur - dünya ÜDM-in 80 faizə qədərini istehsal ediblər. 2020-ci ilə qədər bu rəqəm 60,4 faizə düşüb. Yeni nizamın bir addımlığında dayandığımız hazırki situasiya isə gələcək üçün daha fərqli proqnozlar vəd edir - məsələn, iqtisadi güc balansının dəyişməsi və buna nəzərən hərbi güc balansının da yenidən formalaşdırılması kimi...

Uzaq Şərq iqtisadi güc mərkəzi kimi...

Təbii ki, Şərqdən, xüsusilə Uzaq Şərqdən danışan zaman bu coğrafiyanın qlobal dünya üçün güc potensialı anlamını daşıdığını unutmaq olmaz. Məsələn, Uzaq Şərqin əsas “iqtisadi rıçaqı” funksiyasını daşıyan BRİCS açıq şəkildə həm göstəricilərinə görə müsbət mənada fərqlənir, həm də iqtisadi dayanıqlılıq əmsalı daha yüksək kimi görünür. Uzaq Şərq Qərbdən daha sürətli böyüyür - güc balansının dəyişməsi o qədər açıq görünür ki, bunu bəzi misallarla da sübut etmək olar:

- Uzaq Şərq hətta Qərbin Rusiya ilə konfliktindəki ümumi gücünə belə tab gətirə bilir;

- Sanksiyalaşdırma davamlı şəkildə artan xətt təşkil etdiyi halda, Uzaq Şərq açıq şəkildə yeni iqtisadi aura yaradır;

- Qərbin “gec qavradığı” iqtisadi düstur öz işini görür - Şərq-Qərb tranziti üzə diversifikasiya siyasəti yürütməklə Şərq Qərbi belə demək mümkündürsə, özündən “asılı” vəziyyətə salır.

- Yeni ticarət xəttləri aktuallaşdıqca Qərbin əsrlərlə Şərq üzərindəki hakimiyyəti üçün “Domokl qılıncı” olmuş “Trans-okean” daşımaçılıq əhəmiyyətini itirir - bu həm təhlükəsizlik, həm də iqtisadi sərfəlilik baxımından diqqəti cəlb edir.

Beləliklə, yeni nizamda hazırki tendensiyanın davam edəcəyi və diqqətin yeni böyük iqtisadiyyatların yaradılmasına yönəldilməsi maraqlı nəticəyə yol açacaq: Təsadüfi deyil ki, bir çox Qərb mənbələri açıq şəkildə Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrin sıralarının seyrəldiyini etiraf edir və bunu həm də Uzaq Şərq ilə ticarətlə bağlayır - məsələn, vaxtilə bu ölkələr ümumi iqtisadi istehsalın 70 faizinə yaxınını təşkil edirdisə, son 2 ildə azalma geniş şəkildə gözə çarpmaqdadır. Hətta proqnozlara görə, 2027-ci ilə qədər bu rəqəm 50 faizə yaxınlaşacaq.

2040-cı ilə qədər isə Çin və bəzi Şərq ölkələri birgə alıcılıq qabiliyyəti pariteti baxımından ABŞ və səkkiz ən böyük ölkənin birləşməsindən daha böyük ÜDM-ə sahib olacaqlar. Buna Braziliya, Meksika, İndoneziya və Türkiyə kimi digər inkişaf etməkdə olan güclərin Uzaq Şərqlə yaxın partnyorluğunu da əlavə etsək, yeni nizamda qlobal güc balansı daha sürətlə dəyişəcək. Bu yüksələn güclər öz potensiallarını təmərküzləşdirsələr, iddia olunduğu kimi, Qərbin iki yüz illik qlobal iqtisadi hökmranlığına yaxın illərdə son qoyula da bilər. Bunun üçün isə yeni nizamın əsas əməkdaşlıq platformaları özünü bütün layihələr üzrə təsdiqləməlidir (həm də Zəngəzur dəhilizi layihəsi üzrə - P.S)...

“Yalançı siqnal” gerçək müharibənin xəbərçisidirmi?

Hərbi çəkişmələr isə Uzaq Şərq üçün artıb-azalan faza ilə dəyişir - bu, təxminən 100 ildir ki, bu fonda “davam edir”. Məsələn, yeni mərhələ üçün verilən əsas proqnoz ABŞ-ın Çinin süni zəka və hərbi texnologiyalarını məhdudlaşdırmaq üçün sanksiyaları gücləndirməsi istiqamətindədir ki, bu da iki ölkə arasında münasibətləri daha da gərginləşdirir. Mövcud durumda Yaponiya ilə ABŞ arasındakı hərbi əməkdaşlıq da Uzaq Şərqin səssizliyini pozan amil kimi qəbul olunur.

Uzaq Şərqin “həllolunmaz” sayılan əsas problemi isə təbii ki, ikidir - birincisi, illərə dayanan və Qərbin maraq savaşının “qurbanına” çevrilən Tayvan məsələsi, ikincisi isə KXDR ilə Cənubi Koreya arasında mövcud müharibə ehtimallarının 2025-ci ildə daha da güclənməsi. Buraya raket sınaqlarının keçirilməsinin intensivləşməsindən tutmuş, “raket başlıqlarının” mahiyyət etibarı ilə kütləvi qətliamlar törətməsi ehtimalının önə çıxmasına qədər bütün detallar daxildir. Son günlərdə Cənubi Koreyada baş verənlər isə bəzi ekspertlər tərəfindən Qərbin “nəbz yoxlanışı” sayılır. Yeni mərhələdə ictimai rəyi Koreya yarımadasında başlama ehtimalı böyük olan gərginliyə hazırlamaq metodlarından biri də məhz “yalançı siqnal”dır (Lojnıy vızov). Hər iki ölkənin genişmiqyaslı hərbi təlimlər keçirməsi regionda təhlükəsizliyi açıq təhdid edir.

Yeni mərhələ üçün Uzaq Şərqdə “hərbi hazırlıq” məsələsində Qərb də boş dayanmayıb:

- ABŞ regiondakı hərbi mövcudluğunu artırır;

- ABŞ və digər Qərb ölkələri “Tayvana dəstək” bəyanatları Uzaq Şərqi daim gərginlik altında saxlayır;

- Yaponiyanın yeni dünya müharibəsində iştirak imkanları araşdırılır və dünyanın ən böyük 8-ci hərbi büdcəsinə malik olan Tokio hələ ki, silahlı qüvvələrdən ancaq özünü və sülhü qorumaq üçün istifadə etdiyini bildirir. Yaponiyanın konstitusiyasında müharibə elan etməməklə bağlı müddəalar yer alsa da, təhlükəsizlik müqavilələri çərçivəsində ABŞ ilə birlikdə hərbi əməliyyatlar keçirməsi də istisna edilə bilməz.

Yeni nizamın silah tədarükçüləri - dəyişməz maraqlar, toqquşan baxışlar...

Qeyd edildiyi kimi, Uzaq Şərqin daxili aurası daha çox səssizliyi özündə ehtiva edir. Təəssüf ki, digər qütbün müdaxilələri bu səssizliyi tez-tez pozur. Məsələn, Uzaq Şərqlə bağlı yeni nizamdan danışarkən siyasi analitiklər iddia edirlər ki, ABŞ toqquşma üçün bütün gizli silahlarını toplayır. Hazırda regiona fəal şəkildə silah yığılmasına baxmayaraq, mümkün toqquşma vaxtı yalnız Ukrayna müharibəsi bitdikdən sonra məlum ola bilər. Müharibənin iqtisadi maliyyə tərəfi də düşünülüb - iddia olunur ki, Ukraynada döyüşlər bitən kimi müharibəni stimullaşdıran maliyyə tranşının mühüm bir hissəsi Tayvana yönələcək.  Bu ilin iyununda Birləşmiş Ştatlar Tayvana 300 milyon dollarlıq mümkün pilotsuz təyyarə satışını təsdiqləyib. Bunun qarşılığında isə Çinin Müdafiə Nazirliyi tərəfləri “hərbi sui-qəsdi” dayandırmağa çağırış edib. Amma deyəsən proses dayanmayacaq - sentyabrda ABŞ Tayvana 567 milyon dollarlıq hərbi yardım göstərib...

ABŞ-ın mümkün müharibə ehtimalına qarşı Çin də hərəkətsiz dayanmır. İl ərzində qabaqlayıcı tədbirlər görülüb. Ən əsası Çin öz sərhədlərini möhkəmləndirir. Pekinin bu istiqamətdə ilk addımı isə BRİCS çərçivəsində müttəfiqi olan Hindistanla razılaşmaların əldə olunmasına hədəflənib. Belə ki, Hindistanın baş naziri Narendra Modi və Çin lideri Si Cinpin bu il sərhəddə gərginliyin azaldılması barədə razılaşma əldə ediblər. Hindistan və Çin Himalaylardakı uzanan hərbi qarşıdurmanın tənzimlənməsi üçün yeni sərhəd razılaşmasının həyata keçirilməsinə başlayıblar. Razılaşmanın konkret detalları açıqlanmır - baş verənlər isə yeni bir ehtimalı ortaya çıxarır. Mümkün müharibə ehtimalı “döyüş poliqonu”nun sərhədlərini də genişləndirə bilər. ABŞ bu müharibədə AUKUS-a “arxayındırsa”, Çinin də BRİCS ölkələri ilə “çiyin-çiyinə” vermək ehtimalı az deyil. Beləliklə, yeni nizam Uzaq Şərq üçün hərbi mənada AUKUS -un, iqtisadi mənada isə  Qərb partnyorluğunun məhdudlaşdırılması ştrixləri ilə bəzənir...

Pərviz SADAYOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Dekabr 2024 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see391

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see324

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see300

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see298

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see298

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see268

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see259

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see251

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see235

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see225

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see212

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see211

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see210

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see210

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see192

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri