Icma.az
close
up
RU
Ələsgər yurdunda erməni vəhşilikləri

Ələsgər yurdunda erməni vəhşilikləri

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

15–16 iyul 1988-ci il Göyçə mitinqlərinin tarixçəsi

Qərbi Azərbaycandan azərbaycanlıların son deportasiya dalğası 1988–1989-cu illərdə baş verdi. Bu dövrdə azərbaycanlı əhali zorakılıq, hücumlar və təzyiqlər nəticəsində öz yurdlarını tərk etmək məcburiyyətində qaldılar. Amma o dövrdə də yerli əhali bu haqsızlıqlara qarşı əzmlə mübarizə apardı. Vaxtı ilə Göyçə mahalının Ardanış kəndinin sakini olmuş Əli Vəliyev redaksiyamıza göndərdiyi məktubunda bu barədə ətraflı məlumat verib.

Xalqımlızın tarixinə qara həriflərlə yazılmış 1988-ci ilin hələ də bilinməyən səhifələrindən biri də erməni daşnaklarına qarşı 15–16 iyul 1988-ci il tarixində Çəmbərək rayonunu Şorca kəndində keçirilən Cil, Ardanış, Şorca, Toxluca və Ağbulaq kəndlərinin sakinlərinin təşkil etdiyi mitinqidir. 1988-ci ilin iyulunda belə bir mitinq 2 gün Basarkeçər rayonunun kəndlərində də keçirilmişdir.

Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsi gündəmə gələndə ermənilər Xankəndində, İrəvanda mitinqlər təşkil etməyə başladılar və indiki Ermənistan ərazisində yaşayan soydaşlarımızın deportasiyasına başlanıldı. Göyçə mahalının Ardanış kəndində yaşayan bir qrup ziyalı bu dözülməz hala cavab olaraq bölgədə yaşayan soydaşlarımızın mintinqini təşkil etməyi təklif etdlər. 14 iyul 1988-ci ildə axşamüstü Krasnoselsk rayon partiya komitəsində təlimatçı işləyən rəhmətlik Fəxrəddin Paşayev, Ardanış kənd orta məktəbinin direktoru Haqverdi Əliyev və sovxozda anbardar işləyən rəhmətlik Bəxtiyar Əliyev qonşu Cil kəndinə uzun müddət rəhbər vəzifələrdə işləmiş Göyçə ağsaqqalarından olan Abbas Mazanovla məsləhətləşməyə getdilər. Abbas müəllim Ermənistan Ali Sovetnin deputatı olmuş təqaüddə olan rəhmətlik Məsmə Abbasovanı çağırtdırdı və qərara alındı ki, 15 iyul saat 12-də Şorca kəndində dəmiryol vağzalının önündə mitinq keçirilsin. Çəmbərək (Krasnoselo) rayonunun Şorca ətrafı 4 kəndinin (Cil, Ardanış, Toxulca və Ağbulaq kəndləri) sakinlərinin də burada toplaşmasını təmin edilməsi üçün tapşırıqlar verildi. Abbas Mazanov erməni riyakarlığını bildiyindən vəzifədə işləyən soydaşlarımıza zərər toxunulmaması üçün sovxoz və kənd soveti sədrlərinin, məktəb direktorlarının,ilk partiya təşkilatlarının katiblərinin kəndlərdən çıxıb başqa yerə getmələrini məsləhət gördü.

Həmin gecə 15 iyul 1988-ci il mitinqinə hazırlıq başlandı və səhər saat 11 radələrində Cil və Ardanış kəndlərindən soydaşlarımız yük və şəxsi minik avtomabilləri ilə dəmir yolu vağzalının qabağına yığışmağa başladılar. 5 kənddən 2000 nəfərə qədər adam toplaşdı. O vaxt Şorca dəmir yolu vağzalında işləyən rəhmətlik İsgəndər müəllim mitinq işkirakçılarını mikrofonla təmin etdi. Mikrofonun elekrtik enerjisi ilə təmin olunması üçün onu Cil kəndindən gəlmiş rəhmətlik Nürəddinin motoskletinin akkumlyatoruna qoşdular. Yaxın üç saat ərzində mitinq iştirakşıları rayon rəhbərlərinin mitinqə gəlmələrini, Göyçə və soydaşlarmızın sıx yaşadığı ərazilərə muxtariyyət verilməsini, Azərbaycan dilində TV kanalların yaradılmasını, soydaşlarımız yaşayan kəndlərdə xəstəxana və ambulator mərkəzlərin açılmasını, kəndlərə qaz çəkilməsini, ali təhsilli gənclərin işlə təmin olunmasını tələb etdilər. Mitinqdə Yusif Hümbətov, Fazilə Hüseynli, İmamət Kərimov və bir çoxları olduqca kəskin çıxış etdilər. Qərara alındı ki, 16 iyulda mitinq daha da geniş tərkibdə keçirilsin. 1988-ci ildə Sovetlər İttifaqının dünyaya meydan oxuduğu bir vaxtda, DTK-nin qulaqlarının hər yerdə olduğu bir vaxtda belə bir mitinqin təşkili möhtəşəm idi.

16 iyul 1988-ci ildə saat 10 radələrindən kəndlərdən soydaşlarımız Şorca kəndinə toplaşmağa başladılar. Təsəvvür edin, insanlar mitinqə çatmaq üçün kəndlər arasındakı 5-10 km-lik yolu piyada gəlirdilər. 15 iyul mitinqindən təşvişə düşən Krasnoselo rayonunun rəhbərləri bütün kəndlərin vəzifəli şəxslərinə soydaşlarımızın mitinqə çıxmasına mane olmağı tapışırsalar da 16 iyul mitinqində iştirakçıların sayı 3500 nəfərdən çox idi. Mitinqdə şüarlar da qaldırılmışdı. “Göyçə mahalına muxtariyyət”, “Azərbaycan xalqına eşq olsun”, “Eşq olsun Azərbaycana” və s. kimi şüarlar mitinq iştirakıçılarını daha da ruhlandırırdı. Şüarlar Ardnış və Cil kəndində gecə hazırlanmışdır. O dövrdə vatman kağızlarının tapılması, onların taxta üzərinə yapışdırılaraq şüar yazılması olduqca çətin idi. Bu işin öhdəsindən Bakı Dövlət Universitetinin hüquq fakultəsində qiyabi təhsil alan I kurs tələbəsi Ardanış sovxozunda fəhlə işləyən Yusif Hümbətov və onun qardaşı Etibar Hümbətov, cilli Fazilə Hüseyinli və bir neçə vətənpərvər gənc layiqincə gəldilər.

Mitinq saat 12 radələrində başladı. Mitinqdə səsin daha gur eşidilməsi üçün Ardanış kənd orta məktəbində elektrik işləyən Gürzalı Süleymanov və ATS müdiri Mayıs Hüseynov Ardanış kənd orta məktəbinin radio qovşağını dinamiki ilə birlikdə söküb motoskiletə yerləşdirmişdilər. Həm də mitinqin audio yazısını yazmaq üçün maqinitofon da gətirmişdilər. Mitinqdən fotoları Mayıs Hüseynov, rəhmətlik Zülal Yusifov çəkmişdirlər. 16 iyul 1988-ci ildə İrəvanda Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin iclası keçirilirdi və bütün rayonların vəzifəli şəxsləri bu iclasda idilər. Şorcada mitinqə toplaşanların sayının sürətlə artdığığnı görən Krasnoselsk rayon partiya komitəsinin 2-ci katibi Dallakyan, 3-cü katibi Nina Bloxina və rayon milis idarəsinin rəisi Mejlumyan İrəvana mitinq haqqında məlumat verdilər. Saat 13 radələrində İrəvanda iclas yarımçıq dayandırıldı və rayonların vəzifəli şəxsləri rayona qayıtdılar. I katib Serqo Nazinyan və İcrayyə Komitəsini sədri Mahal Əliyev iclasdan birbaşa mitinq keçirilən Şorca kəndinə gəldilər. Artıq Krasnoselsk rayonun bütün rəhbər işçiləri, milliyətcə moldavan olan DTK-nin bölgə rəisi, rayonun bütün milisləri Şorca mitinqini dağıtmaq istəyirdilər. Mitinq isə öz axarı ilə davam edirdi. Ardanışdan Haqverdi İbrahimov, Yusif Hümbətov, Nazanı Həsənova, rəhmətlik Mikayıl Həsənov, Sahib Əhmədov, Fazilə Hüseynli, rəhmətlik Məsmə Abbasova, Kəmalə Hacıyeva, Vidadi Əliyev və başqaları 15 iyul mitinqinin tələblərinin yerinə yetirilməsini tələb etdilər. Çıxış edənlər torpaqdan pay olmamasından, Qarabağın heç vaxt erməni ərazisi olmadığından, Göyçə və digər azərbaycanlılar yaşayan rayonların da onların tarixi torpaqları olduğundan, Göyçə mahalına da muxtariyyət verilməsindən, işsiz ali təhsilli azərbaycanlı gənclərin işlə təmin olunmasından, milli və dini ayrı seçkiliyə son qoyulmasından, kəndlərdə gənclərə lazımi şərait yaradılmamasından, Azərbaycan dilində televiziya kanalının olmamasından danışdılar.

Mitinqdə maraqlı anlar da yaşanıldı. DTX-nin nümayəndəsi maqnitofon qoyulmuş motoskiletə yaxınlaşıb soydaşlarımızın nə etdikləri ilə maraqlandıqda Mayıs Hüseynov cəld audiokaseti çıxarıb yanında dayanmış Cil kəndinin poçt müdürü rəhmətlik Oruc Zeynalabdiyevə vermiş və gizlədə bilmişdilər. Biz indi o kaseti axtarırıq və oradakı qiymətli çıxışlardan istifadə etməyin vaxtı çatıbdır. Haqverdi İbrahimov I katibin əlindən mikrofonu alıb katibin boş-boş danışmasından yox, mitinqdə səsləndirilən tələblərin yerinə yetirilməsi haqqında fikir bildirməsini tələb etmişdir. Yusif Hümbətov ali təhsilli gənclərin işlə təmin edilməsini tələb edənddə I katibin “onların hamısı təhsili müəllimdir, bizdə də müəllimə yer yoxdur” çavabına uyğun olaraq, yaxınlıqda dayanan milliyətcə erməni olan rayon ticarət idarəsinin rəisini göstərib “o da idman müəllimidir, görün harada işləyir” demişdir.

Dörd saatdan çox davam edən mitinq sona çatdıqdan sonra soydaşlarımız öz kəndlərinə qayıtdılar. Ermənilərin mitinq təşkilatçılarına qarşı təqibi başladı. Mitinqin təşkilatçılarından Yusif Hümbətov, Fazilə Hüseynli, mikrofonu I katibin əlindən alan Haqverdi İbrahimov həbsdən qurtarmaq üçün məcbur olub Bakı şəhərinə getdilər. Bəzi rəhbər işçilərin vəzifəsini dəyişdirdilər və işdən çıxardılar.

15–16 iyul 1988-ci il Göyçə mahalının Şorca kəndində təşkil olunmuş mitinq Qərbi Azərbaycanda soydaşlarımızın Sovet Rus imperiyasına və erməni daşnaklarına qarış son mitinqi oldu. Artıq 2 aydan sonra Çəmbərək rayonunda I katibi, rayon milis idarəsini rəisi, rayon prokuroru dəyişdirildi və saqqallı daşnaklar vəzifəyə gətirildilər. Onlar isə qısa bir zamanda Sovet ordusunun köməyi ilə bütün Qərbi Azərbaycandakı soydaşlarımızı deportasiya etdilər.

Namiq QƏDİMOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see613

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see516

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see460

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see431

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see344

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see336

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see319

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see257

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see237

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see235

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see220

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see219

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see200

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri